https://sputnik.az/20230126/rusiya-xn-den-a-missiyasina-reaksiya-regiona-geosiyasi-qarsidurma-getire-biler-451076562.html
Rusiya XİN-dən Aİ missiyasına reaksiya: regiona geosiyasi qarşıdurma gətirə bilər
Rusiya XİN-dən Aİ missiyasına reaksiya: regiona geosiyasi qarşıdurma gətirə bilər
Sputnik Azərbaycan
Rusiya Xarici İşlər Nazirliyinin məlumatında bildirilib ki, Aİ Cənubi Qafqazda sülhün əldə olunmasında maraqlı olsaydı, Azərbaycanla öz missiyalarının... 26.01.2023, Sputnik Azərbaycan
2023-01-26T19:57+0400
2023-01-26T19:57+0400
2023-01-26T19:57+0400
rusiya xin
siyasət
missiya
ai
avropa ittifaqı
ermənistan
region
mdb
nato
https://cdnn1.img.sputnik.az/img/07e6/05/1f/442371046_0:279:3037:1987_1920x0_80_0_0_240a482d773cc1a77f3e51c3cf034a11.jpg
BAKI, 26 yanvar — Sputnik. Avropa İttifaqı nümayəndələrinin Ermənistanın sərhədyanı rayonlarında peyda olması mövcud ziddiyyətləri daha da gücləndirə və regiona geosiyasi qarşıdurma gətirə bilər. Bu barədə cümə axşamı Rusiya Xarici İşlər Nazirliyinin yaydığı məlumatda deyilir. "ABŞ və NATO-nun əlavəsinə çevrilmiş, MDB məkanında qarşıdurma siyasəti yürüdən Avropa İttifaqının nümayəndələrinin Ermənistanın sərhədyanı rayonlarında peyda olması regiona yalnız geosiyasi qarşıdurma gətirə və mövcud ziddiyyətləri daha da gərginləşdirə bilər", - nazirlikdən bildiriblər. Xarici İşlər Nazirliyi məlumatında vurğulanıb ki, Rusiya Federasiyası Aİ-nin "ekspertləri"nin Ermənistan-Azərbaycan sərhədində baş verənləri izləmələrində heç bir "əlavə dəyər" görmür. "Əgər Brüssel səmimi qəlbdən Cənubi Qafqazda sülhün əldə olunmasında maraqlı olsaydı, onlar Azərbaycanla öz missiyalarının fəaliyyətinin şərtlərini razılaşdırardılar", - deyə Rusiya XİN-dən bildirilib.
https://sputnik.az/20230125/resmi-baki-novbeti-defe-ermenistana-xeberdarliq-edib-451047156.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/05/1f/442371046_58:0:2787:2047_1920x0_80_0_0_1ee7e6a49bfb515f9973415cda693ceb.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
rusiya xin, missiya, ai, avropa ittifaqı, ermənistan, region, mdb, nato
rusiya xin, missiya, ai, avropa ittifaqı, ermənistan, region, mdb, nato
Rusiya XİN-dən Aİ missiyasına reaksiya: regiona geosiyasi qarşıdurma gətirə bilər
Rusiya Xarici İşlər Nazirliyinin məlumatında bildirilib ki, Aİ Cənubi Qafqazda sülhün əldə olunmasında maraqlı olsaydı, Azərbaycanla öz missiyalarının fəaliyyətinin şərtlərini razılaşdırardılar.
BAKI, 26 yanvar — Sputnik. Avropa İttifaqı nümayəndələrinin Ermənistanın sərhədyanı rayonlarında peyda olması mövcud ziddiyyətləri daha da gücləndirə və regiona geosiyasi qarşıdurma gətirə bilər. Bu barədə cümə axşamı Rusiya Xarici İşlər Nazirliyinin yaydığı məlumatda deyilir.
"ABŞ və NATO-nun əlavəsinə çevrilmiş, MDB məkanında qarşıdurma siyasəti yürüdən Avropa İttifaqının nümayəndələrinin Ermənistanın sərhədyanı rayonlarında peyda olması regiona yalnız geosiyasi qarşıdurma gətirə və mövcud ziddiyyətləri daha da gərginləşdirə bilər", - nazirlikdən bildiriblər.
Xarici İşlər Nazirliyi məlumatında vurğulanıb ki, Rusiya Federasiyası Aİ-nin "ekspertləri"nin Ermənistan-Azərbaycan sərhədində baş verənləri izləmələrində heç bir "əlavə dəyər" görmür.
"Əgər Brüssel səmimi qəlbdən Cənubi Qafqazda sülhün əldə olunmasında maraqlı olsaydı, onlar Azərbaycanla öz missiyalarının fəaliyyətinin şərtlərini razılaşdırardılar", - deyə Rusiya XİN-dən bildirilib.