https://sputnik.az/20230126/fransa-rusiyanin-atom-senayesine-qarsi-sanksiyalarin-tehlukesi-barede-xeberdarliq-edib-451067617.html
Fransa Rusiyanın atom sənayesinə qarşı sanksiyaların təhlükəsi barədə xəbərdarlıq edib
Fransa Rusiyanın atom sənayesinə qarşı sanksiyaların təhlükəsi barədə xəbərdarlıq edib
Sputnik Azərbaycan
AgoraVox: Rusiyanın atom sənayesinə qarşı sanksiyalar Qərbin əleyhinə olacaq 26.01.2023, Sputnik Azərbaycan
2023-01-26T15:59+0400
2023-01-26T15:59+0400
2023-01-26T16:21+0400
fransa
dünya xəbərləri
rusiya
şarl mişel
https://cdnn1.img.sputnik.az/img/42206/76/422067636_0:295:3117:2048_1920x0_80_0_0_ad8b4467f971b3fc3264ad75125d713f.jpg
BAKI, 26 yanvar — Sputnik. Qərbin Rusiyanın atom sənayesinə tətbiq etdiyi sanksiyaları onları tətbiq edənlərin əleyhinə olacaq. Bunu fransız icmalçı Patris Bravo deyib. Jurnalist “AgoraVox” üçün yazdığı məqalədə xatırladıb ki, Rusiya uranın zənginləşdirilməsi üzrə bütün dünyada tanınmış texnologiya tədarükçüsüdür və bu yanacağın ən böyük ixracatçılarından biridir. Bundan əlavə, o qeyd edir ki, Rusiya Federasiyası Türkiyə, Macarıstan, Hindistan, Çin və Misirdə atom elektrik stansiyalarının inşası üzrə iri layihələrdə iştirak edir. “Beləliklə, Rusiyaya qarşı yeni sanksiyaların effektiv olub-olmayacağı hələ bəlli deyil. Eyni zamanda, atom sənayesindəki məhdudiyyətlər Avropa ölkələrinin özlərinin əleyhinə olacaq”, - deyə Bravo xəbərdarlıq edib. Jurnalist bildirib ki, 2021 və 2022-ci illərdə ABŞ təkcə Rusiyadan 1,3 milyard dollar dəyərində uran alıb. Bundan əlavə, icmalçı əlavə edib ki, Rusiya və Fransada uran alışı artırılıb. Bununla yanaşı Rusiya Federasiyasının atom sənayesinə qarşı sanksiyalar tətbiq olunarsa, Parisin öz atom elektrik stansiyaları (AES) üçün kifayət qədər yanacağı olmaya bilər. Xatırladaq ki, bu yaxınlarda Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayen Rusiyaya qarşı sanksiyaların onuncu paketinin qəbul edildiyini elan edərək, Avropa İttifaqının məhdudlaşdırıcı tədbirlərinin məqsədinin Rusiya iqtisadiyyatını onilliklər ərzində tənəzzülə “uğramaq” olduğunu bildirirb. Avropa Şurasının rəhbəri Şarl Mişel də öz növbəsində Moskvaya qarşı yeni məhdudlaşdırıcı tədbirlərin qəbulu ilə bağlı Avropa İttifaqında getdikcə artan çətinliklərdən danışıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42206/76/422067636_19:0:2750:2048_1920x0_80_0_0_a03cf8a9c78472f8655a578ca42d242c.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
fransa, rusiya, şarl mişel
fransa, rusiya, şarl mişel
Fransa Rusiyanın atom sənayesinə qarşı sanksiyaların təhlükəsi barədə xəbərdarlıq edib
15:59 26.01.2023 (Yenilənib: 16:21 26.01.2023) AgoraVox: Rusiyanın atom sənayesinə qarşı sanksiyalar Qərbin əleyhinə olacaq
BAKI, 26 yanvar — Sputnik. Qərbin Rusiyanın atom sənayesinə tətbiq etdiyi sanksiyaları onları tətbiq edənlərin əleyhinə olacaq. Bunu fransız icmalçı Patris Bravo deyib.
Jurnalist “AgoraVox” üçün yazdığı məqalədə xatırladıb ki, Rusiya uranın zənginləşdirilməsi üzrə bütün dünyada tanınmış texnologiya tədarükçüsüdür və bu yanacağın ən böyük ixracatçılarından biridir. Bundan əlavə, o qeyd edir ki, Rusiya Federasiyası Türkiyə, Macarıstan, Hindistan, Çin və Misirdə atom elektrik stansiyalarının inşası üzrə iri layihələrdə iştirak edir.
“Beləliklə, Rusiyaya qarşı yeni sanksiyaların effektiv olub-olmayacağı hələ bəlli deyil. Eyni zamanda, atom sənayesindəki məhdudiyyətlər Avropa ölkələrinin özlərinin əleyhinə olacaq”, - deyə Bravo xəbərdarlıq edib.
Jurnalist bildirib ki, 2021 və 2022-ci illərdə ABŞ təkcə Rusiyadan 1,3 milyard dollar dəyərində uran alıb. Bundan əlavə, icmalçı əlavə edib ki, Rusiya və Fransada uran alışı artırılıb. Bununla yanaşı Rusiya Federasiyasının atom sənayesinə qarşı sanksiyalar tətbiq olunarsa, Parisin öz atom elektrik stansiyaları (AES) üçün kifayət qədər yanacağı olmaya bilər.
Xatırladaq ki, bu yaxınlarda Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayen Rusiyaya qarşı sanksiyaların onuncu paketinin qəbul edildiyini elan edərək, Avropa İttifaqının məhdudlaşdırıcı tədbirlərinin məqsədinin Rusiya iqtisadiyyatını onilliklər ərzində tənəzzülə “uğramaq” olduğunu bildirirb.
Avropa Şurasının rəhbəri Şarl Mişel də öz növbəsində Moskvaya qarşı yeni məhdudlaşdırıcı tədbirlərin qəbulu ilə bağlı Avropa İttifaqında getdikcə artan çətinliklərdən danışıb.