SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Azərbaycan XİN Holokost qurbanlarını anıb

© AFP 2024 / Menahem KahanaHolokost qurbanlarına həsr edilmiş memorial kompleks
Holokost qurbanlarına həsr edilmiş memorial kompleks - Sputnik Azərbaycan, 1920, 27.01.2023
Abunə olmaq
Xarici İşlər Nazirliyinin "Twitter" paylaşımında Holokost qurbanları anılıb.
BAKI, 27 yanvar — Sputnik. Azərbaycan Xarici İşlər Nazirliyi Beynəlxalq Holokost Qurbanlarının Anım Günü ilə bağlı paylaşım edib. Bu barədə Xarici İşlər Nazirliyinin "Twitter" paylaşımda qeyd olunub:
"Bu gün biz bəşər tarixinin ən üsyankar vəhşiliklərindən birinin - Holokost qurbanlarını yad edir və yas tuturuq. Biz dini və etnik nifrət, soyqırımı və insanlığa qarşı cinayətlərə qarşı həmrəyik".
Qeyd edək ki, bu Almaniyanın faşizm dövründə törətdiyi, təxminən 6 milyon insanın sistemli şəkildə öldürüldüyü qətliama verilən addır.
Xatırladaq ki, BMT Baş Assambleyası tərəfindən 2005-ci il noyabrın 1-də qəbul olunan müvafiq qətnaməyə əsasən, hər il yanvarın 27-si Beynəlxalq Holokost Qurbanlarının Anım Günü kimi qeyd edilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın "Teleqram" kanalında izləyin.
Xəbər lenti
0