https://sputnik.az/20230125/menzillerde-yaranan-nemisliyin-sebebi---ekspertlerin-fikirleri-hacalandi-450964550.html
Mənzillərdə yaranan nəmişliyin səbəbi - Ekspertlərin fikirləri haçalandı
Mənzillərdə yaranan nəmişliyin səbəbi - Ekspertlərin fikirləri haçalandı
Sputnik Azərbaycan
Ekspert deyir ki, binalar arası məsafəsinin az olması nəticəsində havalandırılmanın qarşısı alınır, nəmişlik yaranır, qoxudan həmin mənzillərdə oturmaq mümkün... 25.01.2023, Sputnik Azərbaycan
2023-01-25T22:25+0400
2023-01-25T22:25+0400
2023-01-25T22:25+0400
mənzil
cəmiyyət
nəmişlik
ekspert
memar
bina
nöqsan
https://cdnn1.img.sputnik.az/img/42261/31/422613177_0:116:3044:1828_1920x0_80_0_0_455f30c98c7f0ee1ba158310706e12ae.jpg
BAKI, 25 yanvar — Sputnik. Havaların soyuması ilə bəzi mənzillərdə nəmişlik hallarının daha da artması müşahidə olunur. Mənzillərin "nəfəs ala bilməməsi"nin əsl səbəbləri nədir, ümumiyyətlə, kompleksin hər hansı hərfi əks etdirən formada tikilməsinin burada nə dərəcədə rolu var? Daşınmaz əmlak üzrə ekspert Elnur Fərzəliyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, ümumiyyətlə, binaların hansı formada tikilməsi xüsusi əhəmiyyət kəsb etmir: "Müqayisə üçün 30-40 il öncəyə, sovet dövrünə nəzər salaq. O dövrdə tikilən binaların bir istiqaməti şimala, bir istiqaməti isə cənuba baxırdı. Mənzillərin hər biri yel çəkirdi. Binanın şimal və cənub istiqamətində olmasından asılı olmayaraq mənzillər yel çəkərsə, bu zaman heç bir halda evdə nəmişlik yaranmır. Yeni tikilən binalarda müxtəlif layihələrin olması, onların bir-birinə yaxın tikilməsi təbii ki, daha aşağı mərtəbədə olan mənzillərə Günəşin şüalarının düşməsinin qarşısını alır". "Yəni, binaların hansı hərf formasında olmasından asılı olmayaraq tikililərin arasında məsafə olmalıdır. Binanın hündürlüyü 30 metrdisə, digər bina ilə ara məsafəsi təxminən 45 metr olmalıdır", - deyə o əlavə edib. Ekspert bildirir ki, yeni tikililər üçün layihələr elə cızılır ki, mənzillərin bir tərəfi qaranlıq qalır, Günəş şüasından məhrum olur, yel çəkə bilmədiyi üçün havasızlıq, nəmişlik və xəstəliklər yaranır. Daşınmaz əmlak üzrə digər ekspert Elnur Azadov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, nəmişliyin qarşısını almaq üçün hidroizolyasiyanın və ya fasad boyanın keyfiyyətli olması çox önəmlidir. Onun sözlərinə görə, Azəraycanda əsasən paneldən inşa olunan binalarda nəmişlik problemi müşahidə olunur: "SSRİ dövründə, yəni, ötən əsrin 60-cı illərindən kütləvi inşaat işləri başladığı üçün dəmir-beton konstruksiyalardan istifadə edildi. Bunların dəyəri çox yüksək deyildi, iş də daha tez başa gəlirdi. Hələ o dövrdə təkcə Bakı şəhərində bu tikinti materiallarını istehsal etmək üçün 9-10 zavod var idi. O dövrün bir sıra ərazilərinə inşa olunan 5 və 9 mərtəbəli binaların çoxu bu materiallardan hazırlanıb. Betonlar sıx olduğundan, hava boşluğu olmadığından çöl divarlar nəmişlik çəkirlər. Mənzil daxilində olan rütubət zamanı da nəmişlik əmələ gəlirdi". "SSRİ dağıdıqdan sonrakı dövrdə - 2000-ci illlərin əvvəllərində ucuz inşaat materillarından istifadə etməklə, fasadlara xüsusi boyaları vurmadan yeni tikililər inşa olunmağa başladı və onlarda da mövcud problemlər yaranmağa başladı. Bu tikililərdə divarların kərpic olmasına baxmayaraq şimal divarında soyuq, nəmişlik problemi üzə çıxmağa başladı. Bu səbəbdən də bəzi vətəndaşlar künc hissədə yerləşən blokdan mənzil almaqdan qaçırlar", - deyən ekspert əlavə edir ki, həmin hissədə temperatur daha aşağı olur, qışda soyuq, yayda isə nisbətən isti olur. Ekspert bildirir ki, bu nüanslar mütləq tələb kimi yazılmayıb: "Lakin daha yaxşı, baha satılacaq binaların inşaasında bu nüaslar nəzərə alınır, nəmişliyin qarşısını almaq üçüün fasada xüsusi təbəqə çəkilir. Ucuzlu, ekonom binalarda bu nüanslara elə də ciddi diqqət ayrılmır, sadəcə olaraq xüsusi fasad boya çəkilir". Qocaman memar Cahid Həsənov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, xüsusən də fərdi yaşayış sahələrində - 1, 2, 3 mərtəbəli evlərdə, "xruşovka"larda bu problem sıx görülür: "Nəmişliyin əsas səbəblərindən biri tikililərin sayının çoxalmasıdır. Bakının kanalizasiya sistemi müasir tikililərin, əhali və su axının daşınmasına görə demək olar ki standartlara cavab vermir. Bir-iki saat yağış yağanda şəhəri sel aparır. Bir gün sonra bu sular yerin altına, ətrafdakı yaşayış evlərinin zirzəmilərinə çəkilir. Təbii ki, yığılıb qalan bu su binaların bünövrəsi ilə yanaşı insanların sağlamlığına da ziyandır. Ümumi kanalizasiya sisteminə yenidən baxmaq lazımdır. Binalarda nəmişliyin yaranmasına səbəb amillərdən biri də hündür mərtəbəli binaların ərazilərdə sıx-sıx yerləşməsidir". Memar deyir ki, əvvəllər iki bina arasındakı məsafə bir binanın hündürlüyünün 1.5 metri qədər olmalı idi: "İndi isə baxın, bir bina tikilir, onun 2 metrliyində başqa bir bina tikilir. Təbii ki, sahibkarlar daha çox gəlir götürmək üçün belə addım atırlar. Nəticədə binaların təbii havalandırılmasının qarşısı alınır, nəmişlik probleminə səbəb olur. Nəinki aşağı mərtəbələrdə, hətta yuxarı mərtəbələrdə də nəmişlik yaranır. Külək dövr edə, hava rütubəti qova bilmir. Nəticədə belə mənzillərdə qoxudan oturmaq da olmur, evdən ağır iy gəlir". Binalararası məsafədən danışan ekspert bildirir ki, ərazidən asılı olaraq relyefə uyğun fərqli ara məsafələr də tətbiq oluna bilər: "Məsələn, 4 mərtəbəli binalar üçün bir, 9 mərtəbəli binalar üçün coğrafi şəraitindən asılı olaraq başqa ara məsafə təyin olunmalıdır. Bu qaydalar binaların da insanlar kimi nəfəs almasına zəmin yaradar. İndiki mənzərədə isə istismarda olan binalaırn böyük qismi sanki bir-birini qucaqlayaraq günün qabağını kəsir". C.Həsənov son illər görülən işlərdən də söz açı, bildirir ki, beş ildə Memarlıq və Arxitektura Komitəsi tərəfindən bir çox işlər görüldü: "Xüüsusən də ara məsafəsi və sıxlıqla bağlı işlər görülüb. Qaydalar çox yaxşıdır, son tikililərdə də buna əməl olunduğunu görə bilərik. Yeni qaydalar zəmin yaratdı ki, əvvəllər müşahidə olunan nöqsanlar təkrarlanmasın". "Son illər hazılanan qaydalardan əvvəlki dövr ilə indiki dövr arasında yerlə göy qədər fərq var. Çox istəyərəm ki, bu qaydalara güclü nəzarət olsun. Çünki bi çox sahibkar sonradan artırmalar edir. Əvvəl layihədə 7 mərtəbə göstərib sonradan iki mərtəbə də artırıb mansard da əlavə edir. Bu kimi halların qarşısı alınmalıdır", - deyə o əlavə edib. Memar belə hesab edir ki, problem yaradan amillərdən biri də bəzi üzlük materialların bizim iqlim şəraitimizə uyğun gəlməməsidir. Xatırladaq ki, 3 il əvvəl Azərbaycanda şəhərsalma qaydalarına dəyişiklik edildi və nəticədə 1 hektar sahədə icazə verilən tikinti sahəsi və tikinti həcmi azaldıldı.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42261/31/422613177_313:0:3044:2048_1920x0_80_0_0_0035029533374bbf066be917c730ee64.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
mənzil, nəmişlik, ekspert, memar, bina, nöqsan
mənzil, nəmişlik, ekspert, memar, bina, nöqsan
Mənzillərdə yaranan nəmişliyin səbəbi - Ekspertlərin fikirləri haçalandı
Ekspert deyir ki, binalar arası məsafəsinin az olması nəticəsində havalandırılmanın qarşısı alınır, nəmişlik yaranır, qoxudan həmin mənzillərdə oturmaq mümkün olmur.
BAKI, 25 yanvar — Sputnik. Havaların soyuması ilə bəzi mənzillərdə nəmişlik hallarının daha da artması müşahidə olunur.
Mənzillərin "nəfəs ala bilməməsi"nin əsl səbəbləri nədir, ümumiyyətlə, kompleksin hər hansı hərfi əks etdirən formada tikilməsinin burada nə dərəcədə rolu var?
Daşınmaz əmlak üzrə ekspert Elnur Fərzəliyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, ümumiyyətlə, binaların hansı formada tikilməsi xüsusi əhəmiyyət kəsb etmir: "Müqayisə üçün 30-40 il öncəyə, sovet dövrünə nəzər salaq. O dövrdə tikilən binaların bir istiqaməti şimala, bir istiqaməti isə cənuba baxırdı. Mənzillərin hər biri yel çəkirdi. Binanın şimal və cənub istiqamətində olmasından asılı olmayaraq mənzillər yel çəkərsə, bu zaman heç bir halda evdə nəmişlik yaranmır. Yeni tikilən binalarda müxtəlif layihələrin olması, onların bir-birinə yaxın tikilməsi təbii ki, daha aşağı mərtəbədə olan mənzillərə Günəşin şüalarının düşməsinin qarşısını alır".
"Yəni, binaların hansı hərf formasında olmasından asılı olmayaraq tikililərin arasında məsafə olmalıdır. Binanın hündürlüyü 30 metrdisə, digər bina ilə ara məsafəsi təxminən 45 metr olmalıdır", - deyə o əlavə edib.
Ekspert bildirir ki, yeni tikililər üçün layihələr elə cızılır ki, mənzillərin bir tərəfi qaranlıq qalır, Günəş şüasından məhrum olur, yel çəkə bilmədiyi üçün havasızlıq, nəmişlik və xəstəliklər yaranır.
Daşınmaz əmlak üzrə digər ekspert Elnur Azadov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, nəmişliyin qarşısını almaq üçün hidroizolyasiyanın və ya fasad boyanın keyfiyyətli olması çox önəmlidir.
Onun sözlərinə görə, Azəraycanda əsasən paneldən inşa olunan binalarda nəmişlik problemi müşahidə olunur: "SSRİ dövründə, yəni, ötən əsrin 60-cı illərindən kütləvi inşaat işləri başladığı üçün dəmir-beton konstruksiyalardan istifadə edildi. Bunların dəyəri çox yüksək deyildi, iş də daha tez başa gəlirdi. Hələ o dövrdə təkcə Bakı şəhərində bu tikinti materiallarını istehsal etmək üçün 9-10 zavod var idi. O dövrün bir sıra ərazilərinə inşa olunan 5 və 9 mərtəbəli binaların çoxu bu materiallardan hazırlanıb. Betonlar sıx olduğundan, hava boşluğu olmadığından çöl divarlar nəmişlik çəkirlər. Mənzil daxilində olan rütubət zamanı da nəmişlik əmələ gəlirdi".
"SSRİ dağıdıqdan sonrakı dövrdə - 2000-ci illlərin əvvəllərində ucuz inşaat materillarından istifadə etməklə, fasadlara xüsusi boyaları vurmadan yeni tikililər inşa olunmağa başladı və onlarda da mövcud problemlər yaranmağa başladı. Bu tikililərdə divarların kərpic olmasına baxmayaraq şimal divarında soyuq, nəmişlik problemi üzə çıxmağa başladı. Bu səbəbdən də bəzi vətəndaşlar künc hissədə yerləşən blokdan mənzil almaqdan qaçırlar", - deyən ekspert əlavə edir ki, həmin hissədə temperatur daha aşağı olur, qışda soyuq, yayda isə nisbətən isti olur.
Ekspert bildirir ki, bu nüanslar mütləq tələb kimi yazılmayıb: "Lakin daha yaxşı, baha satılacaq binaların inşaasında bu nüaslar nəzərə alınır, nəmişliyin qarşısını almaq üçüün fasada xüsusi təbəqə çəkilir. Ucuzlu, ekonom binalarda bu nüanslara elə də ciddi diqqət ayrılmır, sadəcə olaraq xüsusi fasad boya çəkilir".
Qocaman memar Cahid Həsənov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, xüsusən də fərdi yaşayış sahələrində - 1, 2, 3 mərtəbəli evlərdə, "xruşovka"larda bu problem sıx görülür: "Nəmişliyin əsas səbəblərindən biri tikililərin sayının çoxalmasıdır. Bakının kanalizasiya sistemi müasir tikililərin, əhali və su axının daşınmasına görə demək olar ki standartlara cavab vermir. Bir-iki saat yağış yağanda şəhəri sel aparır. Bir gün sonra bu sular yerin altına, ətrafdakı yaşayış evlərinin zirzəmilərinə çəkilir. Təbii ki, yığılıb qalan bu su binaların bünövrəsi ilə yanaşı insanların sağlamlığına da ziyandır. Ümumi kanalizasiya sisteminə yenidən baxmaq lazımdır. Binalarda nəmişliyin yaranmasına səbəb amillərdən biri də hündür mərtəbəli binaların ərazilərdə sıx-sıx yerləşməsidir".
Memar deyir ki, əvvəllər iki bina arasındakı məsafə bir binanın hündürlüyünün 1.5 metri qədər olmalı idi: "İndi isə baxın, bir bina tikilir, onun 2 metrliyində başqa bir bina tikilir. Təbii ki, sahibkarlar daha çox gəlir götürmək üçün belə addım atırlar. Nəticədə binaların təbii havalandırılmasının qarşısı alınır, nəmişlik probleminə səbəb olur. Nəinki aşağı mərtəbələrdə, hətta yuxarı mərtəbələrdə də nəmişlik yaranır. Külək dövr edə, hava rütubəti qova bilmir. Nəticədə belə mənzillərdə qoxudan oturmaq da olmur, evdən ağır iy gəlir".
Binalararası məsafədən danışan ekspert bildirir ki, ərazidən asılı olaraq relyefə uyğun fərqli ara məsafələr də tətbiq oluna bilər: "Məsələn, 4 mərtəbəli binalar üçün bir, 9 mərtəbəli binalar üçün coğrafi şəraitindən asılı olaraq başqa ara məsafə təyin olunmalıdır. Bu qaydalar binaların da insanlar kimi nəfəs almasına zəmin yaradar. İndiki mənzərədə isə istismarda olan binalaırn böyük qismi sanki bir-birini qucaqlayaraq günün qabağını kəsir".
C.Həsənov son illər görülən işlərdən də söz açı, bildirir ki, beş ildə Memarlıq və Arxitektura Komitəsi tərəfindən bir çox işlər görüldü: "Xüüsusən də ara məsafəsi və sıxlıqla bağlı işlər görülüb. Qaydalar çox yaxşıdır, son tikililərdə də buna əməl olunduğunu görə bilərik. Yeni qaydalar zəmin yaratdı ki, əvvəllər müşahidə olunan nöqsanlar təkrarlanmasın".
"Son illər hazılanan qaydalardan əvvəlki dövr ilə indiki dövr arasında yerlə göy qədər fərq var. Çox istəyərəm ki, bu qaydalara güclü nəzarət olsun. Çünki bi çox sahibkar sonradan artırmalar edir. Əvvəl layihədə 7 mərtəbə göstərib sonradan iki mərtəbə də artırıb mansard da əlavə edir. Bu kimi halların qarşısı alınmalıdır", - deyə o əlavə edib.
Memar belə hesab edir ki, problem yaradan amillərdən biri də bəzi üzlük materialların bizim iqlim şəraitimizə uyğun gəlməməsidir.
Xatırladaq ki, 3 il əvvəl Azərbaycanda şəhərsalma qaydalarına dəyişiklik edildi və nəticədə 1 hektar sahədə icazə verilən tikinti sahəsi və tikinti həcmi azaldıldı.