DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

WP: "ABŞ Rusiyanı cilovlamaq üçün planlar qurur"

© AFP 2024 / WILLIAM WESTM1 Abrams
M1 Abrams   - Sputnik Azərbaycan, 1920, 26.01.2023
Abunə olmaq
Blinken nəşrə müsahibəsində deyib ki, Bayden Ukraynadakı vəziyyət fonunda "Üçüncü Dünya Müharibəsinin" və Rusiya Federasiyası ilə birbaşa münaqişənin qarşısını almaq istəyir.
BAKI, 26 yanvar — Sputnik. ABŞ Prezidenti Co Baydenin administrasiyası Ukrayna münaqişəsindən sonra qüvvələr balansının necə qurulacağı barədə düşünməyə başlayıb, strategiyanın bir hissəsi Ukraynada uzunmüddətli sülhü təmin etmək və Rusiyanı cilovlamaq olmalıdır. Bu barədə ABŞ dövlət katibi Entoni Blinken və adı açıqlanmayan rəsmilərlə danışan "The Washington Post" qəzeti yazıb.
Qəzetin aparıcı xarici siyasət köşə yazarı David İqnatius yazır: "Bayden administrasiyası Kiyevə Rusiyanın işğalının təkrarlanmasının qarşısını almağa kömək edəcək müharibədən sonrakı mümkün balansı planlaşdırmağa başlayıb".
Blinken nəşrə müsahibəsində deyib ki, Bayden Ukraynadakı vəziyyət fonunda "Üçüncü Dünya Müharibəsinin" və Rusiya Federasiyası ilə birbaşa münaqişənin qarşısını almaq istəyir. Nəşrin yazdığına görə, ABŞ dövlət katibi hesab edir ki, Vaşinqton və onun müttəfiqləri Ukraynanın münaqişədən sonra necə görünəcəyi, ölkənin ərazi bütövlüyünü qoruyub saxlamağa və gələcəkdə "təcavüz"dən çəkindirməyə kömək edəcək "ədalətli və davamlı sülhü" necə təmin etmək barədə düşünməlidirlər. Nəşrin yazdığına görə, Birləşmiş Ştatlar Rusiyanın yeni hücum hərəkətləri üçün "dincəlməsinə və yenidən qruplaşmasına" mane olmaq vəzifəsini icra edir.
Blinkenin Rusiyanın qarşısını almaq strategiyası Kiyev üçün keçən il müzakirə edilən təhlükəsizlik zəmanəti yanaşmasından fərqlidir. Qəzetin yazdığına görə, bəzi amerikalı məmurlar hesab edirlər ki, ABŞ-ın əsas vəzifəsi Ukraynaya müdafiə silahları verməkdir, müqavilə öhdəliklərini bəyan etmək deyil. Onlar deyirlər ki, təhlükəsizlik güclü silah sistemləri ilə təmin edilməlidir. Pentaqon Kiyevin silahlandırılmasına xüsusi diqqət yetirir ki, bu da uzunmüddətli münaqişənin qarşısının alınması məqsədinə uyğundur.
ABŞ Rusiya - Sputnik Azərbaycan, 1920, 25.01.2023
RUSİYA
ABŞ Rusiyanı strateji məğlubiyyətə uğratmaq istəyini açıqlayıb – Rusiya XİN
Xəbər lenti
0