Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Gülşad Baxşıyeva: İttifaq Şəfiqə Məmmədovanın atasının müəssisəsi deyil

© Photo : The Azerbaijan Union of Film-makersKinematoqrafçılar İttifaqı
Kinematoqrafçılar İttifaqı - Sputnik Azərbaycan, 1920, 26.01.2023
Abunə olmaq
Əməkdar artist Gülşad Baxşıyeva Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri Şəfiqə Məmmədovanı sərt tənqid etdi.
BAKI, 26 yanvar — Sputnik. Bir qrup mədəniyyət və incəsənət xadimi Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının üzlüyündən imtina edib. Yayılan xəbərə görə, İttifaqın üzvlüyündən ümumilikdə 20-yə yaxın incəsənət nümayəndəsinin imtina etdiyi deyilir. Onlar arasında Xalq artisi Əbdül Mahmudov, Xalq artisti Ramiz Məlikov, Əməkdar İncəsənət Xadimi Yavər Rzayev, Əməkdar artist Münəvvər Əliyeva da var.
Xalq artisi Əbdül Mahmudov İttifaqdan çıxmadığını bildirir: "Mən Prezidentinin Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyevaya, Mədəniyyət nazirinə, Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasına və digər qurumlara sizin vasitənizlə müraciət edirəm. Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı Şəfiqə Məmmədovanın şəxsi obyekti deyil. Ora kino xadimlərinə aiddir. Mən dəfələrlə ona demişəm ki, yaşlı qadınsan, sənin bu dəqiqə Azərbaycan kino mexanizminə heç bir təsirin yoxdur. Get otur evində".
Kino ittifaqlarının birləşməsi məsələsəinə gəldikdə isə Xalq artisti bildirdi ki, həmin ittifaqların kinonun inkişafına heç bir təsiri yoxdur: "Həsən keçəl, keçəl Həsən. Fərqi nədir ki? Birinin başında tələbə yoldaşım Şəfiqə Məmmədova dayanıb, birinin də başında sənət yoldaşım Rasim Balayev. Bu İttifaqlara ayrılan pullar kinostudiyaya ayrılsa, daha faydalı olar. Mən tələb edirəm ki, mart ayında təkrar qurultay keçirilisin. Hər iki ittifaq bir araya gəlsin".
Əməkdar artist Gülşad Baxşıyeva da yayılan xəbərin yanlış olduğunu dilə gətirib: "İttifaq Şəfiqə Məmmədovanın atasının müəssisəsi deyil. O dövlətin qurumudur. O özünü elə aparır ki, sanki atasından miras qalıb. Nə keçirilən qurultaydan, nə ora ayrılan pullardan, nə də orada görülən işlərdən xəbərimiz var. Mən oradan niyə çıxmalıyam? Sabah Şəfiqə Məmmədovanı çıxaracaqlar, ondan sonra mən təzədən ərizə yazmalıyam? Qrumun mətbuat katibi televiziyada bildirdi ki, guya İttifaq hər il aktyorlara yubileylər keçirir. Mənim 60, 65, 70 illik yubileylərim olub. Amma məni heç adi bir təbrik etməyiblər. Onlar sadəcə harasa hesabat lazım olanda mənim adımı ora yazıblar".
Gülşad xanımın sözlərinə görə, bu yaxınlarda baş tutan qurultaydan onun xəbəri olmayıb: "Nəinki mənim, heç mənim rəhbərlik etdiyim kafedradakı aktyorların heç birinin bu qurultaydan xəbəri olmayıb. Yığılıb 5-6 nəfər çay içiblər, bunun da adını qurultay qoyublar. Belə çıxır ki, bunlar elitadır, biz qara adamlarıq, bizimlə hesablaşmırlar".
Əməkdar İncəsənət Xadimi Yavər Rzayev, Əməkdar artist Münəvvər Əliyeva da bu xəbərin yanlış olduğunu söylədi.
İttifaqın hazırkı sədri Xalq artisti Şəfiqə Məmmədova ilə əlaqə saxlamağa çalışsaq da, zənglərimizə cavab verilmədi.
Qeyd edək ki, bir müddət öncə ittifaqın mətbuat katibi Əli Vəliyev də qurumdan ayrıldığını bildirmişdi.
Xəbər lenti
0