CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qadağan edilmiş yerlərdə tütündən istifadə edənlər cərimələnib - TƏFƏRRÜAT

© Sputnik / Konstantin ChalabovSiqaret satışı, arxiv şəkli
Siqaret satışı, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 24.01.2023
Abunə olmaq
Tütün məmulatlarını yektinlik yaşına çatmayanlara satdıqlarına görə 816 şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq olunub.
BAKI, 24 yanvar — Sputnik. Daxili İşlər Nazirliyi (DİN) "Tütün məmulatlarından istifadənin məhdudlaşdırılması haqqında" qanunun tələblərindən irəli gələn vəzifələrin icrasını diqqət mərkəzində saxlayır.
DİN-in mətbuat xidmətindən bildirilib ki, respublikanın şəhər, rayon polis orqanları aidiyyəti təşkilatlarla birgə qanunla tütün çəkilməsinə icazə verilməyən yerlərdə monitorinqlər keçirir, fiziki və hüquqi şəxslər, fərdi sahibkarlar, eləcə də əhali arasında geniş izahat işləri aparır.
Ümumilikdə, 2022-ci il ərzində respublikanın şəhər, rayon polis orqanlarının keçirdikləri tədbirlər nəticəsində "Tütün məmulatlarından istifadənin məhdudlaşdırılması haqqında" qanunla qadağan edilmiş yerlərdə tütün çəkdiklərinə, tütün məmulatları tullantılarını ətraf mühitə atdıqlarına görə 14 min 421, tütün məmulatlarını yektinlik yaşına çatmayanlara satdıqlarına görə 816 şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 212.1-ci, 212.3-cü, 212.4-cü və 455.2-ci maddələrinə əsasən inzibati tənbeh tədbiri tətbiq olunub.
Bu istiqamətdə tədbirlər davam etdirilir.
Xatırladaq ki, "Tütün istifadəsinin məhdudlaşdırılması haqqında" qanun Azərbaycan əhalisinin sağlamlığının qorunması, sağlam həyat tərzinin təbliği, uşaqların və gənclərin sağlam böyüməsi və inkişafı, zərərli vərdişlərə aludəçiliyin profilaktikası, tütün məmulatlarının istifadəsinin və tütün tüstüsünün ətraf mühitə ziyanlı təsirlərinin azaldılması istiqamətində fəaliyyətin hüquqi əsaslarını müəyyən edir.
Hüquqi və fiziki şəxslərə tütün məmulatlarının satışında istifadəçilərin həvəsləndirilməsi üçün aşağıdakı üsullardan istifadə edilməsi qadağan edilir:
Tütün məmulatlarının və onların yeni nümunələrinin pulsuz paylanması və ya mükafat kimi verilməsi
Tütün məmulatlarının lotereya, müsabiqə, idman yarışları, oyunlar üçün mükafat kimi təklif edilməsi
Tütün məmulatlarının satışı və istifadəsi ilə bağlı uduşlu (o cümlədən siqaret qutularının və hissələrinin yığılması ilə) oyunların, o cümlədən stimullaşdırıcı lotereyaların keçirilməsi
Tütün istehsalı və satışı ilə məşğul olan şəxslər tərəfindən istehsal edilən və ya satışa çıxarılan tütün məmulatlarının istehlakçılara hədiyyə və ya yardım kimi paylanmasına yol verilmir.
“Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun ilə qadağan edilmiş digər yerlərdə tütün çəkməyə görə otuz manat məbləğində cərimə tətbiq edilir.
Yetkinlik yaşına çatmayanlara tütün məmulatı almaqla, verməklə, tütün məmulatından istifadəni təklif və ya tələb etmək yolu ilə onların tütündən istifadə prosesinə cəlb edilməsi yüz manat məbləğində cərimə tətbiq edilir.
Tütün məmulatları tullantılarının ətraf mühitə atılmasına görə əlli manat məbləğində cərimə tətbiq edilir.
Xəbər lenti
0