İƏT-in növbəti sammiti bu şəhərdə keçiriləcək
© Sputnik / Murad OrujovİƏT iclası
Abunə olmaq
Təşkilatın katibliyi İƏT çərçivəsində çoxşaxəli əməkdaşlığın qurulması üçün Özbəkistan ilə sıx əməkdaşlıq etməyə hazırdır.
BAKI, 25 yanvar — Sputnik. İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) növbəti sammiti bu ilin noyabrında Daşkənddə keçiriləcək.
Bu barədə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ilə İƏT-in Baş katibi Xusrav Nozirinin görüşündə bildirilib.
X.Noziri bildirib ki, təşkilatın katibliyi İƏT çərçivəsində çoxşaxəli əməkdaşlığın qurulması üçün Özbəkistan ilə sıx əməkdaşlıq etməyə hazırdır.
Xatırladaq ki, 2022-ci ildə İƏT-ə Özbəkistan sədrlik edib, 2023-cü ildə isə sədrlik Azərbaycana keçib. İƏT 1985-ci ildə yaradılmış regional dövlətlərarası iqtisadi təşkilatdır. Təşkilata İran, Pakistan, Türkiyə, Qazaxıstan, Azərbaycan, Əfqanıstan, Qırğız Respublikası, Tacikistan, Türkmənistan və Özbəkistan üzvdür.