Nyu-Yorkdakı "Empayr Steyt Bildinq" binası Çin Yeni il bayramı şərəfinə qırmızı rəngdə işıqlandırılıb. Bu ənənə artıq 23 ildir ki, davam edir. Braziliyanın San-Paulu şəhərində Çin operası və aslan rəqslərindən ibarət nömrələr nümayiş olunan qala-konsert təşkil olunub. Yeni Zelandiyanın Oklend şəhərində minlərlə yerli sakin ləzzətli təamlar, bayram suvenirləri və canlı tamaşalarla Yeni il yarmarkasına qatılıb. Tokioda, Ueno parkında Yeni il yarmarkası açılıb. Onun əsas mövzusu pandalardır. On minlərlə ziyarətçi cazibədar ağ-qara ayıların əhatəsində bayram yeməklərindən və sənətçilərin çıxışlarından zövq alır.
Çin Yeni ilinin rəngarəng şənlikləri dünyanın müxtəlif yerlərində qeyd edilib.
Nyu-Yorkdakı "Empayr Steyt Bildinq" binası Çin Yeni il bayramı şərəfinə qırmızı rəngdə işıqlandırılıb. Bu ənənə artıq 23 ildir ki, davam edir.
Braziliyanın San-Paulu şəhərində Çin operası və aslan rəqslərindən ibarət nömrələr nümayiş olunan qala-konsert təşkil olunub. Yeni Zelandiyanın Oklend şəhərində minlərlə yerli sakin ləzzətli təamlar, bayram suvenirləri və canlı tamaşalarla Yeni il yarmarkasına qatılıb.
Kişi Çin Yeni ili ərəfəsində nəhəng Budda heykəlini təmizləyir.
Tokioda, Ueno parkında Yeni il yarmarkası açılıb. Onun əsas mövzusu pandalardır. On minlərlə ziyarətçi cazibədar ağ-qara ayıların əhatəsində bayram yeməklərindən və sənətçilərin çıxışlarından zövq alır.