https://sputnik.az/20230125/azerbaycanda-1230-imei-koduna-klon-statusu-verilib-451013054.html
Azərbaycanda 1230 IMEI koduna "klon" statusu verilib
Azərbaycanda 1230 IMEI koduna "klon" statusu verilib
Sputnik Azərbaycan
Bu IMEI kodları ilə 120 min dəfədən çox şəbəkəyə qoşulma cəhdinə Mobil Cihazların Qeydiyyat Sistemi (MCQS) imtina cavabı verib. 25.01.2023, Sputnik Azərbaycan
2023-01-25T14:23+0400
2023-01-25T14:23+0400
2023-01-25T14:23+0400
telefon
cəmiyyət
kod
klon
https://cdnn1.img.sputnik.az/img/07e5/09/0f/427929093_0:94:2497:1498_1920x0_80_0_0_870d978eb51da99c7d49703c30dca765.jpg
BAKI, 25 yanvar — Sputnik. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus "AzInTelecom" MMC ölkəyə gətirilən mobil cihazların surəti köçürülmüş IMEI kodlarla qeydiyyatdan keçirilməsinə qarşı mübarizə tədbirləri çərçivəsində bu günə qədər 1230 IMEI koduna "klon" statusu verib və onların istifadəsini məhdudlaşdırıb. Həmin IMEI kodları son üç ayda 855722 ədəd mobil nömrəyə aid abunəçi kimliyi ilə şəbəkədə görünüb. Bu IMEI kodları ilə 120 min dəfədən çox şəbəkəyə qoşulma cəhdinə Mobil Cihazların Qeydiyyat Sistemi (MCQS) imtina cavabı verib. Surətinin köçürülməsi şübhəsi olan 79 IMEI kodu ilə bağlı vətəndaşlardan poçt məntəqələrinə daxil olan müraciətlər araşdırılıb. 21 müraciət nömrə dəyişilməsi ilə bağlı olduğu üçün analitik qrupun müsbət rəyi ilə sistemdə təsdiq olunub, 56 müraciət əsassız olduğu üçün etiraz cavabı verilib, 2 müraciət üzrə araşdırma davam etdirilir. Nazirlər Kabinetinin qərarı ilə təsdiqlənmiş "Mobil cihazların qeydiyyatının aparılması Qaydası"na əsasən, xaricdən gətirilən mobil telefonlar ölkə telekommunikasiya şəbəkəsində istifadə olunması üçün 30 günə qeydiyyatdan keçirilməlidir. Bu zaman cihazın satış qiymətinə uyğun dövlət rüsumu ödənilməlidir. Bəzi dələduzlar isə dövlət rüsumunu ödəməmək üçün daha öncə qeydiyyatdan keçmiş telefonun IMEI kodunun surətini yeni telefonlara köçürürlər. Surəti köçürülmüş IMEI kodun məxsus olduğu cihazın sahibi isə bu prosesdən tamamilə məlumatsız olur və daha sonra müəyyən çətinliklərlə qarşılaşır. Bu cür hallarla qarşılaşmamaq, aldadılmamaq üçün yeni alınan və ya hazırda istifadədə olan mobil telefonların IMEI kodunun surətinin köçürülməsi statusu barədə nazirliyin Vahid Elektron Xidmətlər Portalından məlumat əldə etmək olar. Bunun üçün telefonun ekranında *#06# yığaraq cihazın IMEI kodunu öyrənib, daha sonra portala daxil olaraq "IMEI yoxlama" xidmətinə keçid etmək lazımdır. Ekranda görünən xanaya IMEI kodunu daxil edib "Yoxla" düyməsinə klik edərək telefonun IMEI koduna "klon" statusu verilib-verilmədiyini öyrənmək olar. Əgər cihazın IMEI nömrəsi köçürülübsə, ekranda "Cihazın istifadəsi məhdudlaşdırılıb" mesajı təqdim ediləcək. Bu halda istifadəçilərə məsələnin həlli üçün "Azərpoçt" MMC-nin şöbələrinə müraciət etmək tövsiyə olunur.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/09/0f/427929093_186:0:2309:1592_1920x0_80_0_0_c159a3f91c4021cd48b345d935b693e4.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
telefon, kod, klon
Azərbaycanda 1230 IMEI koduna "klon" statusu verilib
Bu IMEI kodları ilə 120 min dəfədən çox şəbəkəyə qoşulma cəhdinə Mobil Cihazların Qeydiyyat Sistemi (MCQS) imtina cavabı verib.
BAKI, 25 yanvar — Sputnik. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus "AzInTelecom" MMC ölkəyə gətirilən mobil cihazların surəti köçürülmüş IMEI kodlarla qeydiyyatdan keçirilməsinə qarşı mübarizə tədbirləri çərçivəsində bu günə qədər 1230 IMEI koduna "klon" statusu verib və onların istifadəsini məhdudlaşdırıb.
Həmin IMEI kodları son üç ayda 855722 ədəd mobil nömrəyə aid abunəçi kimliyi ilə şəbəkədə görünüb.
Bu IMEI kodları ilə 120 min dəfədən çox şəbəkəyə qoşulma cəhdinə Mobil Cihazların Qeydiyyat Sistemi (MCQS) imtina cavabı verib.
Surətinin köçürülməsi şübhəsi olan 79 IMEI kodu ilə bağlı vətəndaşlardan poçt məntəqələrinə daxil olan müraciətlər araşdırılıb. 21 müraciət nömrə dəyişilməsi ilə bağlı olduğu üçün analitik qrupun müsbət rəyi ilə sistemdə təsdiq olunub, 56 müraciət əsassız olduğu üçün etiraz cavabı verilib, 2 müraciət üzrə araşdırma davam etdirilir.
Nazirlər Kabinetinin qərarı ilə təsdiqlənmiş "Mobil cihazların qeydiyyatının aparılması Qaydası"na əsasən, xaricdən gətirilən mobil telefonlar ölkə telekommunikasiya şəbəkəsində istifadə olunması üçün 30 günə qeydiyyatdan keçirilməlidir. Bu zaman cihazın satış qiymətinə uyğun dövlət rüsumu ödənilməlidir. Bəzi dələduzlar isə dövlət rüsumunu ödəməmək üçün daha öncə qeydiyyatdan keçmiş telefonun IMEI kodunun surətini yeni telefonlara köçürürlər. Surəti köçürülmüş IMEI kodun məxsus olduğu cihazın sahibi isə bu prosesdən tamamilə məlumatsız olur və daha sonra müəyyən çətinliklərlə qarşılaşır.
Bu cür hallarla qarşılaşmamaq, aldadılmamaq üçün yeni alınan və ya hazırda istifadədə olan mobil telefonların IMEI kodunun surətinin köçürülməsi statusu barədə nazirliyin Vahid Elektron Xidmətlər Portalından məlumat əldə etmək olar. Bunun üçün telefonun ekranında *#06# yığaraq cihazın IMEI kodunu öyrənib, daha sonra portala daxil olaraq "IMEI yoxlama" xidmətinə keçid etmək lazımdır. Ekranda görünən xanaya IMEI kodunu daxil edib "Yoxla" düyməsinə klik edərək telefonun IMEI koduna "klon" statusu verilib-verilmədiyini öyrənmək olar. Əgər cihazın IMEI nömrəsi köçürülübsə, ekranda "Cihazın istifadəsi məhdudlaşdırılıb" mesajı təqdim ediləcək. Bu halda istifadəçilərə məsələnin həlli üçün "Azərpoçt" MMC-nin şöbələrinə müraciət etmək tövsiyə olunur.