https://sputnik.az/20230126/ermenilerin-deyisdirdikleri-azerbaycan-toponimleri-ile-bagli-tedqiqatlara-baslanilib-451067874.html
Ermənilərin dəyişdirdikləri Azərbaycan toponimləri ilə bağlı tədqiqatlara başlanılıb
Ermənilərin dəyişdirdikləri Azərbaycan toponimləri ilə bağlı tədqiqatlara başlanılıb
Sputnik Azərbaycan
Elçin İsmayılov bildirib ki, Qərbi Azərbaycan ərazisində ermənilər tərəfindən törədilmiş saysız-hesabsız cinayətlərdən biri də toponimlərin adlarının... 26.01.2023, Sputnik Azərbaycan
2023-01-26T17:07+0400
2023-01-26T17:07+0400
2023-01-26T17:08+0400
toponim
elm
ermənilər
https://cdnn1.img.sputnik.az/img/42418/35/424183534_0:0:1921:1080_1920x0_80_0_0_e260a176b4c157145479a20317c35c4e.jpg
BAKI, 26 yanvar — Sputnik. Ermənilərin dəyişdirdikləri Azərbaycan toponimləri ilə bağlı tədqiqatlara başlanılıb. Bunu Nəsimi adına Dilçilik İnstitutunun Toponimika şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Elçin İsmayılov deyib. O, Qərbi Azərbaycanla bağlı aparılacaq tədqiqatlar, görüləcək işlər haqqında məlumat verib: "Azərbaycan Prezidenti İlham Əliyev Qərbi Azərbaycana qayıdışla bağlı səsləndirdiyi fikirlərdə bu torpaqlardan deportasiyaya, soyqırımına məruz qalmış Azərbaycan əhalisinin taleyi ilə bağlı son 200 illik tarix üzrə tədqiqatların aparılması və Qərbi Azərbaycana qayıdış konsepsiyasının hazırlanması ilə bağlı göstəriş verib. Bununla əlaqədar olaraq, AMEA-nın Rəyasət Heyətinin qərarı ilə Akademiyada Qərbi Azərbaycanla bağlı yaradılmış üç şöbədən biri də Nəsimi adına Dilçilik İnstitutunun Toponimika şöbəsidir". Elçin İsmayılov bildirib ki, Qərbi Azərbaycan ərazisində ermənilər tərəfindən törədilmiş saysız-hesabsız cinayətlərdən biri də toponimlərin adlarının dəyişdirilməsi ilə bağlıdır: "Qarabağda Azərbaycan tarixinə aid toponimlər zaman-zaman kütləvi şəkildə dəyişdirilib, işğal dövründə bəzi adlar tərcümə edilib, bəzilərinə isə yeni erməni adları verilib: "Qərbi Azərbaycanda ümumilikdə Azərbaycan xalqına məxsus 760-dan çox toponim dəyişdirilib. Bəzi kəndlər tamamilə silinib, əhalisi köçürülüb. Bəzi kənd və qəsəbələrin adları ermənilər bu ərazilərə köçürüldükdən sonra, bəziləri azərbaycanlıların yaşadığı vaxtlarda, bəziləri isə azərbaycanlıların bu ərazilərdən tamamilə deportasiyasından sonra dəyişdirilib". Şöbə müdirinin sözlərinə görə, toponimlərlə yanaşı, minlərlə mikrotoponimin (körpü, bulaq, küçə, meşə, dağ, çay və s.) adı da dəyişdirilib. O, qeyd edib ki, bir yaşayış məntəqəsində həmin məntəqənin adını ifadə edən bir toponim, 15-dən çox mikrotoponim olur. İrəvan şəhərinin adı da daxil olmaqla, ümumilikdə təxminən 7-8 min toponimin adı dəyişdirilib. İndiyədək bu istiqamətdə tədqiqatlar aparan dilçi alimlər haqqında məlumat verən Elçin İsmayılov İbrahim Bayramov, Siracəddin Qeybullayev, Budaq Budaqov, Həsən Mirzəyev, Mahirə Nağıqızı, Afad Qurbanov kimi görkəmli tədqiqatçıların Qərbi Azərbaycan toponimləri ilə bağlı əsərlərin müəllifi olduğunu diqqətə çatdırıb. Rəhbərlik etdiyi Toponimika şöbəsinin fəaliyyət istiqamətlərindən bəhs edən alim bildirib ki, şöbə Qərbi Azərbaycan və Şərqi Zəngəzur toponimləri və işğaldan azad edilmiş ərazilərin onomastik vahidlərinin tədqiqatı, onomastik mənzərəsinin bərpası, adlarının müəyyənləşdirilməsi məsələləri ilə məşğul olacaq: "Şöbədə işğaldan azad edilmiş, ermənilər tərəfindən adları dəyişdirilən toponimlərin adlarının milliləşməsi istiqamətində tədqiqatlar aparılacaq". O, qarşıdakı 2-3 ay ərzində konkret elmi faktlara əsaslanan tədqiqatların nəticəsi olaraq yeni kitabın çap olunacağını və bu nəşrin respublika ilə yanaşı, dünya ictimaiyyətinə təqdim ediləcəyini diqqətə çatdırıb: "Əminliklə deyə bilərik ki, bu məsələnin ölkə əhəmiyyətli tədqiqatlar olduğunu nəzərə alaraq dövlətimiz, o cümlədən AMEA Rəyasət Heyəti tərəfindən şöbə qarşısında qoyulmuş vəzifələrin icrası istiqamətində bütün resurslarımızı səfərbər edəcəyik".
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42418/35/424183534_123:0:1622:1124_1920x0_80_0_0_5ff3e34a881a969108b30d4116874f5e.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
toponim, ermənilər
Ermənilərin dəyişdirdikləri Azərbaycan toponimləri ilə bağlı tədqiqatlara başlanılıb
17:07 26.01.2023 (Yenilənib: 17:08 26.01.2023) Elçin İsmayılov bildirib ki, Qərbi Azərbaycan ərazisində ermənilər tərəfindən törədilmiş saysız-hesabsız cinayətlərdən biri də toponimlərin adlarının dəyişdirilməsi ilə bağlıdır.
BAKI, 26 yanvar — Sputnik. Ermənilərin dəyişdirdikləri Azərbaycan toponimləri ilə bağlı tədqiqatlara başlanılıb.
Bunu Nəsimi adına Dilçilik İnstitutunun Toponimika şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Elçin İsmayılov deyib.
O, Qərbi Azərbaycanla bağlı aparılacaq tədqiqatlar, görüləcək işlər haqqında məlumat verib: "Azərbaycan Prezidenti İlham Əliyev Qərbi Azərbaycana qayıdışla bağlı səsləndirdiyi fikirlərdə bu torpaqlardan deportasiyaya, soyqırımına məruz qalmış Azərbaycan əhalisinin taleyi ilə bağlı son 200 illik tarix üzrə tədqiqatların aparılması və Qərbi Azərbaycana qayıdış konsepsiyasının hazırlanması ilə bağlı göstəriş verib. Bununla əlaqədar olaraq, AMEA-nın Rəyasət Heyətinin qərarı ilə Akademiyada Qərbi Azərbaycanla bağlı yaradılmış üç şöbədən biri də Nəsimi adına Dilçilik İnstitutunun Toponimika şöbəsidir".
Elçin İsmayılov bildirib ki, Qərbi Azərbaycan ərazisində ermənilər tərəfindən törədilmiş saysız-hesabsız cinayətlərdən biri də toponimlərin adlarının dəyişdirilməsi ilə bağlıdır: "Qarabağda Azərbaycan tarixinə aid toponimlər zaman-zaman kütləvi şəkildə dəyişdirilib, işğal dövründə bəzi adlar tərcümə edilib, bəzilərinə isə yeni erməni adları verilib: "Qərbi Azərbaycanda ümumilikdə Azərbaycan xalqına məxsus 760-dan çox toponim dəyişdirilib. Bəzi kəndlər tamamilə silinib, əhalisi köçürülüb. Bəzi kənd və qəsəbələrin adları ermənilər bu ərazilərə köçürüldükdən sonra, bəziləri azərbaycanlıların yaşadığı vaxtlarda, bəziləri isə azərbaycanlıların bu ərazilərdən tamamilə deportasiyasından sonra dəyişdirilib".
Şöbə müdirinin sözlərinə görə, toponimlərlə yanaşı, minlərlə mikrotoponimin (körpü, bulaq, küçə, meşə, dağ, çay və s.) adı da dəyişdirilib. O, qeyd edib ki, bir yaşayış məntəqəsində həmin məntəqənin adını ifadə edən bir toponim, 15-dən çox mikrotoponim olur. İrəvan şəhərinin adı da daxil olmaqla, ümumilikdə təxminən 7-8 min toponimin adı dəyişdirilib.
İndiyədək bu istiqamətdə tədqiqatlar aparan dilçi alimlər haqqında məlumat verən Elçin İsmayılov İbrahim Bayramov, Siracəddin Qeybullayev, Budaq Budaqov, Həsən Mirzəyev, Mahirə Nağıqızı, Afad Qurbanov kimi görkəmli tədqiqatçıların Qərbi Azərbaycan toponimləri ilə bağlı əsərlərin müəllifi olduğunu diqqətə çatdırıb.
Rəhbərlik etdiyi Toponimika şöbəsinin fəaliyyət istiqamətlərindən bəhs edən alim bildirib ki, şöbə Qərbi Azərbaycan və Şərqi Zəngəzur toponimləri və işğaldan azad edilmiş ərazilərin onomastik vahidlərinin tədqiqatı, onomastik mənzərəsinin bərpası, adlarının müəyyənləşdirilməsi məsələləri ilə məşğul olacaq: "Şöbədə işğaldan azad edilmiş, ermənilər tərəfindən adları dəyişdirilən toponimlərin adlarının milliləşməsi istiqamətində tədqiqatlar aparılacaq".
O, qarşıdakı 2-3 ay ərzində konkret elmi faktlara əsaslanan tədqiqatların nəticəsi olaraq yeni kitabın çap olunacağını və bu nəşrin respublika ilə yanaşı, dünya ictimaiyyətinə təqdim ediləcəyini diqqətə çatdırıb: "Əminliklə deyə bilərik ki, bu məsələnin ölkə əhəmiyyətli tədqiqatlar olduğunu nəzərə alaraq dövlətimiz, o cümlədən AMEA Rəyasət Heyəti tərəfindən şöbə qarşısında qoyulmuş vəzifələrin icrası istiqamətində bütün resurslarımızı səfərbər edəcəyik".