https://sputnik.az/20230125/meselerde-yerlesen-koteclerdeki-tehluke---her-kes-yana-biler-450964079.html
Meşələrdə yerləşən koteclərdəki təhlükə - Hər kəs yana bilər
Meşələrdə yerləşən koteclərdəki təhlükə - Hər kəs yana bilər
Sputnik Azərbaycan
Dörd nəfərin yandığı "Park Qusar" istirahət mərkəzinə müştəri cəlb etmək üçün beş villaya kamin yerləşdirilibmiş. 25.01.2023, Sputnik Azərbaycan
2023-01-25T21:30+0400
2023-01-25T21:30+0400
2023-01-25T21:30+0400
kotec
cəmiyyət
yanğın
yanğın
fövqəladə hallar nazirliyi
https://cdnn1.img.sputnik.az/img/07e7/01/18/450963926_0:31:1920:1111_1920x0_80_0_0_3682a3de08443e5cbbf600ade1611c1b.jpg
BAKI, 25 yanvar — Sputnik. Qış aylarında dağlıq ərazilərdə yerləşən turizm mərkəzlərində istirahət maraqlı olsa da, ötən gün Qusarda "Park Qusar" istirahət mərkəzində baş verən yanğın, turistləri belə məkanları seçərkən diqqətli olmağa sövq edir. Həmçinin hadisə nəticəsində dörd nəfərin ölməsi, altı nəfərin xəsarət alması meşə massivlərində yerləşən istirahət mərkəzlərində yanğın təhlükəsizliyi məsələsini aktuallaşdırıb. Sputnik Azərbaycan-ın apardığı araşdırma zamanı məlum olub ki, "Park Qusar" istirahət mərkəzində təbii qaz olsa da, burada yerləşən beş villa tipli kotejdə kamin qoyulub. Mərkəzin əmədaşı Sputnik Azərbaycan-a bildirib ki, istirahət mərkəzində yerləşən kotejlər mərkəzləşmiş istilik sistemi ilə qızdırılsa da, turistlərin istirahətinin maraqlı olması üçün villaların birincə mərtəbəsində kamin yerləşdirilib: "Çox müştəri istəyir ki, axşam ailəlikcə kaminin istisində oturub söhbət etsinlər. Buna görə də, rəhbərlik burada yerləşən beş villaya kamin yerləşdirib. Hər gün gecə saatlarında həmin kaminlər söndürülürdü. Güman edirik ki, kaminlər söndürülməyib, bu da yanğına səbəb olub". İstirahət mərkəzindən hazırda yanğınla bağlı araşdırma aparıldığını söylədilər. Təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, bütün növ istirahət mərkəzlərində təhlükəsizlik tədbirlərinə əməl edilməlidir. E. Nurəliyev bildirib ki, hansı ərazidə yerləşməsindən asılı olmayaraq istirahət mərkəzlərinin bütün təhlükələrə qarşı önləyici tədbirlər planı olmalıdır. Onun sözlərinə görə, yanğın təhlükəsizliyi bu işlərin tərkib hissəsidir: "Əgər istirahət mərkəzi çay kənarında yerləşirsə daşqınlara, meşəlik massivində yerləşirsə vəhşi heyvanların hücumuna, eləcədə meşə yanğınlarına, sürüşmə sahəsinə yaxındırsa sürüşmə hadisəsinə hazırlıqlı olmalıdır. Həmçinin hotellər, istirahət mərkəzləri inşa olunarkən yanğın təhlükəsizliyi normalarına cavab verməlidir. Ərazidə yanğınla mübarizə üçün ehtiyat su çənlərinin, ilkin yanğın söndürmə vasitələrinin olması vacibdir. Eyni zamanda hər gün onların işlək vəziyyətdə olmasına nəzarət edilməlidir. Bunun üçün məsul şəxs təyin edilməlidir. Bunun üçün tədbirlər planı hazırlanmalıdır". E. Nurəliyev bildirdi ki, koteclər norma və qaydalara uyğun layihələndirilməlidir. Meşələrdə yerləşən koteclərin üzlüyü yanmayan materialdan olmalıdır. Koteclərin ətrafında tez alışan materiallar olmamalıdır. Kotecin içərisində kaminin yerləşdiyi yerin iki metr ətrafı yanmayan döşəmədən olmalıdır. Kaminlərə nəzarət edən şəxs olmalıdır. Bu qızdırcı avadanlıq təlimata uyğun istifadə edilməlidir ki, açıq od ətrafa sıçramasın. Ekspertin sözlərinə əsasən, kaminlərin, açıq odun sobalarının olduğu yer mütləq şəkildə nəzarətdə saxlanılmalıdır. Memar Cahid Həsənov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, istirahət mərkəzlərində tikinti ilə bağlı layihələndirmə zamanı həmin obyektin necə qızdırılacağı sənəddə öz əksini tapmalıdır. C.Həsənov turizm məqsədilə istifadə edilən mehmanxana tipli obyektlərdə kamin quraşdırılmasına icazə verilmədiyini bildirdi. Ekspertin sözlərinə görə, bəzən istirahət məkanlarının sahibləri obyektin sənədində göstərilənlərə əməl etmir: "Obyektin sənədində elektriklə qızdırılacağı göstərilsə də, tikinti işləri aparılıb qurtardıqdan, kupça alındıqdan sonra öz bildiklərini edirlər. Sənəddə elektriklə qızdırılması nəzərdə tutulan obyektə odun peçi, yaxud da kamin yerləşdirirlər. Bu isə belə faciələrə səbəb olur. Memar deyir ki, qanunla buna görədə, ildə bir dəfə bu tip obyektlərə Fövqəladə Hallar Nazirliyinin Yanğın Təhlükəsizliyi Xidmətinin baxış keçirməlidir. Belə hal aşkarlanarsa, dərhal obyektin fəaliyyəti dayandırılmalıdır. FHN-dən isə yanğın baş verən obyektə istintaq hərəkəti getdiyindən heç bir məlumat verilmədiyini bildirdilər.
https://sputnik.az/20230123/qusarda-dehsetli-yanginda-olenlerden-biri-yuksek-bal-toplayan-telebe-imis-450953390.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/01/18/450963926_345:0:1920:1181_1920x0_80_0_0_2601c2342698f2029e1598b601511811.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
kotec, yanğın, yanğın, fövqəladə hallar nazirliyi
kotec, yanğın, yanğın, fövqəladə hallar nazirliyi
Meşələrdə yerləşən koteclərdəki təhlükə - Hər kəs yana bilər
Dörd nəfərin yandığı "Park Qusar" istirahət mərkəzinə müştəri cəlb etmək üçün beş villaya kamin yerləşdirilibmiş.
BAKI, 25 yanvar — Sputnik. Qış aylarında dağlıq ərazilərdə yerləşən turizm mərkəzlərində istirahət maraqlı olsa da, ötən gün Qusarda "Park Qusar" istirahət mərkəzində baş verən yanğın, turistləri belə məkanları seçərkən diqqətli olmağa sövq edir. Həmçinin hadisə nəticəsində dörd nəfərin ölməsi, altı nəfərin xəsarət alması meşə massivlərində yerləşən istirahət mərkəzlərində yanğın təhlükəsizliyi məsələsini aktuallaşdırıb.
Sputnik Azərbaycan-ın apardığı araşdırma zamanı məlum olub ki, "Park Qusar" istirahət mərkəzində təbii qaz olsa da, burada yerləşən beş villa tipli kotejdə kamin qoyulub. Mərkəzin əmədaşı Sputnik Azərbaycan-a bildirib ki, istirahət mərkəzində yerləşən kotejlər mərkəzləşmiş istilik sistemi ilə qızdırılsa da, turistlərin istirahətinin maraqlı olması üçün villaların birincə mərtəbəsində kamin yerləşdirilib: "Çox müştəri istəyir ki, axşam ailəlikcə kaminin istisində oturub söhbət etsinlər. Buna görə də, rəhbərlik burada yerləşən beş villaya kamin yerləşdirib. Hər gün gecə saatlarında həmin kaminlər söndürülürdü. Güman edirik ki, kaminlər söndürülməyib, bu da yanğına səbəb olub".
İstirahət mərkəzindən hazırda yanğınla bağlı araşdırma aparıldığını söylədilər.
Təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, bütün növ istirahət mərkəzlərində təhlükəsizlik tədbirlərinə əməl edilməlidir. E. Nurəliyev bildirib ki, hansı ərazidə yerləşməsindən asılı olmayaraq istirahət mərkəzlərinin bütün təhlükələrə qarşı önləyici tədbirlər planı olmalıdır. Onun sözlərinə görə, yanğın təhlükəsizliyi bu işlərin tərkib hissəsidir:
"Əgər istirahət mərkəzi çay kənarında yerləşirsə daşqınlara, meşəlik massivində yerləşirsə vəhşi heyvanların hücumuna, eləcədə meşə yanğınlarına, sürüşmə sahəsinə yaxındırsa sürüşmə hadisəsinə hazırlıqlı olmalıdır. Həmçinin hotellər, istirahət mərkəzləri inşa olunarkən yanğın təhlükəsizliyi normalarına cavab verməlidir. Ərazidə yanğınla mübarizə üçün ehtiyat su çənlərinin, ilkin yanğın söndürmə vasitələrinin olması vacibdir. Eyni zamanda hər gün onların işlək vəziyyətdə olmasına nəzarət edilməlidir. Bunun üçün məsul şəxs təyin edilməlidir. Bunun üçün tədbirlər planı hazırlanmalıdır".
E. Nurəliyev bildirdi ki, koteclər norma və qaydalara uyğun layihələndirilməlidir. Meşələrdə yerləşən koteclərin üzlüyü yanmayan materialdan olmalıdır. Koteclərin ətrafında tez alışan materiallar olmamalıdır. Kotecin içərisində kaminin yerləşdiyi yerin iki metr ətrafı yanmayan döşəmədən olmalıdır. Kaminlərə nəzarət edən şəxs olmalıdır. Bu qızdırcı avadanlıq təlimata uyğun istifadə edilməlidir ki, açıq od ətrafa sıçramasın.
Ekspertin sözlərinə əsasən, kaminlərin, açıq odun sobalarının olduğu yer mütləq şəkildə nəzarətdə saxlanılmalıdır.
Memar Cahid Həsənov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, istirahət mərkəzlərində tikinti ilə bağlı layihələndirmə zamanı həmin obyektin necə qızdırılacağı sənəddə öz əksini tapmalıdır. C.Həsənov turizm məqsədilə istifadə edilən mehmanxana tipli obyektlərdə kamin quraşdırılmasına icazə verilmədiyini bildirdi. Ekspertin sözlərinə görə, bəzən istirahət məkanlarının sahibləri obyektin sənədində göstərilənlərə əməl etmir: "Obyektin sənədində elektriklə qızdırılacağı göstərilsə də, tikinti işləri aparılıb qurtardıqdan, kupça alındıqdan sonra öz bildiklərini edirlər. Sənəddə elektriklə qızdırılması nəzərdə tutulan obyektə odun peçi, yaxud da kamin yerləşdirirlər. Bu isə belə faciələrə səbəb olur.
Memar deyir ki, qanunla buna görədə, ildə bir dəfə bu tip obyektlərə Fövqəladə Hallar Nazirliyinin Yanğın Təhlükəsizliyi Xidmətinin baxış keçirməlidir. Belə hal aşkarlanarsa, dərhal obyektin fəaliyyəti dayandırılmalıdır.
FHN-dən isə yanğın baş verən obyektə istintaq hərəkəti getdiyindən heç bir məlumat verilmədiyini bildirdilər.