https://sputnik.az/20230128/abs-azerbaycan-sefirliyine-hucuma-gore-sepah-i-gunahlandirib-teyinat-subhelidir-451134791.html
ABŞ Azərbaycan səfirliyinə hücuma görə SEPAH-ı günahlandırıb: Təyinat şübhəlidir
ABŞ Azərbaycan səfirliyinə hücuma görə SEPAH-ı günahlandırıb: Təyinat şübhəlidir
Sputnik Azərbaycan
Azərbaycan səfirliyinə hücumdan bir neçə saat sonra Tehran əyalət bölməsinin rəisi Hüseyn Rəhiminin vəzifəsindən azad edilməsi və onun yerinə dərhal yeni... 28.01.2023, Sputnik Azərbaycan
2023-01-28T11:19+0400
2023-01-28T11:19+0400
2023-01-28T11:19+0400
səfirlik
siyasət
abş
iran
sepah
https://cdnn1.img.sputnik.az/img/07e7/01/1b/451114968_0:160:3072:1888_1920x0_80_0_0_26fe2b890e54362f2f373ea54c6cf37a.jpg
BAKI, 28 yanvar — Sputnik. "Dünən, yanvarın 27-də Azərbaycanın İrandakı səfirliyinə hücumla bağlı müxtəlif versiyalar irəli sürülür. Daxildəki etirazçılar hadisə ilə bağlı İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) günahlandırırlar". Sputnik Azərbaycan "Report"-a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu məlumat yayıb. "Etirazçılar beynəlxalq ictimaiyyəti SEPAH-ı terror təşkilatı kimi tanımağa çağırırlar. İranın Ali Milli Təhlükəsizlik Şurasına bağlı "Nour News" agentliyi bildirib ki, hücum Bakı ilə Tehran arasındakı əlaqələrə xələl gətirməməlidir", - institutdan bildirilib. Qərb analitiklərinin fikrincə, dünən Tehran əyalət polisinə yeni rəisin təyin olunması təsadüfi deyil: "İranın hüquq-mühafizə orqanlarının komandiri briqada generalı Əhməd Rza Radan Azərbaycan səfirliyinə hücumdan bir neçə saat sonra Tehran əyalət bölməsinin rəisi Hüseyn Rəhimini vəzifəsindən azad edib və yeni komandir gətirib. Sözügedən vəzifəyə Əlborz əyalətinin komandiri vəzifəsində çalışmış briqada generalı Abbas Əli Məhəmmədi təyin olunub. Bunun səfirliyə hücumla bağlı olub-olmadığı məlum deyil. Çünki Əhməd Rza Radan əsas vəzifələrə məhz etibarlı zabitlər təyin etməyə çalışır". Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycanın İrandakı səfirliyinə terror hücumu olub. Terroru törədən şəxs "Kalaşnikov" markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Yaralıların vəziyyəti qənaətbəxşdir. Terroru törətmiş şəxs Azərbaycan səfirliyinin əməkdaşı tərəfindən saxlanılıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/01/1b/451114968_171:0:2902:2048_1920x0_80_0_0_a65ad103131e896f8008ef21477c20ec.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
səfirlik, abş, iran, sepah
səfirlik, abş, iran, sepah
ABŞ Azərbaycan səfirliyinə hücuma görə SEPAH-ı günahlandırıb: Təyinat şübhəlidir
Azərbaycan səfirliyinə hücumdan bir neçə saat sonra Tehran əyalət bölməsinin rəisi Hüseyn Rəhiminin vəzifəsindən azad edilməsi və onun yerinə dərhal yeni komandirin təyinatı şübhə doğurur.
BAKI, 28 yanvar — Sputnik. "Dünən, yanvarın 27-də Azərbaycanın İrandakı səfirliyinə hücumla bağlı müxtəlif versiyalar irəli sürülür. Daxildəki etirazçılar hadisə ilə bağlı İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) günahlandırırlar".
Sputnik Azərbaycan "Report"-a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu məlumat yayıb.
"Etirazçılar beynəlxalq ictimaiyyəti SEPAH-ı terror təşkilatı kimi tanımağa çağırırlar. İranın Ali Milli Təhlükəsizlik Şurasına bağlı "Nour News" agentliyi bildirib ki, hücum Bakı ilə Tehran arasındakı əlaqələrə xələl gətirməməlidir", - institutdan bildirilib.
Qərb analitiklərinin fikrincə, dünən Tehran əyalət polisinə yeni rəisin təyin olunması təsadüfi deyil:
"İranın hüquq-mühafizə orqanlarının komandiri briqada generalı Əhməd Rza Radan Azərbaycan səfirliyinə hücumdan bir neçə saat sonra Tehran əyalət bölməsinin rəisi Hüseyn Rəhimini vəzifəsindən azad edib və yeni komandir gətirib. Sözügedən vəzifəyə Əlborz əyalətinin komandiri vəzifəsində çalışmış briqada generalı Abbas Əli Məhəmmədi təyin olunub. Bunun səfirliyə hücumla bağlı olub-olmadığı məlum deyil. Çünki Əhməd Rza Radan əsas vəzifələrə məhz etibarlı zabitlər təyin etməyə çalışır".
Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycanın İrandakı səfirliyinə terror hücumu olub. Terroru törədən şəxs "Kalaşnikov" markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Yaralıların vəziyyəti qənaətbəxşdir.
Terroru törətmiş şəxs Azərbaycan səfirliyinin əməkdaşı tərəfindən saxlanılıb.