Ulu öndər Heydər Əliyev - Sputnik Azərbaycan, 1920, 20.01.2023
Heydər Əliyev ili

"Heydər Əliyev İli" çərçivəsində illik təqvim hazırlanıb

© Sputnik / Vladimir Akimov / Mediabanka keçidHeydər Əliyev
Heydər Əliyev - Sputnik Azərbaycan, 1920, 24.01.2023
Abunə olmaq
Təqvimin hər səhifəsində Ümummilli Lider Heydər Əliyevin əlamətdar və tarixi günlərlə, 20 Yanvar hadisələri, Xocalı faciəsi, Novruz bayramı, Azərbaycan Respublikasının dövlət müstəqilliyi, Milli Ordu, mətbuat, Azərbaycan dili və təhsili ilə bağlı fikirləri yer alıb.
BAKI, 24 yanvar — Sputnik. AMEA-nın Mərkəzi Elmi Kitabxanası (MEK) tərəfindən "Heydər Əliyev İli" çərçivəsində Ulu Öndərin həyatı və siyasi fəaliyyətini özündə əks etdirən "Heydər Əliyev-100" adlı illik təqvim hazırlanıb.
MEK-dən bildirilib ki, təqvimin hər səhifəsində Ümummilli Lider Heydər Əliyevin əlamətdar və tarixi günlərlə, 20 Yanvar hadisələri, Xocalı faciəsi, Novruz bayramı, Azərbaycan Respublikasının dövlət müstəqilliyi, Milli Ordu, mətbuat, Azərbaycan dili və təhsili ilə bağlı fikirləri yer alıb.
8 Noyabr- Zəfər Gününün yer aldığı noyabr ayı səhifəsində Ulu Öndərin illər öncə məcburi köçkünlər qarşısında çıxışlarının birində böyük inamla söylədiyi "Arzu edirəm ki, sizinlə birlikdə gedək Şuşaya. Gedəcəyik, inanın ki, gedəcəyik. Şuşa Azərbaycanın gözüdür, hər bir azərbaycanlı üçün iftixar mənbəyidir. Şuşa bizim mədəniyyətimizin, tariximizin rəmzidir. Şuşa hamı üçün əzizdir. Amma təkcə Şuşa yox, Laçın dağları da əzizdir. Biz heç vaxt Laçınsız yaşaya bilmərik. Ağdam kimi gözəl bir şəhər, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcərin o bulaqları, Kəlbəcərin o İsti suyu - biz onlarsız yaşaya bilmərik. Təsəvvür edə bilmərik"- sitatı xüsusi diqqət cəlb edir.
Qeyd edək ki, illik təqvimin hazırlanmasında əməyi keçən MEK-in Heydər Əliyev və Azərbaycan dövlətçiliyi şöbəsi Ümummilli Liderin zəngin irsinə, Azərbaycanın zəngin dövlətçilik tarixinə, Prezident İlham Əliyevin çoxşaxəli siyasi fəaliyyətinə, Birinci vitse-prezident Mehriban Əliyevanın sosial-humanitar sahədə gördüyü işlərə, həmçinin ölkənin dünyada təbliğinə həsr olunmuş ədəbiyyatların kitabxana fondlarında komplektləşdirilməsi, rəqəmsallaşdırılması, məlumat bazalarının hazırlanması işini təşkil etməklə, oxuculara bu sahədə xidmət göstərir.
Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidentinin müvafiq sərəncamı ilə 2023-cü il "Heydər Əliyev İli" elan edilib.
Ulu öndər Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Müstəqil Azərbaycan ulu öndərin indiki və gələcək nəsillərə əmanəti, onun zəngin və çoxşaxəli irsi isə xalqımızın milli sərvətidir. Bu müqəddəs mirası qoruyub saxlamaq hər bir azərbaycanlının şərəfli vəzifəsidir.
2023-cü il mayın 10-da Azərbaycan xalqının ümummilli lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 ili tamam olur.
Xəbər lenti
0