https://sputnik.az/20230126/tarix-muzeyinin-fonduna-xx-esrin-evvellerine-aid-eksponat-daxil-olub-451076814.html
Tarix Muzeyinin fonduna XX əsrin əvvəllərinə aid eksponat daxil olub
Tarix Muzeyinin fonduna XX əsrin əvvəllərinə aid eksponat daxil olub
Sputnik Azərbaycan
Gəlinciyin başında buta formalı iri gümüş alınlıq, boğazında sıxılmış firuzədən mavi muncuqları, qara-pişikgözü və gümüş muncuqlu bəzəyi var. 26.01.2023, Sputnik Azərbaycan
2023-01-26T18:41+0400
2023-01-26T18:41+0400
2023-01-26T18:41+0400
tarix
mədəniyyət
eksponat
muzey
amea milli tarix muzeyi
gümüş
https://cdnn1.img.sputnik.az/img/41331/18/413311875_0:104:2000:1229_1920x0_80_0_0_4427c9bfaf548e7c73a9cc3d1b98f6fe.jpg
BAKI, 26 yanvar — Sputnik. Milli Azərbaycan Tarix Muzeyinin fonduna XX əsrin əvvəllərinə aid "Qodu" gəlinciyi daxil olub. Bu barədə Tarix Muzeyindən məlumat verilib. Qeyd olunub ki, XX əsrin əvvəllərinə aid olan gəlincik əl işidir. Gəlincik mis boru üzərində formalaşdırılaraq, üz cizgiləri saplarla tikilib, bəzədilməsində isə milli geyim nümunələri və başqa bəzək əşyalarından istifadə edilib. Üst geyimində zoğalı və yaşıl rəngli zərxara parçadan arxalıq, bel geyimində 5 qat müxtəlif parçalardan tuman geyindirilib. Gəlinciyin başında buta formalı iri gümüş alınlıq, boğazında sıxılmış firuzədən mavi muncuqları, qara-pişikgözü və gümüş muncuqlu bəzəyi var. Əllərinə səsli qumrovlar, örtük üzərindən başın arxa hissəsinə də təbii daşlar tikilib. Muzeyin Etnoqrafiya fonduna yeni daxil olan belə gəlinciklərdən vaxtilə zəngin ailələrin uşaqları da oyuncaq kimi istifadə ediblər.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41331/18/413311875_112:0:1889:1333_1920x0_80_0_0_784d7e26c661f8ead96be7dd9365dbb0.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
tarix, eksponat, muzey, amea milli tarix muzeyi, gümüş
tarix, eksponat, muzey, amea milli tarix muzeyi, gümüş
Tarix Muzeyinin fonduna XX əsrin əvvəllərinə aid eksponat daxil olub
Gəlinciyin başında buta formalı iri gümüş alınlıq, boğazında sıxılmış firuzədən mavi muncuqları, qara-pişikgözü və gümüş muncuqlu bəzəyi var.
BAKI, 26 yanvar — Sputnik. Milli Azərbaycan Tarix Muzeyinin fonduna XX əsrin əvvəllərinə aid "Qodu" gəlinciyi daxil olub.
Bu barədə Tarix Muzeyindən məlumat verilib. Qeyd olunub ki, XX əsrin əvvəllərinə aid olan gəlincik əl işidir. Gəlincik mis boru üzərində formalaşdırılaraq, üz cizgiləri saplarla tikilib, bəzədilməsində isə milli geyim nümunələri və başqa bəzək əşyalarından istifadə edilib. Üst geyimində zoğalı və yaşıl rəngli zərxara parçadan arxalıq, bel geyimində 5 qat müxtəlif parçalardan tuman geyindirilib.
Gəlinciyin başında buta formalı iri gümüş alınlıq, boğazında sıxılmış firuzədən mavi muncuqları, qara-pişikgözü və gümüş muncuqlu bəzəyi var. Əllərinə səsli qumrovlar, örtük üzərindən başın arxa hissəsinə də təbii daşlar tikilib.
Muzeyin Etnoqrafiya fonduna yeni daxil olan belə gəlinciklərdən vaxtilə zəngin ailələrin uşaqları da oyuncaq kimi istifadə ediblər.