CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ümumi yollarla ağırçəkili nəqliyyat vasitələrinin hərəkətinə icazə üçün rüsum tutulacaq

© AFP 2024 / SAKIS MITROLIDISYük maşınları
Yük maşınları - Sputnik Azərbaycan, 1920, 24.01.2023
Abunə olmaq
Ümumi istifadədə olan avtomobil yolları ilə iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin hərəkətinə icazənin verilməsi üçün 50 manat məbləğində dövlət rüsumunun müəyyən edilməsi nəzərdə tutulur.
BAKI, 24 yanvar — Sputnik. Ümumi istifadədə olan avtomobil yolları ilə iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin hərəkətinə icazənin verilməsi üçün dövlət rüsumunun məbləği müəyyən edilib.
Bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin yanvarın 24-də keçirilən iclasında müzakirə edilən "Dövlət rüsumu haqqında" qanunda dəyişiklikdə öz əksini tapıb.
Qanun layihəsi ümumi istifadədə olan avtomobil yolları ilə iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin hərəkətinə icazənin verilməsi üçün dövlət rüsumunun məbləğini müəyyən edir.
Ümumi istifadədə olan avtomobil yolları ilə iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin hərəkətinə icazənin verilməsi üçün 50 manat məbləğində dövlət rüsumunun müəyyən edilməsi nəzərdə tutulur.
"Avtomobil nəqliyyatı haqqında" qanun
Xatırladaq ki, bu qanunda maddə 48 - Avtomobil nəqliyyatı ilə iriqabaritli və ağırçəkili yüklərin daşınması adlanır.
48.1. Yükünün qabaritləri və çəkisi, yaxud texniki göstəriciləri müvafiq normativlərlə müəyyənləşdirilmiş məhdudiyyətlərdən kənara çıxan avtonəqliyyat vasitələrinin ümumi istifadədə olan yollarla, o cümlədən, yaşayış məntəqələrinin küçələri ilə hərəkətinə əvvəlcədən təyin edilmiş xüsusi marşrut üzrə, müvafiq icra hakimiyyəti orqanının icazəsi əsasında yol verilir.
48.2. Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin hərəkət etməsi, onların hərəkətinə xüsusi icazənin verilməsi qaydası, habelə iriqabaritli və ağırçəkili avtonəqliyyat vasitələrinin hərəkət etməsinə görə ödənişlərin dərəcələri və ümumi istifadədə olan avtomobil yolları ilə hərəkət edən avtonəqliyyat vasitələrinin icazə verilən qabarit və çəki parametrləri Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Xəbər lenti
0