Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan, 1920
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

SN: Son zamanlar respirator viruslar artıb

© Photo : REPORTSəhiyyə nazirliyi
Səhiyyə nazirliyi - Sputnik Azərbaycan, 1920, 25.01.2023
Abunə olmaq
Qızdırma dərmanlarla düşməsə, tibb müəssisələrinə yaxınlaşmaq lazımdır.
BAKI, 25 yanvar - Sputnik. Son zamanlar havaların qeyri-sabit keçməsi ilə əlaqədar hər il soyuq mövsümdə gördüyümüz respirator viruslar artıb.
APA xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, pediatr Əkbər Quliyev deyib. Onun sözlərinə görə, virus üst və alt tənəffüs yollarını tutur:
“Bu şikayətlərlə poliklinikalara müraciət edən uşaqlar var. Virus boğaz və burunun selikli qişasında yerləşir. Bunun nəticəsində boğazda ağrı və burun axması yaranır. Daha sonra virus bronxların selikli qişalarını zədələyərkən öskürək də yaranır. Bronxlarda selikli qişa tam bərpa olunana qədər bu davam edir.
İlk 3-4 gün virusun şiddətli günlərdir. Qızdırma dərmanlarla düşməsə, tibb müəssisələrinə yaxınlaşmaq lazımdır. Bol su içmək lazımdır. Baş, göz, qulaq ağrısı, gözlərdə çirk gəldikdə bu, virusun ağırlaşmış formasıdır. Bu zaman mütləq həkimə gedilməlidir. 6-7 yaşdan aşağı uşaqlar tez-tez xəstələnir. Əgər bu yaşda olan uşaqlar ildə 9 dəfə xəstələnirsə bu normaldır".
Həkim eyni zamanda qeyd edib ki, 6 aydan yuxarı yuxarı uşaqlara sentyabr-oktyabr ayında qrip peyvəndinin vurulması məsləhər görülür. Poliklinikalarda peyvənd vurdurmaq mümkündür.
Xəbər lenti
0