SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Son iki ildə Azərbaycan səfirliklərinə edilən hücumlar

© AFP 2023Azərbaycanın İrandakı səfirliyi
Azərbaycanın İrandakı səfirliyi - Sputnik Azərbaycan, 1920, 27.01.2023
Abunə olmaq
Qeyd olunan müddət ərazində Azərbaycanın xarici ölkələrdə yerləşən diplomatik korpuslarına 5 hücum həyata keçirilib.
BAKI, 27 yanvar — Sputnik. Son iki il ərazində Azərbaycanın xarici ölkələrdə yerləşən diplomatik korpuslarına 5 hücum həyata keçirilib.
Xaricdəki səfirliyimizə Vətən Müharibəsindən sonrakı dövrdə ilk hücum "Şuşa İli" çərçivəsində 16 iyun 2022-ci ildə Azərbaycanın Fransadakı Səfirliyinin təşkilatçılığı ilə Fransada fəaliyyət göstərən "ERE TV" telekanalının hazırladığı Qarabağ və Şuşa ilə bağlı "Qarabağa gedən yol" adlı filmin ilkin nümayişi zamanı baş tutub.
Filmin nümayişi zamanı Fransada yaşayan erməni diasporunun radikal nümayəndələri, aktiv təxribatçı fəaliyyəti ilə tanınan FRA Nor Seround assosiasiyasının bir qrup üzvü Azərbaycan Səfirliyinin Mədəniyyət Mərkəzinə hücum edərək filmin nümayişinə mane olmağa çalışıb. Onlar "Şuşa Azərbaycan deyil", "Qarabağ bizimdir" kimi təxribatçı şüarlar səsləndirib, Mədəniyyət Mərkəzinin binasına zərər vurmağa çalışıb.
© Photo : AZERTAGAzərbaycan Respublikasının Fransa Respublikasındakı Səfirliyi
Azərbaycan Respublikasının Fransa Respublikasındakı Səfirliyi - Sputnik Azərbaycan, 1920, 27.01.2023
Azərbaycan Respublikasının Fransa Respublikasındakı Səfirliyi
Səfirlik tərəfindən fransız polisinə müraciət edilib və onların bu cəhdlərinin qarşısı alınıb. Fransız polisi təxribatçı dəstənin əsas üzvünü saxlayıb.
Azərbaycan səfirliyinə ikinci hücum 2022-ci ilin avqustun 5-də Böyük Britaniyanın paytaxtı Londonda qeydə alınıb. Gündüz saatlarında hücum təşkil edən radikal dini qruplaşmanın üzvləri diplomatik korpusun içinə daxil olub, binada dağıntılar törədib, daha sonra pəncərəyə çıxaraq, Azərbaycana qarşı hədələyici və dini şüarlar səsləndiriblər.
2022-ci ilin sentyabrın 16-da Livandakı Azərbaycan səfirliyinə hücum olub. Ermənilərdən ibarət izdiham Beyrutdakı Azərbaycan diplomatik nümayəndəliyinə soxulmağa cəhd göstərib.
2022-ci ilin sentyabrın 18-də isə radikal ermənilər tərəfindən Azərbaycanın Fransadakı səfirliyinə hücum edilib. Ermənilər diplomatik korpusun binasına yaxınlaşaraq səfirliyə ziyan vurmağa çalışıblar. Səfirliyin mühafizəsini Fransa polisi həyata keçirməli olduğu halda, diplomatik korpusun əməkdaşı ölümlə üz-üzə qalaraq, gözü dönmüş radikal ermənilərin binaya daxil olmasına imkan verməyib.
Bu ilin yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum olub. Terroru törədən şəxs "Kalaşnikov" markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Yaralıların vəziyyəti qənaətbəxşdir.
Xəbər lenti
0