DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Cənub Qaz Dəhlizi Məşvərət Şurasının iclasının vaxtı məlum olub

© Official website of President of Azerbaijan RepublicCənub Qaz Dəhlizi Məşvərət Şurasının iclası
Cənub Qaz Dəhlizi Məşvərət Şurasının iclası - Sputnik Azərbaycan, 1920, 25.01.2023
Abunə olmaq
Cənub Qaz Dəhlizi Məşvərət Şurasıda iştirak edəcək mötəbər qonaqların siyahısı hələ ki, dəqiqləşdirilir.
BAKI, 25 yanvar — Sputnik. Fevralın 3-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu toplantısı keçiriləcək.
Bu barədə Energetika Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Cənub Qaz Dəhlizi Məşvərət Şurasında iştirak edəcək mötəbər qonaqların siyahısı hələ ki, dəqiqləşdirilir.
Tədbirdə beynəlxalq enerji şirkətlərinin və maliyyə qurumlarının iştirakı gözlənilir.
Toplantının sonunda nazirlərin mətbuat konfransının keçirilməsi nəzərdə tutulur.
Xatırladaq ki, Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin ilk toplantısı 2015-ci il fevralın 12-də, ikinci toplantı 2016-cı il fevralın 29-da, üçüncü toplantı 2017-ci il fevralın 23-də, dördüncü toplantı 2018-ci il fevralın 15-də, beşinci toplantı 2019-cu il fevralın 20-də, altıncı toplantı 2020-ci il fevralın 28-də, yeddinci toplantı 2021-ci il fevralın 11-də, səkkizinci toplantı isə 2022-ci ilin fevralın 4-də keçirilib.
Xəbər lenti
0