https://sputnik.az/20230126/kendden-sehere-yarmarkalarinda-minden-cox-fermer-oz-mehsulunu-satisa-cixarib---foto-451075232.html
"Kənddən şəhərə" yarmarkalarında mindən çox fermer öz məhsulunu satışa çıxarıb - FOTO
"Kənddən şəhərə" yarmarkalarında mindən çox fermer öz məhsulunu satışa çıxarıb - FOTO
Sputnik Azərbaycan
Yarmarkaların təşkilində əsas məqsəd fermerlər üçün alternativ satış kanalı yaratmaq və şəhər sakinlərinin kənd təsərrüfarı məhsullarına olan tələbatını daha... 26.01.2023, Sputnik Azərbaycan
2023-01-26T17:25+0400
2023-01-26T17:25+0400
2023-01-26T17:57+0400
yarmarka
iqtisadiyyat
kənd
kənd təsərrüfatı
kənd təsərrüfatı yarmarkaları
https://cdnn1.img.sputnik.az/img/07e5/06/12/427256392_0:150:1201:825_1920x0_80_0_0_f346f5c8138581cbacdb693a11964af1.jpg
BAKI, 26 yanvar — Sputnik. 2022-ci ildə Bakı və Abşeronda təşkil olunan "Kənddən şəhərə" həftəsonu yarmarkalarında 48 rayondan 1384 fermer öz məhsulunu satışa çıxarıb. Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, yarmarkalarda fermerlər tərəfindən alıcılara 100-dən artıq çeşiddə kənd təsərrüfatı məhsulu təqdim olunub. Yarmarkaların təşkilində əsas məqsəd fermerlər üçün alternativ satış kanalı yaratmaq və şəhər sakinlərinin kənd təsərrüfarı məhsullarına olan tələbatını daha dolğun təmin etməkdir. "Kənddən şəhərə" yarmarkasında Elekron Kənd Təsərrüfatı İnformasiya Sistemində şəxsi kabineti olan, fəaliyyət növünə uyğun olaraq dövlətdən subsidiya alan fermerlər iştirak edirlər. Yarmarkada iştirak etmək istəyən fermerlər əvvəlcədən qeydiyyatdan keçir, şəxsi məlumatlarını, satmaq istədiyi məhsul barədə qeydləri sistemə daxil edirlər. Fermerin müraciəti əsasında ona öz məhsulunu yarmarkaya gətirmək üçün nəqliyyat vasitəsi ayrılır, məhsulun satış nöqtəsinə ödənişsiz çatdırılması təmin edilir. Yarmarkada iştirak edən fermerlər ödənişsiz şəkildə piştaxta, tərəzi və digər avadanlıqlarla yanaşı, tibbi ləvazimatlarla (tibbi maska, dezinfeksiyaedici maddələr, əlcək və. s) təmin olunurlar.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/06/12/427256392_0:37:1201:937_1920x0_80_0_0_24460357326c222e72aaaa4c41d268aa.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
yarmarka, kənd, kənd təsərrüfatı, kənd təsərrüfatı yarmarkaları
yarmarka, kənd, kənd təsərrüfatı, kənd təsərrüfatı yarmarkaları
"Kənddən şəhərə" yarmarkalarında mindən çox fermer öz məhsulunu satışa çıxarıb - FOTO
17:25 26.01.2023 (Yenilənib: 17:57 26.01.2023) Yarmarkaların təşkilində əsas məqsəd fermerlər üçün alternativ satış kanalı yaratmaq və şəhər sakinlərinin kənd təsərrüfarı məhsullarına olan tələbatını daha dolğun təmin etməkdir.
BAKI, 26 yanvar — Sputnik. 2022-ci ildə Bakı və Abşeronda təşkil olunan "Kənddən şəhərə" həftəsonu yarmarkalarında 48 rayondan 1384 fermer öz məhsulunu satışa çıxarıb.
Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, yarmarkalarda fermerlər tərəfindən alıcılara 100-dən artıq çeşiddə kənd təsərrüfatı məhsulu təqdim olunub.
Yarmarkaların təşkilində əsas məqsəd fermerlər üçün alternativ satış kanalı yaratmaq və şəhər sakinlərinin kənd təsərrüfarı məhsullarına olan tələbatını daha dolğun təmin etməkdir.
"Kənddən şəhərə" yarmarkasında Elekron Kənd Təsərrüfatı İnformasiya Sistemində şəxsi kabineti olan, fəaliyyət növünə uyğun olaraq dövlətdən subsidiya alan fermerlər iştirak edirlər. Yarmarkada iştirak etmək istəyən fermerlər əvvəlcədən qeydiyyatdan keçir, şəxsi məlumatlarını, satmaq istədiyi məhsul barədə qeydləri sistemə daxil edirlər. Fermerin müraciəti əsasında ona öz məhsulunu yarmarkaya gətirmək üçün nəqliyyat vasitəsi ayrılır, məhsulun satış nöqtəsinə ödənişsiz çatdırılması təmin edilir.
Yarmarkada iştirak edən fermerlər ödənişsiz şəkildə piştaxta, tərəzi və digər avadanlıqlarla yanaşı, tibbi ləvazimatlarla (tibbi maska, dezinfeksiyaedici maddələr, əlcək və. s) təmin olunurlar.