Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Azərbaycanda buğda əkinlərinin sahəsi artıb - TƏFƏRRÜAT

© AP PhotoTaxıl sahəsi
Taxıl sahəsi - Sputnik Azərbaycan, 1920, 24.01.2023
Abunə olmaq
Keçən il Azərbaycanda taxıl istehsalında azalma olub. 2021-ci illə müqayisədə taxıl istehsalı 6 faiz və ya 202 min ton azalıb.
BAKI, 24 yanvar — Sputnik. Azərbaycanda buğda əkinlərinin sahəsi 7,8% artıb.
Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Azərbaycanda 2022/2023-cü təsərrüfat ilində 1 milyon 44 min 660 hektar sahədə payızlıq taxıl əkini aparılıb. Dən üçün payızlıq əkinlərin sahəsi 2021/2022-ci təsərrüfat ili ilə müqayisədə 2,8% çoxdur.
Payızlıq taxıl əkinlərinin 649,2 min hektarını buğda, 395,3 min hektarını arpa əkinləri, 160 hektarını çovdar əkinləri təşkil edir. Bundan əlavə ölkədə 14 min hektar sahədə xəsil və yaşıl yem üçün əkinlər aparılıb.
2021/2022-ci təsərrüfat ili ilə müqayisədə ölkədə buğda əkinlərinin sahəsi 7,8% artıb. Azərbaycanın 60-dan artıq rayonunda taxıl əkinləri aparılır. Payızlıq taxıl əkinləri Azərbaycanın əkin balansının 60 faizə yaxınını təşkil edir.
Qeyd edək ki, yazlıq dənli və dənli paxlalı bitkilərin əkininə isə mart ayından start veriləcək.
Ötən il Azərbaycanda taxıl istehsalı azalıb
Xatırladaq ki, ötən il Azərbaycanda taxıl istehsalında azalma olub. Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən il 3 milyon 161,3 min ton taxıl istehsal edilib. 2021-ci illə müqayisədə taxıl istehsalı 6 faiz və ya 202 min ton azalıb. Yığılmış sahələr ötən il azalıb. 2021-ci ildə 998,4 min hektar sahədə yığım aparıldığı halda 2022-ci ildə yığılmış sahə 978 min hektar təşkil edib.
Taxıl istehsalının azalmasına təsir edən digər amil məhsuldarlıq olub. 2021-ci ildə sahələrdə orta məhsuldarlıq 32,8 sentner olduğu halda, 2022-ci ildə məhsuldarlıq 31,3 sentnerə geriləyib.
Ötən il buğda istehsalı 149 min ton azalaraq 1,736 milyon tona düşüb. Arpa istehsalı da 1 milyon 146,7 min tondan 1 milyon 100,8 min tona düşüb.
Buğda idxalı artıb
Dekabr ayında ölkəyə idxal edilmiş ərzaqlıq buğdanın 1 tonunun orta qiyməti 551,08 manat təşkil edib. 2021-ci ilin yanvar-noyabr ayları ilə müqayisədə 2022-ci ilin yanvar-noyabr aylarında mühüm məhsul növlərindən buğda idxalı miqdar ifadəsində 14,8 faiz, məbləğ ifadəsində 38,4 faiz artıb.
Xəbər lenti
0