SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Azərbaycan səfirliyinə hücuma görə İran məsuliyyət daşıyır - Ziyafət Əsgərov

© Photo : APAZiyafət Əsgərov
Ziyafət Əsgərov - Sputnik Azərbaycan, 1920, 27.01.2023
Abunə olmaq
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri bildirib ki, bu, əslində Azərbaycan dövlətinə qarşı yönələn düşmənçiliyin təzahürüdür.
BAKI, 27 yanvar — Sputnik. "İranda səfirliyimizə edilən silahlı hücum Azərbaycan dövlətinə qarşı yönələn düşmənçiliyin təzahürüdür". Bunu "Report"a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov deyib.
O bildirib ki, Azərbaycanın Tehrandakı səfirliyinə edilən silahlı hücum vəhşilik aktıdır:

"1961-ci ildə qəbul olunan Vyana Konvensiyasına görə, diplomatik nümayəndəliklərin təhlükəsizliyini diplomatik nümayəndiliyin yerləşdiyi dövlət təmin etməlidir. Bu, bütün dünyada qəbul olunub və Konvensiyanın tələbidir. Baş vermiş cinayət hadisəsinə görə birbaşa İran dövləti məsuliyyət daşıyır və bunun cavabını verməlidir".

Z.Əsgərov söyləyib ki, İran polisi müxtəlif bəhanələrlə hadisənin məişət zəminində baş verdiyini iddia edir. Komitə sədri vurğulayıb ki, bu, tamamilə cəfəngiyat və yalandır.
"Bu, əslində Azərbaycan dövlətinə qarşı yönələn düşmənçiliyin təzahürüdür. Səfirlik İranda Azərbaycan dövlətini təmsil edir. Bu həm beynəlxalq hüquqa, həm də Azərbaycana qarşı düşmənçilikdir. Tələb edirik ki, İran tərəfi təcili şəkildə Azərbaycana rəsmi cavab versin", - Z.Əsgərov əlavə edib.
Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum olub. Məlumata görə, hücum edən şəxs "Kalaşnikov" markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Yaralıların vəziyyəti qənaətbəxşdir. Hazırda bu xain hücum üzrə araşdırma gedir.
Məlumata görə, Azərbaycan səfirliyinə hücum edən şəxs saxlanılıb.
Xəbər lenti
0