CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycan vətəndaşlarının bu ölkədə vizasız yaşamaq müddəti uzadılıb

© Sputnik / Sergey Pyatakov / Mediabanka keçidAstana şəhərinə mənzərə
Astana şəhərinə mənzərə - Sputnik Azərbaycan, 1920, 27.01.2023
Abunə olmaq
Miqrasiya qaydalarında olunan dəyişiklərə əsasən, Avrasiya İqtisadi Birliyinə (AİB) daxil olan ölkələrin, o cümlədən Azərbaycan vətəndaşları 180 gün ərzində Qazaxıstana vizasız daxil ola və 90 gün ölkədə qala bilərlər.
BAKI, 27 yanvar — Sputnik. Azərbaycan vətəndaşlarının Qazaxıstanda vizasız yaşaya bilmək müddəti 90 günə qədər uzadılıb. Bu barədə "Sputnik Kazakhstan" məlumat yayıb.
Məlumatda deyilir ki, ölkənin miqrasiya qaydalarında olunan dəyişiklərə əsasən, Avrasiya İqtisadi Birliyinə (AİB) daxil olan ölkələrin, o cümlədən Azərbaycan, Tacikistan və Ukrayna vətəndaşları 180 gün ərzində Qazaxıstana vizasız daxil ola və 90 gün ölkədə qala bilərlər.
Yeni qaydalar bu gündən qüvvəyə minir.
Eyni zamanda, həkimlər, mühəndislər, aqronomlar, memarlar, İT mütəxəssisləri və s. peşə sahibləri sadələşdirilmiş qaydada daimi yaşamaq üçün icazə ala bilər (apa).
Xəbər lenti
0