SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Ermənistan Aİ-nin xeyrinə seçim etməyə üstünlük verib - Rusiya XİN

© Sputnik / Евгений ОдиноковRusiya XİN-nin binası, arxiv şəkli
Rusiya XİN-nin binası, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 26.01.2023
Abunə olmaq
Rusiya XİN əlavə edib ki, erməni müttəfiqləri KTMT-nin potensialından istifadə etməkdə maraqlı olsalar, bunun missiya tez bir zamanda Ermənistanda yerləşdirilə bilər.
BAKI, 26 yanvar — Sputnik. Moskva qeyd edir ki, İrəvan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) missiyasının istiqaməti üzrə işi məntiqi nəticəyə çatdırmadan Aİ-nin xeyrinə seçim etməyə üstünlük verib. Bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
"Biz müəyyən edirik ki, İrəvanda KTMT missiyasının fəaliyyəti üzrə işi məntiqi nəticəyə çatdırmadan, onlar Aİ-nin xeyrinə seçim etməyə üstünlük veriblər", - XİN Avropa İttifaqının Ermənistanın sərhədyanı rayonlarında mülki monitorinq missiyasının yaradılması ilə bağlı bildirib.
Rusiya XİN əlavə edib ki, erməni müttəfiqləri KTMT-nin potensialından istifadə etməkdə maraqlı olsalar, bunun missiya tez bir zamanda Ermənistanda yerləşdirilə bilər.
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarla görüşüb - Sputnik Azərbaycan, 1920, 25.01.2023
DÜNYA XƏBƏRLƏRİ
Mirzoyan Toivo Klaarla görüşüb
Xəbər lenti
0