ELM

Alimlərin vahid reyestrinin yaradılması elmə töhfə verəcək?

© AFP 2024 / JOEL SAGETLaboratoriya işçisi
Laboratoriya işçisi - Sputnik Azərbaycan, 1920, 27.01.2023
Abunə olmaq
Təhsil üzrə ekspert düşünür ki, vahid reyestr yaradılarsa, bir çox problemlər aradan qalxar.
BAKI, 27 yanvar — Sputnik. Azərbaycanda alimlərin vahid reyestrinin yaradılması təklif olunur. Bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, akademik Rasim Əliquliyev deyib.
R.Əliquliyevin sözlərinə görə, elmi tədqiqatlar zamanı koordinasiyanın pozulmasının da əsas səbəbi belə bir reyestrin olmamsıdır. O bildirir ki, nəti̇cədə ölkə üzrə elmi̇ fəali̇yyəti̇n təşki̇li̇, koordi̇nasi̇yası, menecmenti̇ və mali̇yyələşdi̇ri̇lməsi̇, müxtəli̇f aspektlər üzrə təhli̇li̇ və qi̇ymətləndi̇ri̇lməsi̇, i̇ntellektual və di̇gər resursların i̇darə olunması, səmərəli̇ qərarların qəbul edi̇lməsi̇ i̇sti̇qaməti̇ndə ci̇ddi̇ problemlər yaranır. Bundan başqa, R.Əliquliyev qeyd edir ki, hazırda elmi̇ müəssi̇sələri̇n fəali̇yyəti̇ haqqında i̇lli̇k hesabatların hazırlanması, çoxpi̇lləli̇ müzaki̇rəsi̇ və qi̇ymətləndi̇ri̇lməsi̇ proseduru çox bürokrati̇k və qeyri̇-səmərəli̇di̇r.
Mediada da dəfələrlə Azərbaycanda elmin vəziyyəti ilə bağlı müxtəlif tənqidi məqalələr yazılıb. Təhsil üzrə eksperlər ölkədə elmin vəziyyətinin çox acınacaqlı olduğunu bildiriblər. Maraqlıdır, belə bir reyestrin yaradılmasının elmin inkişafında nə kimi töhfələri olacaq?
Təhsil üzrə ekspert Vüsal Kərimli Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, əslində belə bir reyestrin yaradılması çox önəmlidir: "Çünki Dövlət Statistika Komitəsi ali təhsil müəssiələrində çalışan müəllim və tədqiqatçıların klassifikasiyasını müəyyən etməkdə ciddi problemlər yaşayır. Bu şəxslərin müəyyən edilməsində kriteriya məsələsi aktuallığını qoruyur. Belə reyestrin yaradılması, koordinasiyanın təşkili düşünürəm ki, kifayət qədər ciddi irəliləyişə səbəb olacaq".
"Lakin məsələyə daha profesionalcasına yanaşsaq, o zaman görərik ki, əsas məsələ reyestr, koordinasiya mərkəzinin yaradılmasında deyil. Əsas məsələ vahid, dünyəvi, ölkəmizin maraqlarına uyğun elmi tədqiqat istiqamətlərinin müəyyən edilməsi, xaricdəki yerli və əcnəbi alimlərin dəstəyi və təcrübələrindən yararlanaq yeni nəsil elmi tədqiqatçılaırn yetişdirilməsinə nail olmaqdır", - deyə o əlavə edir.
Ekspert bildirir ki, belə bir reyestrin yaradılmasının elmə nə qədər təsiri olacaq, bunu demək mümkün deyil: "Çünki elm hər hansı sistem, platformanın yaradılması ilə inkişaf etmir. Elm üçün ciddi investisiya olmalıdır, bazar araşdırılması aparılmalıdır, tədqiqatların aparılması və öyrənilməsi üçün laboratoriyalar qurulmalıdır".
Təhsil üzrə digər ekspert Kamran Əsədov bildirir ki, tədqiqatlar zamanı koordinasiyanın olmaması, Azərbaycan Milli Elmlər Akademiyasının müxtəlif institutlarında aparılan tədqiqatların vaxtı ilə ali təhsil müəssislərində tədqiqat predmeti olması bəlli olur: "Bu səbəbdən də düşünürəm ki, birmənalı şəkildə vahid koordinasiya sistemi olmalıdır, eyni zamanda ölkə üzrə elmi̇ fəali̇yyəti̇n təşki̇li̇, koordi̇nasi̇yasi, menecmenti̇ və mali̇yyələşdi̇ri̇lməsi̇ həyata keçirilməlidir. Bu gün Azərbaycanda texniki və təbiət sahəsinə aid 30 yaşdan aşağı bir elmlər doktoru yoxdur. Düşünürəm ki mütləq şəkildə elmi tədiqat işlərinin monitorinqi aparılmalıdır, hesabatlar olmalıdır, qiymətləndirmələr aparılmalıdır. Tədqiqat işləri yaxşı olanlara maliyyə dəstəyi olmalıdır. Təəssüf ki bu gün Azərbaycan elmində rəqabət mühiti yoxdur".
"Düşünürəm ki vahid reyestr yaradılarsa, bir çox problemlər aradan qalxar", - deyə o əlavə edib.
K.Əsədov qeyd edir ki, ölkədə elmin hazırkı vəziyyəti heç kəsi qane edə bilməz: "Biz əmək bazarında, iqtisadiyyat və digər sahələrdə elmin inkişafını görə bilmirik".
"Elmin inkişafının zəif olmasının da bir neçə səbəbi var. Ali təhsil müəssisələri tədqiqatçı universitet rolunu icra edə bilmirlər. Aparılan tədqiqatlarımız da yerli əhəmiyyət daşıyır. Bizim intelektual inkişafa ehtiyacımız var. Lakin təəssüflər olsun ki, mövcud resurslarımız yetərli deyil. Xüsusən də informasiya təhlükəsizliyi, təbiət elmləri ilə bağlı cidi elmi işlərin görülməsinə ehtiyac var", - deyə o əlavə edib.
Xəbər lenti
0