SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

İran XİN rəhbəri: Azərbaycan səfirliyinə hücumdan iki ölkənin düşmənləri istifadə edib

© Official website of President of Azerbaijan RepublicAzərbaycan və İran bayraqları
Azərbaycan və İran bayraqları - Sputnik Azərbaycan, 1920, 27.01.2023
Abunə olmaq
Yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum olub. Terroru törədən şəxs "Kalaşnikov" markalı avtomat silahla mühafizə xidmətinin rəisini qətlə yetirib.
BAKI, 27 yanvar - Sputnik. İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian azərbaycanlı həmkarı Ceyhun Bayramov ilə telefon danışığı zamanı Azərbaycanın Tehrandakı səfirliyinə hücumdan iki ölkənin düşmənləri tərəfindən istifadə edildiyini bildirib. Bu barədə RİA Novosti xəbər yayıb.
Diplomat bu hadisənin iki dövlət arasında münasibətlər mənfi təsir göstərməsinə imkan verməməyə çağırıb.
İranın xarici işlər naziri həmçinin Azərbaycana iki ölkənin təhlükəsizlik xidmətlərinin hücumun araşdırılmasında əməkdaşlıq etməsini təklif edib. İran Xarici İşlər Nazirliyinin məlumatına görə, Bayramov bu ideyanı alqışlayıb.
“Əmir Abdullahian bu hadisəni pisləyərək, iki ölkənin düşmənlərinin bugünkü hadisədən istifadə etməsinə işarə edərək, bu hadisənin iki ölkə arasında münasibətlərə mənfi təsir göstərməsinə yol vermək olmaz”, - deyə bu barədə İran Xarici İşlər Nazirliyi öz Telegram kanalında məlumat yayıb.
İran departamentinin rəhbəri həmçinin diplomatın vəfatı ilə bağlı Bakıya başsağlığı verib və baş verənlərlə bağlı təəssüfünü bildirib.
Qeyd edək ki, 27 yanvar İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfiri Seyid Abbas Musəvi Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə qarşı terror hücumu ilə əlaqədar olaraq Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinə çağırılıb.
XİN-dən verilən xəbərə görə, görüşdə Azərbaycanın Tehrandakı Səfirliyinə qarşı törədilmiş silahlı basqının, terror aktının şiddətlə qınanıldığı, diplomatik nümayəndəliklərə qarşı bu kimi hücumların qəbuledilməz olduğu və "Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyası"ndan irəli gələrək nümayəndəliyin binasını hər cür hücumlardan qorumaq və onun əməkdaşlarının təhlükəsizliyinin təmin edilməsinin qəbul edən tərəfin vəzifəsi olduğu qarşı tərəfin diqqətinə çatdırılıb.
Bu xüsusda, İranın səlahiyyətli qurumları tərəfindən terror aktını törədən şəxsin tezliklə məsuliyyətə cəlb olunması, terror aktının hərtərəfli araşdırılması, cinayətin təşkili və törədilməsində əli olan digər iştirakçıların müəyyənləşdirilməsi və cəzalandırılması qətiyyətlə tələb olunub.
Yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum olub. Terroru törədən şəxs "Kalaşnikov" markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Yaralıların vəziyyəti qənaətbəxşdir.
Xəbər lenti
0