https://sputnik.az/20230124/ane-qutularina-toplanacaq-oyuncaqlar-xususi-qaygiya-ehtiyaci-olan-usaqlara-verilecek-450967872.html
İanə qutularına toplanacaq oyuncaqlar xüsusi qayğıya ehtiyacı olan uşaqlara veriləcək
İanə qutularına toplanacaq oyuncaqlar xüsusi qayğıya ehtiyacı olan uşaqlara veriləcək
Sputnik Azərbaycan
Həmin qutulara insanlar övladlarının artıq istifadə etmədikləri və paylaşmaq istədikləri oyuncaqları yerləşdirə bilərlər. 24.01.2023, Sputnik Azərbaycan
2023-01-24T12:01+0400
2023-01-24T12:01+0400
2023-01-24T12:01+0400
oyuncaq
cəmiyyət
ianə
ehtiyac
uşaq
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/07e4/07/1c/424549377_0:0:3073:1728_1920x0_80_0_0_dff5d2349ac4db973842d7ba3aee4a94.jpg
BAKI, 24 yanvar — Sputnik. IDEA İctimai Birliyinin oyuncaqların təkrar istifadə üçün ianə edilməsi üzrə "Sevincini bölüş" xeyriyyə kampaniyası çərçivəsində Bakının daha iki məkanında toplanma qutuları yerləşdirilib. İctimai Birlikdən verilən məlumata görə, "Gənclik Mall" Ticarət Mərkəzi ilə yanaşı, oyuncaq ianələrinin qəbulu üçün qutular "28 Mall" və "Dəniz Mall" ticarət mərkəzlərində də istifadəyə verilib. Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən kampaniya çərçivəsində şəhərin müxtəlif yerlərində yerləşdirilən xüsusi ianə qutularına toplanacaq oyuncaqlar xüsusi qayğıya ehtiyacı olan uşaqlara təqdim ediləcək. Həmin qutulara insanlar övladlarının artıq istifadə etmədikləri və paylaşmaq istədikləri oyuncaqları yerləşdirə bilərlər. Bu cür təkrar istifadə qutularına toplanan oyuncaqlar mütəmadi olaraq müxtəlif xeyriyyə təşkilatları və paylanma məntəqələri vasitəsilə uşaqlara paylanılacaq. Məlum olduğu kimi, tullantıların azaldılması, təkrar istifadəsi və təkrar emalına xüsusi önəm verən IDEA İctimai Birliyi tərəfindən bu sahədə geniş miqyaslı təbliğat və təşviqat tədbirləri, kağız və plastik tullantılarının, işlənmiş batareyaların toplanılaraq təkrar emala göndərilməsi, eləcə də geyim əşyalarının toplanılaraq təkrar istifadəyə göndərilməsi üzrə layihələr həyata keçirilir. Digər məhsullar kimi, yüksək tələbata malik olan oyuncaqların da tullanması və çürüməsi ətraf mühitə zərərsiz ötüşmür. Bu, həm tullanılan məhsulların çürüməsi zamanı təbiətə buraxılan zəhərli maddə və qazlar, həm də yeni məhsulların istehsalından irəli gələn zərərlə bağlıdır. Bu xüsusda, IDEA İctimai Birliyi şəhərimizin sakinlərini öz "sevincini bölüşməyə", evlərində olan istifadəsiz, yararlı və saf qalan oyuncaqlarını tullamaq əvəzinə IDEA-nın ianə qutularına yerləşdirməklə ehtiyacı olan uşaqlara öz yardım əlini uzatmağa, eyni zamanda, həmin oyuncaqlara "ikinci həyat" verməklə təbiətə vurulan zərəri azaltmağa çağırır. İanə edilən oyuncaqları qutulara atmazdan əvvəl təmizlənməsi, qutulara kənar əşyalar və ya tullantılar atılmaması xahiş edilir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/07/1c/424549377_53:0:2784:2048_1920x0_80_0_0_ce93c5811a84790d0a7fb8be7ca0d14c.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
oyuncaq, ianə, ehtiyac, uşaq, azərbaycan
oyuncaq, ianə, ehtiyac, uşaq, azərbaycan
İanə qutularına toplanacaq oyuncaqlar xüsusi qayğıya ehtiyacı olan uşaqlara veriləcək
Həmin qutulara insanlar övladlarının artıq istifadə etmədikləri və paylaşmaq istədikləri oyuncaqları yerləşdirə bilərlər.
BAKI, 24 yanvar — Sputnik. IDEA İctimai Birliyinin oyuncaqların təkrar istifadə üçün ianə edilməsi üzrə "Sevincini bölüş" xeyriyyə kampaniyası çərçivəsində Bakının daha iki məkanında toplanma qutuları yerləşdirilib.
İctimai Birlikdən verilən məlumata görə, "Gənclik Mall" Ticarət Mərkəzi ilə yanaşı, oyuncaq ianələrinin qəbulu üçün qutular "28 Mall" və "Dəniz Mall" ticarət mərkəzlərində də istifadəyə verilib.
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən kampaniya çərçivəsində şəhərin müxtəlif yerlərində yerləşdirilən xüsusi ianə qutularına toplanacaq oyuncaqlar xüsusi qayğıya ehtiyacı olan uşaqlara təqdim ediləcək.
Həmin qutulara insanlar övladlarının artıq istifadə etmədikləri və paylaşmaq istədikləri oyuncaqları yerləşdirə bilərlər. Bu cür təkrar istifadə qutularına toplanan oyuncaqlar mütəmadi olaraq müxtəlif xeyriyyə təşkilatları və paylanma məntəqələri vasitəsilə uşaqlara paylanılacaq.
Məlum olduğu kimi, tullantıların azaldılması, təkrar istifadəsi və təkrar emalına xüsusi önəm verən IDEA İctimai Birliyi tərəfindən bu sahədə geniş miqyaslı təbliğat və təşviqat tədbirləri, kağız və plastik tullantılarının, işlənmiş batareyaların toplanılaraq təkrar emala göndərilməsi, eləcə də geyim əşyalarının toplanılaraq təkrar istifadəyə göndərilməsi üzrə layihələr həyata keçirilir.
Digər məhsullar kimi, yüksək tələbata malik olan oyuncaqların da tullanması və çürüməsi ətraf mühitə zərərsiz ötüşmür. Bu, həm tullanılan məhsulların çürüməsi zamanı təbiətə buraxılan zəhərli maddə və qazlar, həm də yeni məhsulların istehsalından irəli gələn zərərlə bağlıdır.
Bu xüsusda, IDEA İctimai Birliyi şəhərimizin sakinlərini öz "sevincini bölüşməyə", evlərində olan istifadəsiz, yararlı və saf qalan oyuncaqlarını tullamaq əvəzinə IDEA-nın ianə qutularına yerləşdirməklə ehtiyacı olan uşaqlara öz yardım əlini uzatmağa, eyni zamanda, həmin oyuncaqlara "ikinci həyat" verməklə təbiətə vurulan zərəri azaltmağa çağırır. İanə edilən oyuncaqları qutulara atmazdan əvvəl təmizlənməsi, qutulara kənar əşyalar və ya tullantılar atılmaması xahiş edilir.