CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Azərenerji"nin adından saxta sayt yaradılıb

© Official website of President of Azerbaijan RepublicAzərenerji-nin binası
Azərenerji-nin binası - Sputnik Azərbaycan, 1920, 26.01.2023
Abunə olmaq
"Belə təhdidlərə və dələduzluq fəaliyyətinə qarşı birgə mübarizə üçün hər kəsə qarşılaşdığı bənzər kiberinsidentlər barədə məlumatları bizimlə bölüşməsini tövsiyə edirik".
BAKI, 26 yanvar — Sputnik. Vətəndaşların birja əməliyyatları üzrə hesablarının ələ keçirilməsini hədəf alan kiberdələduzlar bu dəfə "Azərenerji" ASC-nin adından istifadə etməyə başlayıb.
Bu barədə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzinə istinadən xəbər verir.
Məlumata görə, dələduzlar "Azərenerji"nin adından saxta keçid - "aboovebanker.online" yaradıb.
"Göstərilən saxta səhifəyə keçid etdikdə "Test" hissəni və "Start earning" düyməsini görə bilərik. Əgər testə davam edilərsə 4 sualdan ibarət forma yönləndirilirsiz. Suallar ümumi məqsəd daşıyır və "necə pul qazanmaq" istəyi haqda istifadəçinin fikirlərini öyrənir. 4 suallıq test tamamlandıqdan sonra ekranda "Congrulations Azerenerji gives you free access to platforms" yazısı əks olunur. Bu yazı əslində adware (yalançı reklam) məqsədi daşıyır və "phishing" üçün istifadə edilir. Burada qeydiyyat hissəsi doldurularsa istifadəçi "trading.oxygen-trade.company" səhifəsinə yönləndirilir. Bu səhifə isə saxta birja əməliyyatları üçün istifadə edilən və istifadəçilərinin kart məlumatlarını ələ keçirməyi hədəfləyən "phishing" saytıdır. Belə təhdidlərə və dələduzluq fəaliyyətinə qarşı birgə mübarizə üçün hər kəsə qarşılaşdığı bənzər kiberinsidentlər barədə məlumatları bizimlə bölüşməsini tövsiyə edirik", - deyə məlumatda qeyd olunub.
Xəbər lenti
0