https://sputnik.az/20230126/baslangic-filmi-almaniyada-kinofestivalda-numayis-olunacaq-451069819.html
"Başlanğıc" filmi Almaniyada kinofestivalda nümayiş olunacaq
"Başlanğıc" filmi Almaniyada kinofestivalda nümayiş olunacaq
Sputnik Azərbaycan
Film yer üzündə sülhün qorunub saxlanmasının vacibliyindən söhbət açır. İki obrazın-xeyir və şərin simasında ehtimal edilir ki, çətinliklər aradan qaldırılacaq... 26.01.2023, Sputnik Azərbaycan
2023-01-26T20:20+0400
2023-01-26T20:20+0400
2023-01-26T20:20+0400
film
mədəniyyət
cizgi filmi
televiziya
festival
beynəlxalq festival
https://cdnn1.img.sputnik.az/img/07e5/02/10/426239336_0:151:3077:1881_1920x0_80_0_0_3df8613d08d97812024bb087f4924688.jpg
BAKI, 26 yanvar — Sputnik. Yanvarın 27-dən 30-dək Almaniyanın Haydelberg şəhərində Beynəlxalq Səssiz Filmlər Festivalı keçiriləcək. Festivalda ölkəmizi Xalq artisti Vaqif Behbudovun Xalq yazıçısı, kinodramaturq Rüstəm İbrahimbəyovun ssenarisi əsasında 1981-ci ildə çəkdiyi "Başlanğıc" qısametrajlı animasiya filmi təmsil edəcək. "Azərbaycantelefilm" tərəfindən istehsal olunan ekran əsərində yer üzündə sülhün qorunub saxlanmasının vacibliyi vurğulanır. Dərin fəlsəfi məzmuna malik filmi alman pianoçu Fridvart Göbbels müşayiət edəcək. Qeyd edək ki, 21-ci ildir reallaşan festivalın təsisçisi və təşkilatçısı Güney Azərbaycan əsilli kinematoqraf Huşəng Vahididir. Təşkilatçının festival estetikasına gətirdiyi əsas yenilik ondan ibarətdir ki, o, kino bayramında təkcə səssiz filmləri nümayiş etdirmir, eyni zamanda dialoqu az olan bədii ekran əsərlərini səssiz filmlərə çevirir. Nümayiş zamanı səs tamamilə dayandırılır və canlı musiqilər ifa edilir. Bu da bəzən həmin filmlərin təsir imkanlarını fərqli aspektdən artırır. Hətta bu məqsədlə filmləri müşayiət etmək üçün müxtəlif ölkələrdən musiqi qrupları dəvət edilir. "Başlanğıc" qısametrajlı animasiya filmi 1981-ci ildə rejissor Vaqif Behbudov tərəfindən çəkilmiş qısametrajlı televiziya cizgi filmi Mərkəzi Televiziyanın sifarişi ilə "Azərbaycantelefilm" tərəfindən istehsal olunub. Film yer üzündə sülhün qorunub saxlanmasının vacibliyindən söhbət açır. İki obrazın-xeyir və şərin simasında ehtimal edilir ki, çətinliklər aradan qaldırılacaq və əmin-amanlıq şəraitində yaşamaq mümkün olacaq. 1983-cü ildə Alma-Atada X Ümumittifaq televiziya filmləri festivalında ən yaxşı rejissor işinə görə rejissor Vaqif Behbudova Priz verilib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/02/10/426239336_158:0:2887:2047_1920x0_80_0_0_454f92a2a3fe77698e8448526a1f8701.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
film, cizgi filmi, televiziya, festival, beynəlxalq festival
film, cizgi filmi, televiziya, festival, beynəlxalq festival
"Başlanğıc" filmi Almaniyada kinofestivalda nümayiş olunacaq
Film yer üzündə sülhün qorunub saxlanmasının vacibliyindən söhbət açır. İki obrazın-xeyir və şərin simasında ehtimal edilir ki, çətinliklər aradan qaldırılacaq və əmin-amanlıq şəraitində yaşamaq mümkün olacaq
BAKI, 26 yanvar — Sputnik. Yanvarın 27-dən 30-dək Almaniyanın Haydelberg şəhərində Beynəlxalq Səssiz Filmlər Festivalı keçiriləcək. Festivalda ölkəmizi Xalq artisti Vaqif Behbudovun Xalq yazıçısı, kinodramaturq Rüstəm İbrahimbəyovun ssenarisi əsasında 1981-ci ildə çəkdiyi "Başlanğıc" qısametrajlı animasiya filmi təmsil edəcək. "Azərbaycantelefilm" tərəfindən istehsal olunan ekran əsərində yer üzündə sülhün qorunub saxlanmasının vacibliyi vurğulanır. Dərin fəlsəfi məzmuna malik filmi alman pianoçu Fridvart Göbbels müşayiət edəcək.
Qeyd edək ki, 21-ci ildir reallaşan festivalın təsisçisi və təşkilatçısı Güney Azərbaycan əsilli kinematoqraf Huşəng Vahididir. Təşkilatçının festival estetikasına gətirdiyi əsas yenilik ondan ibarətdir ki, o, kino bayramında təkcə səssiz filmləri nümayiş etdirmir, eyni zamanda dialoqu az olan bədii ekran əsərlərini səssiz filmlərə çevirir. Nümayiş zamanı səs tamamilə dayandırılır və canlı musiqilər ifa edilir. Bu da bəzən həmin filmlərin təsir imkanlarını fərqli aspektdən artırır. Hətta bu məqsədlə filmləri müşayiət etmək üçün müxtəlif ölkələrdən musiqi qrupları dəvət edilir.
"Başlanğıc" qısametrajlı animasiya filmi
1981-ci ildə rejissor Vaqif Behbudov tərəfindən çəkilmiş qısametrajlı televiziya cizgi filmi Mərkəzi Televiziyanın sifarişi ilə "Azərbaycantelefilm" tərəfindən istehsal olunub. Film yer üzündə sülhün qorunub saxlanmasının vacibliyindən söhbət açır. İki obrazın-xeyir və şərin simasında ehtimal edilir ki, çətinliklər aradan qaldırılacaq və əmin-amanlıq şəraitində yaşamaq mümkün olacaq. 1983-cü ildə Alma-Atada X Ümumittifaq televiziya filmləri festivalında ən yaxşı rejissor işinə görə rejissor Vaqif Behbudova Priz verilib.