Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Daha bir kinorejissorun şəxsi arxiv fondu yaradılıb

© AFP 2023 / LOUISA GOULIAMAKIFilm çəkilişi
Film çəkilişi - Sputnik Azərbaycan, 1920, 27.01.2023
Abunə olmaq
Fonda daxil olan sənədlər Arif Babayevin qardaşı, Xalq artisti, rejissor Vasif Babayev tərəfindən təhvil verilib. Şəxsi arxiv fondu Arif Babayevin anadan olmasının 95 illiyi münasibətilə yaradılıb.
BAKI, 27 yanvar — Sputnik. Azərbaycan Dövlət Film Fondunda Əməkdar incəsənət xadimi, Dövlət mükafatı laureatı, kinorejissor Arif Babayevin şəxsi arxiv fondu yaradılıb. Bu barədə Dövlət Film Fondundan bildirilib.
Məlumata görə, Fonda görkəmli sənətkarın 200-dən çox fotosənədi, ssenariləri, diplom və fəxri fərmanları, şəxsi sənədləri, qəzet və jurnallar daxil edilib. Şəxsi arxiv fonduna daxil olan sənədlər Arif Babayevin qardaşı, Xalq artisti, rejissor Vasif Babayev tərəfindən təhvil verilib. Şəxsi arxiv fondu Arif Babayevin anadan olmasının 95 illiyi münasibətilə yaradılıb.
Arif Babayev kimdir?
Arif Babayev "Uşaqlığın son gecəsi", "Gün keçdi", "Ömrün ilk saatı", "Alma almaya bənzər", "Arxadan vurulan zərbə", "Bizi bağışlayın", "Birisigün, gecəyarısı..." kimi 20-dən artıq bədii filmlərin quruluşçu rejissoru və ssenari müəllifi olub. Sənətkar həmçinin "İnsan məskən salır" ( 1967) "Bizi bağışlayın" ( 1979) kimi filmlərdə rol alıb.
Rejissor İrəvanda II Zaqafqaziya və Ukrayna respublikaları filmlərinin "Prometey-68" zona kinofestivalında "İnsan məskən salır" filmi üçün "ən yaxşı debütə görə" mükafatına sahib olub. Bundan başqa, Kiyevdə Zaqafqaziya və Ukrayna respublikalarının "Prometey-69" III zona kinofestivalında "Uşaqlığın son gecəsi" filmi üçün "Gənclik üçün ən yaxşı film"ə görə mükafat alıb. Eyni zamanda, "Birisigün, gecəyarısı…" filmi üçün SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinin çekistlər və sərhədçilər haqqında ən yaxşı kino əsəri üçün III mükafatına sahib olub.
Xəbər lenti
0