CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bəzi yollar buz bağlayacaq - Sabahın proqnozu

© Sputnik / Taleh MahmudovBakıda yol
Bakıda yol - Sputnik Azərbaycan, 1920, 27.01.2023
Abunə olmaq
Axşam bəzi dağlıq ərazilərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir, bəzi yerlərdə isə arabir duman olacaq, mülayim şərq küləyi əsəcək.
BAKI, 27 yanvar — Sputnik. Yanvarın 28-nə gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və axşam bəzi yerlərdə az çiskinli olacağı ehtimalı var.
Cənub-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 2-4° isti, gündüz 7-10° isti olacaq. Atmosfer təzyiqi 768 mm civə sütunundan 763 mm civə sütununa enəcək. Nisbi rütubət 65-75% olacaq.
Azərbaycanın rayonlarında əsasən yağmursuz hava olacaq. Lakin axşam bəzi dağlıq ərazilərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq, mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 7-11° isti, dağlarda gecə 10-15° şaxta, gündüz 0-5° şaxta olacaq. Gecə və səhər dağlıq rayonlarda yollar buz bağlayacaq.
Xəbər lenti
0