https://sputnik.az/20230127/enagas-ve-fluxys-trans-adriatik-boru-kemerindeki-payini-artirir-451123193.html
"Enagas" və "Fluxys" Trans-Adriatik Boru Kəmərindəki payını artırır
"Enagas" və "Fluxys" Trans-Adriatik Boru Kəmərindəki payını artırır
Sputnik Azərbaycan
"Enagas" və "Fluxys", TAP-ın digər 3 səhmdarı – Böyük Britaniyanın BP, Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və İtaliyanın SNAM şirkətləri kimi hər biri 20 %... 27.01.2023, Sputnik Azərbaycan
2023-01-27T22:09+0400
2023-01-27T22:09+0400
2023-01-27T22:09+0400
boru
iqtisadiyyat
kəmər
socar
https://cdnn1.img.sputnik.az/img/07e6/05/0d/441891555_0:166:3049:1881_1920x0_80_0_0_dd99fc0f90cf5e7b70dc1c8ce9acf218.jpg
BAKI, 27 yanvar — Sputnik. İsveçrənin enerji şirkəti olan "Axpo" "Trans Adriatic Pipeline AG" (TAP) konsorsiumundakı 5 %-lik payını 210 milyon avroya (228,6 milyon ABŞ dolları) İspaniyanın "Enagas" və Belçikanın "Fluxys" şirkətlərinə satmağa razılaşıb. "Axpo"nun məlumatına görə, "Enagas" enerji şirkəti TAP-ın səhmlərinin 4 %-ni, qazötürücü sistem operatoru "Fluxys" isə qalan 1 %-ni "Axpo"dan alacaq. İspaniya şirkətinin bəyanatında isə deyilir ki, "Enagas" TAP-ın 4 %-ni 168 milyon avroya əldə edəcək. "Axpo"dan bildirilib ki, sövdələşmə normal şərtlərlə icra ediləcək və onun 2023-cü ilin ikinci yarısında yekunlaşacağı gözlənilir. Bununla da, "Enagas" və "Fluxys", TAP-ın digər 3 səhmdarı – Böyük Britaniyanın BP, Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və İtaliyanın SNAM şirkətləri kimi hər biri 20 % paya sahib olacaq. Qeyd edək ki, Trans-Adriatik Boru Kəməri istismara verildiyi gündən - 2020-ci il dekabrın 31-dən bu yana boru kəməri vasitəsilə 18,5 milyard kubmetr qaz nəql edilib ki, bunun da təxminən 16 milyard kubmetri İtaliyaya olub. 2022-ci ildə İtaliyaya 3 milyard kubmetr çox qaz nəql olunub. Beləliklə, Azərbaycan İtaliyanın təbii qaza olan tələbatının 14 %-dən çoxunu ödəyir. Xatırladaq ki, Trans-Adriatik Boru Kəmərinin tikintisi 2020-ci ilin oktyabrında başa çatıb. TAP-ın ümumi uzunluğu 878 km-dir ki, bunun da 550 km-i Yunanıstanın şimal hissəsindən, 215 km-i Albaniya ərazisindən, 105 km-i Adriatik dənizinin dibi ilə, 8 km-i isə İtaliya ərazisindən keçir. Azərbaycan qazının TAP vasitəsilə İtaliya, Yunanıstan və Bolqarıstandakı istehlakçılara tədarükünə 2020-ci il dekabrın 31-dən başlanılıb. "TAP AG" konsorsiumu boru kəmərinin ötürücülüyünün artırılması üçün 3 ssenarini nəzərdən keçirir: məhdud – ildə 14,4 milyard kubmetrə qədər, qismən məhdud – ildə 17,1 milyard kubmetrə qədər və tam - ildə 20 milyard kubmetrədək.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/05/0d/441891555_160:0:2889:2047_1920x0_80_0_0_0cdb336eadc31d9223b13c4a3c337ffb.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
boru, kəmər, socar
"Enagas" və "Fluxys" Trans-Adriatik Boru Kəmərindəki payını artırır
"Enagas" və "Fluxys", TAP-ın digər 3 səhmdarı – Böyük Britaniyanın BP, Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və İtaliyanın SNAM şirkətləri kimi hər biri 20 % paya sahib olacaq
BAKI, 27 yanvar — Sputnik. İsveçrənin enerji şirkəti olan "Axpo" "Trans Adriatic Pipeline AG" (TAP) konsorsiumundakı 5 %-lik payını 210 milyon avroya (228,6 milyon ABŞ dolları) İspaniyanın "Enagas" və Belçikanın "Fluxys" şirkətlərinə satmağa razılaşıb.
"Axpo"nun məlumatına görə, "Enagas" enerji şirkəti TAP-ın səhmlərinin 4 %-ni, qazötürücü sistem operatoru "Fluxys" isə qalan 1 %-ni "Axpo"dan alacaq.
İspaniya şirkətinin bəyanatında isə deyilir ki, "Enagas" TAP-ın 4 %-ni 168 milyon avroya əldə edəcək.
"Axpo"dan bildirilib ki, sövdələşmə normal şərtlərlə icra ediləcək və onun 2023-cü ilin ikinci yarısında yekunlaşacağı gözlənilir.
Bununla da, "Enagas" və "Fluxys", TAP-ın digər 3 səhmdarı – Böyük Britaniyanın BP, Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və İtaliyanın SNAM şirkətləri kimi hər biri 20 % paya sahib olacaq.
Qeyd edək ki, Trans-Adriatik Boru Kəməri istismara verildiyi gündən - 2020-ci il dekabrın 31-dən bu yana boru kəməri vasitəsilə 18,5 milyard kubmetr qaz nəql edilib ki, bunun da təxminən 16 milyard kubmetri İtaliyaya olub. 2022-ci ildə İtaliyaya 3 milyard kubmetr çox qaz nəql olunub. Beləliklə, Azərbaycan İtaliyanın təbii qaza olan tələbatının 14 %-dən çoxunu ödəyir.
Xatırladaq ki, Trans-Adriatik Boru Kəmərinin tikintisi 2020-ci ilin oktyabrında başa çatıb. TAP-ın ümumi uzunluğu 878 km-dir ki, bunun da 550 km-i Yunanıstanın şimal hissəsindən, 215 km-i Albaniya ərazisindən, 105 km-i Adriatik dənizinin dibi ilə, 8 km-i isə İtaliya ərazisindən keçir. Azərbaycan qazının TAP vasitəsilə İtaliya, Yunanıstan və Bolqarıstandakı istehlakçılara tədarükünə 2020-ci il dekabrın 31-dən başlanılıb. "TAP AG" konsorsiumu boru kəmərinin ötürücülüyünün artırılması üçün 3 ssenarini nəzərdən keçirir: məhdud – ildə 14,4 milyard kubmetrə qədər, qismən məhdud – ildə 17,1 milyard kubmetrə qədər və tam - ildə 20 milyard kubmetrədək.