DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Rusiyaya qarşı sanksiyaların genişlənməsinə imkan verməyəcəyik - Orban

© AP Photo / Darko Bandic Viktor Orban
 Viktor Orban - Sputnik Azərbaycan, 1920, 27.01.2023
Abunə olmaq
Macarıstanın Baş naziri bildirib ki, açıq şəkildə Macarıstanın maraqlarına zərər verən sanksiyalar var və və artıq veto qoyulmalıdır.
BAKI, 27 yanvar — Sputnik. Macarıstan Rusiyanın nüvə enerjisinə qarşı Avropa sanksiyalarının genişlənməsinə imkan verməyəcək. Bunu Macarıstanın Baş nazir Viktor Orban bildirib.
Orban Kossuth radiosunda deyib:
"Macarıstan inflyasiyasını daha da artıran sanksiyalara icazə verməyəcəyik. Burada ən önəmlisi enerjinin qiymətidir. Ona görə də sanksiyaların nüvə enerjisinə doğru genişlənməsi planına icazə verməyəcəyik".
Onun sözlərinə görə, Macarıstana ciddi ziyan vuran sanksiyalar da var, daha az vuran da.

"Biz sanksiyaları qətiyyən dəstəkləmirik, onlara səs vermirik. Açıq şəkildə Macarıstanın maraqlarına zərər verən sanksiyalar var və və artıq veto qoyulmalıdır. Bu neft idi, bu qazla bağlı idi, indi nüvə enerjisinə tətbiq etmək üçün yeni planlar var. Veto qoymağımız aydındır", - Orban bildirib.

O qeyd edib ki, Brüsseldə böyük döyüş olacaq və 1,4 milyon iştirakçının 97%-nin nüvə enerjisinə dair sanksiyaların uzadılmasının əleyhinə çıxış etdiyi milli məsləhətləşmənin nəticələri danışıqlar prosesində Macarıstanın mövqeyinə böyük dəstək verəcək.
Bundan əvvəl xarici işlər naziri Peter Siyarto bildirib ki, Macarıstan Rusiya ilə nüvə enerjisi sahəsində əməkdaşlığı məhdudlaşdıran heç bir sanksiyaları dəstəkləməyəcək.
Macarıstan hökuməti məlumat verib ki, orta hesabla məsləhətləşmə iştirakçılarının 97%-i sanksiyaları rədd edib. Nazirlər Kabinetinin nümayəndəsinin sözlərinə görə, Budapeşt Brüsselin məsləhətləşmənin birmənalı nəticələrini dinləyəcək və Avropa iqtisadiyyatının əziyyət çəkdiyi sanksiyalar siyasətinə yenidən baxılması üçün tədbirlər görəcəyini gözləyir. Avropa Xarici Fəaliyyət Xidmətinin sözçüsü Peter Stano bildirib ki, AK Macarıstanda keçirilən milli məsləhətləşmənin nəticələrini qeyd edib.
Xəbər lenti
0