https://sputnik.az/20230126/kecmis-mtn-polkovniki-ali-mehkemeye-muraciet-edib-451051969.html
Keçmiş MTN polkovniki Ali Məhkəməyə müraciət edib
Keçmiş MTN polkovniki Ali Məhkəməyə müraciət edib
Sputnik Azərbaycan
Onun vəzifədə olduğu vaxt vətəndaş Fazil Alıyevin 60 min manata aldığı evini hədə-qorxu ilə əlindən almaqda da adı hallanıb. 26.01.2023, Sputnik Azərbaycan
2023-01-26T11:20+0400
2023-01-26T11:20+0400
2023-01-26T11:20+0400
mtn
cəmiyyət
polkovnik
məhkəmə
məhkəmə
https://cdnn1.img.sputnik.az/img/42373/95/423739546_0:0:1920:1080_1920x0_80_0_0_8244c4337146392094be76f81bad9180.jpg
BAKI, 26 yanvar — Sputnik. Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) dələduzluqda təqsirləndirilən Qusar, Kürdəmir rayon şöbələrinin sabiq rəisi polkovnik Bahadir Qocayev barəsində olan hökmdən kassasiya şikayəti verib. "Report"un əldə etdiyi məlumata görə, artıq şikayət Ali Məhkəməyə təqdim edilib və hakim Şahin Yusifovun sədrliyi ilə araşdırılacaq. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil. Qeyd edək ki, B.Qocayev bir müddət Lənkəran Dövlət Universitetində (LDU) prorektoru vəzifəsində çalışıb. MTN-in sabiq vəzifəli şəxsi 70 min manatdan çox pulu mənimsəməkdə ittiham edilib. Bundan başqa, onun vəzifədə olduğu vaxt vətəndaş Fazil Alıyevin 60 min manata aldığı evini hədə-qorxu ilə əlindən almaqda da adı hallanıb. B.Qocayev barəsində cinayət işinin istintaqını Dövlət Təhlükəsizliyi Xidməti aparıb. Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə B.Qocayev 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42373/95/423739546_176:0:1763:1190_1920x0_80_0_0_3ee6a9bcb5bf809f2fc44df82295ad71.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
mtn, polkovnik, məhkəmə, məhkəmə
mtn, polkovnik, məhkəmə, məhkəmə
Keçmiş MTN polkovniki Ali Məhkəməyə müraciət edib
Onun vəzifədə olduğu vaxt vətəndaş Fazil Alıyevin 60 min manata aldığı evini hədə-qorxu ilə əlindən almaqda da adı hallanıb.
BAKI, 26 yanvar — Sputnik. Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) dələduzluqda təqsirləndirilən Qusar, Kürdəmir rayon şöbələrinin sabiq rəisi polkovnik Bahadir Qocayev barəsində olan hökmdən kassasiya şikayəti verib.
"Report"un əldə etdiyi məlumata görə, artıq şikayət Ali Məhkəməyə təqdim edilib və hakim Şahin Yusifovun sədrliyi ilə araşdırılacaq.
Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Qeyd edək ki, B.Qocayev bir müddət Lənkəran Dövlət Universitetində (LDU) prorektoru vəzifəsində çalışıb. MTN-in sabiq vəzifəli şəxsi 70 min manatdan çox pulu mənimsəməkdə ittiham edilib.
Bundan başqa, onun vəzifədə olduğu vaxt vətəndaş Fazil Alıyevin 60 min manata aldığı evini hədə-qorxu ilə əlindən almaqda da adı hallanıb.
B.Qocayev barəsində cinayət işinin istintaqını Dövlət Təhlükəsizliyi Xidməti aparıb. Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə B.Qocayev 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.