CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Yerin yaxınlığından asteroid keçəcək

© Depositphotos.com / DigitalstormAsteroid
Asteroid - Sputnik Azərbaycan, 1920, 24.01.2023
Abunə olmaq
"2023 BU" asteroidi yüksək parlaqlığa malikdir. Onu hətta həvəskar teleskoplarla da müşahidə etmək mümkün olacaq.
BAKI, 24 yanvar — Sputnik. Yanvarın 26-da Yerin yaxınlığından diametri 5-6 metr olan asteroid keçəcək. Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib.
Bildirilib ki, müşahidə ediləcək göy cisminə müvəqqəti olaraq "2023 BU" adı verilib.
"2023 BU" asteroidi yüksək parlaqlığa malikdir. Onu hətta həvəskar teleskoplarla da müşahidə etmək mümkün olacaq. Lakin asteroidi yalnız Yer kürəsinin cənub yarımkürəsinin sakinləri görə biləcəklər.
Qeyd edək ki, bu asteroid Yer üçün təhlükəli deyil, çünki o, planetdən bir neçə min kilometr uzaqlıqdan keçəcək. Daha dəqiq desək, Yerin mərkəzindən 6,200 mildən (10,000 km) az məsafədən keçəcək və Yerin orbitində fırlanan geostasionar peyklərin təxminən dörddə biri məsafəsində olacaq. Bu da onu deməyə əsas verir ki, "2023 BU" asteroidi Yerlə son dərəcə yaxın, amma təhlükəsiz şəkildə keçəcək. Ümumilikdə isə, əsasən diametri 150 metrdən böyük olan göy cisimləri planetimiz üçün təhlükəli hesab edilir.
Asteroidin hərəkətini izləmək üçün Virtual Teleskopdan istifadə edə bilərsiniz. Keçid üzərindən canlı yayım 26 yanvar saat 23:15-də başlayacaq.
Onu da xatırladaq ki, ötən ilin sonunda NASA məlumat yaymışdı ki, bəşər tarixində asteroidin istiqamətini dəyişmək üçün edilən ilk cəhd uğurla başa çatıb.
Belə ki, kosmik gəminin Dimorf asteroidi ilə toqquşması səma cismini öz orbitindən müvəffəqiyyətlə yayındırıb. Bu, bəşəriyyət tarixində kosmik obyektin hərəkətinin qəsdən dəyişdirildiyi ilk hadisədir. Asteroidin komponentlərindən biri ilə planlaşdırılmış toqquşma 2022-ci il sentyabrın 26-na keçən gecə baş verib.
Xəbər lenti
0