Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Sahibə Qafarova Əlcəzair Respublikasına səfər edəcək

© Photo : Milli MejlisSahibə Qafarova, arxiv şəkli
Sahibə Qafarova, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 27.01.2023
Abunə olmaq
Milli Məclis Sədrinin İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqının 17-ci konfransında çıxışı və tədbirdə iştirak edəcək nümayəndə heyətlərinin başçıları ilə bir sıra görüşləri gözlənilir.
BAKI, 27 yanvar — Sputnik. Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqının 17-ci konfransında və təşkilatın komitə iclaslarında iştirak etmək üçün yanvarın 28-də Əlcəzair Xalq Demokratik Respublikasının Əlcəzair şəhərinə səfər edəcək.
Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər.
Nümayəndə heyətinin tərkibinə Milli Məclisin sədr müavini Fəzail İbrahimli, deputatlardan Sabir Rüstəmxanlı, Cavanşir Paşazadə, Mahir Abbaszadə, Jalə Əliyeva, Tahir Kərimli və digər rəsmi şəxslər daxildirlər.
Səfər çərçivəsində Milli Məclisin sədri Sahibə Qafarovanın İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqının XVII konfransında çıxışı və tədbirdə iştirak edəcək nümayəndə heyətlərinin başçıları ilə bir sıra görüşləri gözlənilir.
Xatırladaq ki, 2021-ci ilin dekabrında İstanbulda İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqının XVI konfransı keçirilib. Konfransda çıxış edən Milli Məclisin sədri Sahibə Qafarova diqqətə çatdırıb ki, Azərbaycan İslam dövlətləri ilə ikitərəfli və çoxtərəfli əməkdaşlığa önəm verir. Beynəlxalq təşkilatlar çərçivəsində müsəlman ölkələrinə ardıcıl dəstəklə yanaşı, Azərbaycanda keçirilən çoxsaylı tədbirlərlə də İslam həmrəyliyinin gücləndirilməsinə öz töhfəmizi veririk.
İslamofobiyanın bu gün dünyada ən ciddi təhlükələrdən biri olduğunu diqqətə çatdıran Milli Məclisin sədri bildirib ki, Azərbaycan bu tendensiyanı qəti şəkildə pisləyir və ona qarşı mübarizə aparmağa çağırır. Bu baxımdan, İslam Əməkdaşlığı Təşkilatının qardaş Pakistanın təşəbbüsü ilə 15 mart tarixinin Beynəlxalq İslamofobiya ilə Mübarizə Günü kimi qeyd edilməsi qərarı çox müsbət qarşılanır. Hesab edirəm ki, İslam dünyasının qarşısında dayanan problemlərin öhdəsindən gəlmək üçün daha güclü həmrəyliyə, dialoqa və əməkdaşlığa ehtiyac var.
Sahibə Qafarova çıxışının sonunda diqqətə çatdırıb ki, Azərbaycan artıq işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa proqramlarına başlayıb ki, bu da 1 milyondan çox vətəndaşımızın öz evlərinə qayıtmasına imkan verəcək.
Ermənistanla Azərbaycan arasında suverenliyin və ərazi bütövlüyünün qarşılıqlı tanınması əsasında sülh sazişinin imzalanması, həmçinin sərhədlərin delimitasiyası və demarkasiyası regionda münasibətlərin normallaşmasına və kommunikasiyaların bərpasına gətirib çıxaracaq.
Lakin Ermənistan öz öhdəliklərini pozmaqdan əl çəkməli, vəziyyəti gərginləşdirən, regionda sülh və sabitlik perspektivlərinə ziyan vuran hərəkətlərə yol verməməlidir.
Xəbər lenti
0