https://sputnik.az/20230125/toppus-bacinin-olumu-medekiciltme-emeliyyatlarina-qorxu-yaradib---cerrahdan-sok-aciqlama-450997167.html
"Toppuş bacı"nın ölümü mədəkiçiltmə əməliyyatlarına qorxu yaradıb - cərrahdan şok açıqlama
"Toppuş bacı"nın ölümü mədəkiçiltmə əməliyyatlarına qorxu yaradıb - cərrahdan şok açıqlama
Sputnik Azərbaycan
Aslan Abdulla hazırda ölkəmizdəÇin istehsalıolan keyfiyyətsiz alətlərlə mədəkiçiltmə əməliyyatları edildiyi barədə həyəcan təbili çalıb. 25.01.2023, Sputnik Azərbaycan
2023-01-25T09:29+0400
2023-01-25T09:29+0400
2023-02-03T16:55+0400
əməkdar artist tünzalə əliyeva
cəmiyyət
əməliyyat
mədə
çəki
həkim
https://cdnn1.img.sputnik.az/img/42013/65/420136553_0:104:2000:1229_1920x0_80_0_0_f5c9e7d3672356fae23f8c6119a5ff28.jpg
BAKI, 25 yanvar — Sputnik. Əməkdar artist Tünzalə Əliyevanın vaxtsız ölümü mədəkiçiltmə əməliyyatlarınının təhlükəsi barədə iddiaları daha da gücləndirib. Əməkdar artist uzun sürən onkoloji xəstəlikdən sonra dünyasını dəyişsə də, aktrisanın xəstəliyinin irəliləməsinə səbəb kimi həm də mədəkiçiltmə əməliyyatı göstərilir. Mərhum sənətçi artıq çəkidən qurtulmaq üçün iki dəfə mədəkiçiltmə əməliyyatı keçirmişdi. Bundan bir müddət sonra isə səhhəti pisləşən aktrisada xərçəng xəstəliyi aşkarlandı. Bəs görəsən səslənən ittihamlar nə qədər doğrudur? Mədəkiçiltmə əməliyyatları xərçəng yarada bilərmi? Bir çox məşhurların mədəkiçiltmə əməliyyatını edən laparoskopik və bariatrik cərrah, Azərbaycan Tibb Universitetinin dosenti Aslan Abdulla Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, hansı orqana cərrahi yolla toxunulursa, bu xərçəng riski yaradır.Həkimin sözlərinə görə, güdül kimi qalmış orqanlarda xərçəng əmələ gəlmə ehtimalı yüksəkdir. O, qeyd edib ki, buna görə də belə pasiyentlər əməliyyatdan sonra vitamin balansına, qidalanmasına nəzarət etməlidir. A.Abdullanın sözlərinə görə, mədənin bir hissəsinin kəsilib götürülməsinə görə xərçəng yaranması fikri yalnışdır.Həmsöhbətimiz qeyd deyib ki, mədəkiçiltmə əməliyyatınadək xəstələrdə mədə xorasına görə, mədə kəsilirdi. İndi isə piylənməyə görə kəsilir:Həkim bildirib ki, piylənmə özü də xərçəngdən az təhlükəli xəstəlik deyil:"Bəzən insanlar istedadlı aktrisamız Tünzalə Əliyeva haqqında deyir ki, kaş ki əməliyyat olunmazdı. Amma bu zaman piylənmənin fəsadları onun həyatına son qoyacaqdı. Mərhum aktrisanın başqa çarəsi yox idi. O, artıq çəkidən xilas olmaq üçün əməliyyat olunmalı idi. Əks halda başqa xəstəlikdən öləcəkdi. Əməliyyat olunmama daha risklidir". Həkim onu da bildirib ki, bəzən insanların çəkisi 40 bədən kütlə indeksindən yüksəkolduqda məcburi əməliyat masasına uzanmalı olur:""Yaratdığı "Toppuş bacı" obrazı ilə sevilən aktrisamızda isə çəki 60 bədən kütlə indeksindən yuxarı idi. O əgər mədəkiçiltmə əməliyyatı olunmasaydı 49 yaşına qədər də yaşaya bilməyəcəkdi. Piylənmədən əziyyət çəkən xəstələr xərçəng olduqda onlara kimya terapiyalar da təsir etmir". A.Abdulla bildirib ki, bədən kütlə indeksi 35-40-ın üzərindədirsə, yanaşı xəsəliklərin yaranma riski var. Amma bununla yanaşı genetik olaraq insan piylənməyə meyillidirsə, onu 32 bədən kütlə indeksi ilə də əməliyyat etmək olar. Həkim deyir ki, yüksək çəkiyə çatmamış əməliyyat daha effektlidir.Onun sözlərinə görə, mədəkiçiltmə əməliyyatları ideal olmasa da, piylənmədən yaxşıdır. Müsahibizim bildirib ki, elmi araşdırmalara görə, mədəkiçilitmə əməliyyatı keçirən pasiyentlərin digərləri arasında xərçəngə mübtəla olmasında say fərqi yoxdur. Hər ikisində xərçəng olma riski var. Bu gün mədəkiçiltmə əməliyyatlarının qiyməti kifayət qədər yüksək olsa da, təlabat varA.Abdulla bildirib ki, əgər pasiyent üzərində keyfiyyətli mədəkiçiltmə əməliyyatı aparılarsa, bu əməliyyatın qiyməti 12 min manatdan aşağı olmamalıdır. Amma hazırda ölkəmizdə bu əməliyyatların qiyməti 5 min manatdır. Həkimin sözlərinə görə, mədəkiçiltmə üçün istifadə edilən "stepler" alətinin ən keyfiyyətlisinin qiyməti dünyada çox bahadır. Belə bahalı alətlər Azərbaycana gətirilmir. Onun sözlərinə görə, Amerika istehsalıolan steplerlər də keyfiyyətli hesab olunur. Ona görə, ölkəmizdə təcrübəli həkimlər Amerika istehsalı olan steplerdən istifadə edir.A.Abdulla bildirib ki, hansı həkim ucuz qiymətə mədəkiçiltmə əməliyyatı edirsə, deməli o keyfiyyətli alətlə işləmir. Mədəkiçiltmə əməliyyatı üçün cərrah seçimində də diqqətli olmaq lazımdırA.Abdullanın sözlərinə görə, pasiyentlər təcrübəli həkimlərə etibar etməlidirlər. Əks halda müəyyən fəsadlar ortaya çıxa bilər:"Məsələn, xəstə əməliyyatdan sonra qusursa, deməli onun əməliyyatı düzgün edilməyib".Aşağı yaş qrupu olan insanlar arasında da mədəkiçiltmə əməliyyatına müraciət edənlərə rast gəlinir A.Abdulla bildirdi ki, mədəkiçiltmə üçün yaş məhdudiyyəti qoyulmalıdır:Qeyd edək ki, hazırda sosial platformada mədəkiçiltmə əməliyyatı etdirən xəstələrin nə qədər çəki itirməsi əsas müzakirə mövzularındandır. Hətta sosial şəbəkələrdə mədəkiçiltmədən sonra nə qədər çəki itirdiyini müqayisəli şəkildə paylaşanlara da rast gəlinir. Bununla bağlı A.Abdulla bildirib ki, mədəkiçiltmə əməliyyatından sonra pasiyentin nə qədər çəki itirməsi onun əməliyyata nə qədər çəki ilə girməsindən asılıdır. Müsahibimiz deyir ki, 180 kq çəki ilə əmliyyata girənlər birinci ayda 25 kq, doxsan kq ilə əmliyyat etdirənlər isə ilk ayda 10-11 kq çəki itirirlər.Laparoskopik və Bariatrik Cərrah sonda onu da qeyd edib ki, hazırda piylənmədən azad olmaq üçün tək çıxış yolu mədəkiçiltmə əməliyyatıdır.Bununla belə cərrah yaxın gələcəkdə tibbi inkişafın nəticəsində belə xəstələrin dərman preparatı ilə artıq çəkidən xilas olmasının gözlənildiyini dilə gətirib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42013/65/420136553_112:0:1889:1333_1920x0_80_0_0_0d127935ad3a2bc75a63feb4c3a20633.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
əməkdar artist tünzalə əliyeva, əməliyyat, mədə, çəki, həkim
əməkdar artist tünzalə əliyeva, əməliyyat, mədə, çəki, həkim
"Toppuş bacı"nın ölümü mədəkiçiltmə əməliyyatlarına qorxu yaradıb - cərrahdan şok açıqlama
09:29 25.01.2023 (Yenilənib: 16:55 03.02.2023) Aslan Abdulla hazırda ölkəmizdəÇin istehsalıolan keyfiyyətsiz alətlərlə mədəkiçiltmə əməliyyatları edildiyi barədə həyəcan təbili çalıb.
BAKI, 25 yanvar — Sputnik. Əməkdar artist Tünzalə Əliyevanın vaxtsız ölümü mədəkiçiltmə əməliyyatlarınının təhlükəsi barədə iddiaları daha da gücləndirib. Əməkdar artist uzun sürən onkoloji xəstəlikdən sonra dünyasını dəyişsə də, aktrisanın xəstəliyinin irəliləməsinə səbəb kimi həm də mədəkiçiltmə əməliyyatı göstərilir. Mərhum sənətçi artıq çəkidən qurtulmaq üçün iki dəfə mədəkiçiltmə əməliyyatı keçirmişdi. Bundan bir müddət sonra isə səhhəti pisləşən aktrisada xərçəng xəstəliyi aşkarlandı.
Bəs görəsən səslənən ittihamlar nə qədər doğrudur? Mədəkiçiltmə əməliyyatları xərçəng yarada bilərmi?
Bir çox məşhurların mədəkiçiltmə əməliyyatını edən laparoskopik və bariatrik cərrah, Azərbaycan Tibb Universitetinin dosenti Aslan Abdulla Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, hansı orqana cərrahi yolla toxunulursa, bu xərçəng riski yaradır.
Həkimin sözlərinə görə, güdül kimi qalmış orqanlarda xərçəng əmələ gəlmə ehtimalı yüksəkdir. O, qeyd edib ki, buna görə də belə pasiyentlər əməliyyatdan sonra vitamin balansına, qidalanmasına nəzarət etməlidir.
A.Abdullanın sözlərinə görə, mədənin bir hissəsinin kəsilib götürülməsinə görə xərçəng yaranması fikri yalnışdır.
Həmsöhbətimiz qeyd deyib ki, mədəkiçiltmə əməliyyatınadək xəstələrdə mədə xorasına görə, mədə kəsilirdi. İndi isə piylənməyə görə kəsilir:
"Hər ikisində xərçəng əmələ gəlmə riski yüksəkdir. Amma bu, heç də həmin şəxslərin hamısında birmənalı olaraq xərçəng xəstəliyinin yaranacağı anlamına gəlmir".
Həkim bildirib ki, piylənmə özü də xərçəngdən az təhlükəli xəstəlik deyil:
"Bəzən insanlar istedadlı aktrisamız Tünzalə Əliyeva haqqında deyir ki, kaş ki əməliyyat olunmazdı. Amma bu zaman piylənmənin fəsadları onun həyatına son qoyacaqdı. Mərhum aktrisanın başqa çarəsi yox idi. O, artıq çəkidən xilas olmaq üçün əməliyyat olunmalı idi. Əks halda başqa xəstəlikdən öləcəkdi. Əməliyyat olunmama daha risklidir".
Həkim onu da bildirib ki, bəzən insanların çəkisi 40 bədən kütlə indeksindən yüksəkolduqda məcburi əməliyat masasına uzanmalı olur:
""Yaratdığı "Toppuş bacı" obrazı ilə sevilən aktrisamızda isə çəki 60 bədən kütlə indeksindən yuxarı idi. O əgər mədəkiçiltmə əməliyyatı olunmasaydı 49 yaşına qədər də yaşaya bilməyəcəkdi. Piylənmədən əziyyət çəkən xəstələr xərçəng olduqda onlara kimya terapiyalar da təsir etmir".
A.Abdulla bildirib ki, bədən kütlə indeksi 35-40-ın üzərindədirsə, yanaşı xəsəliklərin yaranma riski var. Amma bununla yanaşı genetik olaraq insan piylənməyə meyillidirsə, onu 32 bədən kütlə indeksi ilə də əməliyyat etmək olar. Həkim deyir ki, yüksək çəkiyə çatmamış əməliyyat daha effektlidir.
Onun sözlərinə görə, mədəkiçiltmə əməliyyatları ideal olmasa da, piylənmədən yaxşıdır.
Müsahibizim bildirib ki, elmi araşdırmalara görə, mədəkiçilitmə əməliyyatı keçirən pasiyentlərin digərləri arasında xərçəngə mübtəla olmasında say fərqi yoxdur. Hər ikisində xərçəng olma riski var.
Bu gün mədəkiçiltmə əməliyyatlarının qiyməti kifayət qədər yüksək olsa da, təlabat var
A.Abdulla bildirib ki, əgər pasiyent üzərində keyfiyyətli mədəkiçiltmə əməliyyatı aparılarsa, bu əməliyyatın qiyməti 12 min manatdan aşağı olmamalıdır. Amma hazırda ölkəmizdə bu əməliyyatların qiyməti 5 min manatdır.
Həkimin sözlərinə görə, mədəkiçiltmə üçün istifadə edilən "stepler" alətinin ən keyfiyyətlisinin qiyməti dünyada çox bahadır. Belə bahalı alətlər Azərbaycana gətirilmir. Onun sözlərinə görə, Amerika istehsalıolan steplerlər də keyfiyyətli hesab olunur. Ona görə, ölkəmizdə təcrübəli həkimlər Amerika istehsalı olan steplerdən istifadə edir.
A.Abdulla bildirib ki, hansı həkim ucuz qiymətə mədəkiçiltmə əməliyyatı edirsə, deməli o keyfiyyətli alətlə işləmir.
"Belə həkimlər Çindən gələn alətlə əməliyyat edirlər. Əgər həkim naşıdırsa, Çin stepleri ilə əməliyyat edirsə, 10 xəstədən birinin ölmə ehtimalı var. Mədəkiçiltmə əməliyyatında birdəfəlik istifadə olunan xüsusi alətlə (stepler) mədə kəsilib tikilir və daha sonra xüsusi sapla kəsik boyu yenidən tikilir. Bu əməliyyat keyfiyyətli olmazsa,üstəlik cərrah naşı olarsa, xəstənin həyatı risk altına düşə bilər", - deyə həkim bildirib.
Mədəkiçiltmə əməliyyatı üçün cərrah seçimində də diqqətli olmaq lazımdır
A.Abdullanın sözlərinə görə, pasiyentlər təcrübəli həkimlərə etibar etməlidirlər. Əks halda müəyyən fəsadlar ortaya çıxa bilər:
"Məsələn, xəstə əməliyyatdan sonra qusursa, deməli onun əməliyyatı düzgün edilməyib".
Aşağı yaş qrupu olan insanlar arasında da mədəkiçiltmə əməliyyatına müraciət edənlərə rast gəlinir
A.Abdulla bildirdi ki, mədəkiçiltmə üçün yaş məhdudiyyəti qoyulmalıdır:
"15 yaşlı uşağa mədəkiçiltmə əməliyyatı etmək olmaz. Deyərdim ki, bu hətta günahdır. Ən azı yaş həddi 18-in üstündə olmalıdır. Mənim 18-25 yaşlı xəstələrimin sayı çox azdır. 65 yaşdan sonra isə mədəkiçiltmə əməliyyatı etdirməyin mənası yoxdur".
Qeyd edək ki, hazırda sosial platformada mədəkiçiltmə əməliyyatı etdirən xəstələrin nə qədər çəki itirməsi əsas müzakirə mövzularındandır. Hətta sosial şəbəkələrdə mədəkiçiltmədən sonra nə qədər çəki itirdiyini müqayisəli şəkildə paylaşanlara da rast gəlinir.
Bununla bağlı A.Abdulla bildirib ki, mədəkiçiltmə əməliyyatından sonra pasiyentin nə qədər çəki itirməsi onun əməliyyata nə qədər çəki ilə girməsindən asılıdır.
Müsahibimiz deyir ki, 180 kq çəki ilə əmliyyata girənlər birinci ayda 25 kq, doxsan kq ilə əmliyyat etdirənlər isə ilk ayda 10-11 kq çəki itirirlər.
Laparoskopik və Bariatrik Cərrah sonda onu da qeyd edib ki, hazırda piylənmədən azad olmaq üçün tək çıxış yolu mədəkiçiltmə əməliyyatıdır.
Bununla belə cərrah yaxın gələcəkdə tibbi inkişafın nəticəsində belə xəstələrin dərman preparatı ilə artıq çəkidən xilas olmasının gözlənildiyini dilə gətirib.