https://sputnik.az/20230125/ermenistan-mudafie-nazirliyi-sert-tenqid-olundu-451013576.html
Ermənistan Müdafiə Nazirliyi sərt tənqid olundu
Ermənistan Müdafiə Nazirliyi sərt tənqid olundu
Sputnik Azərbaycan
Ermənistan Müdafiə Nazirliyinin fırıldağının üstü açılıb. 25.01.2023, Sputnik Azərbaycan
2023-01-25T14:08+0400
2023-01-25T14:08+0400
2023-01-25T14:08+0400
ermənistan
dünya xəbərləri
qəzet
https://cdnn1.img.sputnik.az/img/41829/49/418294993_38:0:1000:541_1920x0_80_0_0_710721d495f38fda03599d6991de59f5.jpg
BAKI, 25 yanvar — Sputnik. "Ermənistan Müdafiə Nazirliyi 15 hərbçinin ölümü ilə nəticələnən faciəvi yanğının ertəsi günü 15 ədəd "Hyundai Elantra" markalı avtomobil alıb". Bunu "Joqovurd" qəzeti yazıb. Məqalədə qeyd olunub ki, bu, dövlətə 198 milyon dram və ya təxminən, 489 min dollara başa gəlib: "Bir avtomobilə 13,2 milyon dram və ya 32 min 592 dollar xərclənib. Bu davranış ən azı vicdansızlıqdır. Belə çıxır ki, bir tərəfdən sərhəddə olan əsgərlər normal şəraitdən məhrumdurlar, digər tərəfdən isə Müdafiə Nazirliyinin yüksək rütbəli məmurları 2023-cü ilin istehsalı olan avtomobillərdə gəzməlidirlər". Qəzet bunu vətənin müdafiəsi üçün "unikal yanaşma" kimi qiymətləndirib. Qeyd edək ki, yanvarın 18-də Ermənistanın Basarkeçər rayonunun Azad kəndində N saylı hərbi hissənin mühəndis-istehkam bölüyünün kazarmasında yanğın baş verib. Hadisə nəticəsində 15 hərbçi ölüb, 6 əsgər və 1 zabit yaralanıb. Hadisəyə görə, Ermənistan silahlı qüvvələrinin İkinci ordu korpusunun komandiri polkovnik Vahram Qriqoryan və digər zabit heyəti işdən çıxarılıb. (Report)
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41829/49/418294993_279:0:1000:541_1920x0_80_0_0_6c57fa292ed9a51f41def4f20b46e7fd.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
ermənistan, qəzet
Ermənistan Müdafiə Nazirliyi sərt tənqid olundu
Ermənistan Müdafiə Nazirliyinin fırıldağının üstü açılıb.
BAKI, 25 yanvar — Sputnik. "Ermənistan Müdafiə Nazirliyi 15 hərbçinin ölümü ilə nəticələnən faciəvi yanğının ertəsi günü 15 ədəd "Hyundai Elantra" markalı avtomobil alıb".
Bunu "Joqovurd" qəzeti yazıb.
Məqalədə qeyd olunub ki, bu, dövlətə 198 milyon dram və ya təxminən, 489 min dollara başa gəlib: "Bir avtomobilə 13,2 milyon dram və ya 32 min 592 dollar xərclənib. Bu davranış ən azı vicdansızlıqdır. Belə çıxır ki, bir tərəfdən sərhəddə olan əsgərlər normal şəraitdən məhrumdurlar, digər tərəfdən isə Müdafiə Nazirliyinin yüksək rütbəli məmurları 2023-cü ilin istehsalı olan avtomobillərdə gəzməlidirlər".
Qəzet bunu vətənin müdafiəsi üçün "unikal yanaşma" kimi qiymətləndirib.
Qeyd edək ki, yanvarın 18-də Ermənistanın Basarkeçər rayonunun Azad kəndində N saylı hərbi hissənin mühəndis-istehkam bölüyünün kazarmasında yanğın baş verib. Hadisə nəticəsində 15 hərbçi ölüb, 6 əsgər və 1 zabit yaralanıb. Hadisəyə görə, Ermənistan silahlı qüvvələrinin İkinci ordu korpusunun komandiri polkovnik Vahram Qriqoryan və digər zabit heyəti işdən çıxarılıb. (Report)