DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Qırğızıstan və Özbəkistan arasında sərhədlərin delimitasiyası başa çatıb

© Sputnik / Евгений Биятов / Mediabanka keçidQırğızıstan Prezidenti Sadır Japarov
Qırğızıstan Prezidenti Sadır Japarov - Sputnik Azərbaycan, 1920, 27.01.2023
Abunə olmaq
İki ölkə arasında hərtərəfli strateji tərəfdaşlıq haqqında bəyannamə imzalanıb.
BAKI, 27 yanvar - Sputnik. Qırğızıstan və Özbəkistan sərhədlərin delimitasiyası prosesini başa çatdırıb və ratifikasiya sənədlərini mübadilə ediblər. Bu barədə cümə günü Qırğızıstan Prezidenti Sadır Japarov bildirib.
“Qırğızıstan və Özbəkistan dövlət sərhədinin delimitasiyası prosesini başa çatdırıb və sərhəd müqaviləsinə ratifikasiya sənədlərini mübadilə ediblər. Bununla da sərhəd məsələsinə son qoyuruq”, - deyə dövlət başçısı Bişkekdə dövlət səfərində olan Özbəkistanın lideri Şavkat Mirziyoyev ilə görüşdən sonra bildirib.
Japarov onu da vurğulayıb ki, Özbəkistanla əməkdaşlıq Qırğızıstanın xarici siyasətinin prioritet istiqamətlərindən biridir.
“Bu gün biz həmçinin Qırğızıstan və Özbəkistan arasında hərtərəfli strateji tərəfdaşlıq haqqında bəyannamə imzaladıq” - Japarov dedi.
Xəbər lenti
0