Azərbaycan hərbçiləri, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 16.11.2021
Azərbaycan-Ermənistan sərhədində vəziyyət
Vətən müharibəsindən sonra üçtərəfli bəyanatın imzalanması rəğmən sərhəddə erməni təxribatları səngimək bilmir. Ermənistanla sərhəddə son hadisələr barədə Sputnik Azərbaycan-ın süjetində oxuyun.

Mirzoyanın "dəli" cəsarəti: Ermənistan yenə biabır olmaq istəyir?

© Alex Brandon / POOL / AFPArarat Mirzoyan
Ararat Mirzoyan - Sputnik Azərbaycan, 1920, 26.01.2023
Abunə olmaq
Millət vəkili vurğulayıb ki, Azərbaycan ordusu Ermənistana elə zərbə vurub ki bu ölkənin ordusunun yenidən dirçəltməsi uzun illər çəkəcək.
BAKI, 26 yanvar — Sputnik. 44 günlük müharibədə ağır məğlubiyyət belə görünür ki, Ermənistana dərs olmayıb. Ermənistan XİN rəhbəri Ararat Mirzoyan ötən gün yenidən müharibə ritorikasını işə salaraq Azərbaycana qarşı təhdidkar çıxış edib.
Sputnik Azərbaycan Mirzoyanın çıxışı ilə bağlı millət vəkili Elşad Mirbəşiroğlu və hərbi ekspert, ehtiyatda olan polkovnik Üzeyir Cəfərovun fikirlərini öyrənib.
Millət vəkili Elşad Mirbəşiroğlu bildirib ki, Mirzoyanın müharibə ritorikası ondan xəbər verir ki, bu ölkə Azərbaycanla münasibətlərin normallaşdırılması istiqamətində öz xoşu ilə heç bir addım atmayacaq: "Bu eyni ilə 2020-ci ilin payızına qədər Ermənistan siyasi rəhbərliyinin sərgilədiyi mövqeyin eynisidir. Həmin dövrdə bu cür ritorika Ermənistan ordusunun darmadağın edilməsi ilə nəticələndi. İndi tama fərqli şərtlər və siyasi reallıqlar şəraitində Ermənistan XİN rəhbərinin müharibə ritorikasına söykənməsi sadəcə blefdir".
Millət vəkili vurğulayıb ki, Azərbaycan ordusu Ermənistana elə zərbə vurub ki bu ölkənin ordusunun yenidən dirçəlməsi uzun illər çəkəcək: "Azərbaycana qarşı hər hansı hərbi hərəkətlənmə Ermənistan üçün daha da acınacaqlı olacaq. Biz 2020-ci ildə Vətən müharibəsi zamanı bunu Ermənistana da, onun havadarlarına da göstərdik. Ermənistan XİN rəhbəri ABŞ və Avropadan aldığı təlimatlar əsasında belə ritorika ilə çıxış edir. Avropa da son hərəkətləri ilə nümayiş etdirdi ki, niyyətləri başladılmış sülh danışıqlarını dayandırmaqdır. Onlar sadəcə danışıqlarla sülh imitasiyasını reallaşdırdılar. Ermənistana göndərilən mülki missiya ilə ürəklənən Ermənistan siyasi rəhbərliyi özünə artıq belə ifadələr işlətməyi rəva bilir və cəsarətlənib. Bu həm də Avropadan Ermənistana göndərilən missiyanın məqsədi ilə bağlı da təsəvvürlər yaradır".
"Sən demə Aİ-nin missiyası Ermənistana ürək-dirək vermək üçün göndərilib. Ermənistan Azərbaycanla sülh müqaviləsini imzalasa, Paşinyan rejiminin sonu çatacaq. Ermənistan müharibədə məğlub olmuş tərəfdir və o qalib tərəfin, yəni Azərbaycanın şərtləri altında sülh müqaviləsinə imza atmalıdır. Qərb də Paşinyanın hakimiyyətdən getməsini istəmir və hər vasitəylə Ermənistana dəstək olur ki, Azərbaycanla sülh müqaviləsini yaxın zamanlarda imzalamasın" – deyə millət vəkili qeyd edib.
Hərbi ekspert Üzeyir Cəfərov Mirzoyanın açıqlamalarını mənasız və boş sözlər hesab edir. Onun fikrincə, Ermənistan ordusunun özünə gəlməsi üçün uzun illər lazımdır: "Son vaxtlar Paşinyan və onun komandası Azərbaycana qarşı fəallaşıblar. ABŞ Dövlət Departamenti, Avropa İttifaqı onları şirnikləndirir, bu cür bəyanatlar verməyə sövq edir. Amma bu Ermənistan üçün yaxşı heç nə vəd etmir və bu ölkə çox ciddi peşman olacaq. Bu gün qalib Azərbaycan ordusunun potensialı məğlub Ermənistanı dəfələrlə üstələyir".
"Ermənistan tərəfindən verilən açıqlamaların arxasında ciddi güc dayanmadığı üçün əhəmiyyətsizdir. Bu ölkənin ordusunun ayaqüstə qalması üçün onilliklər lazımdır. Ermənistan ordusu müharibədəki məğlubiyyətdən keçən dövr ərzində hər hansı ciddi uğur əldə etməyib. Bu açıqlamaların həm də Ermənistanın daxili auditoriyasına hesablanmış olduğunu düşünürəm. Basarkeçərdə yanan hərbi hissədə Ermənistan ordusunun hansı şəraitdə olduğunu gördük. Ermənistan hökuməti bu gün öz əsgərinə elementar şərait yaratmaq iqtidarında deyil. Ermənistan ordusunda korrupsiya ilə bağlı açılan cinayət işləri və həbslər də bu ölkənin ordusunun "gücünü" göstərir. Mirzoyan indiyə qədər əlli yalan danışıb, indi də ölkəsinə maliyyə yardımının ayrılması üçün bu şəkildə fikirlər səsləndirir", – deyə hərbi ekspet fikirlərini yekunlaşdırıb.
Xəbər lenti
0