https://sputnik.az/20230123/yaponiya-rusiya-ile-sulh-muqavilesi-baglamaq-isteyir---bas-nazir-450927178.html
Yaponiya Rusiya ilə sülh müqaviləsi bağlamaq istəyir - Baş nazir
Yaponiya Rusiya ilə sülh müqaviləsi bağlamaq istəyir - Baş nazir
Sputnik Azərbaycan
Yaponiya-Rusiya münasibətlərində çətin vəziyyət yaranıb, lakin Yaponiya ərazi məsələsinin həllinə və sülh müqaviləsinin bağlanmasına yönəlmiş siyasətinə sadiq... 23.01.2023, Sputnik Azərbaycan
2023-01-23T12:03+0400
2023-01-23T12:03+0400
2023-01-23T12:04+0400
yaponiya
dünya xəbərləri
rusiya
sülh
https://cdnn1.img.sputnik.az/img/07e6/08/1c/445446339_0:160:3073:1889_1920x0_80_0_0_9b4cbbc8188b431bda0da0c6a6165ab1.jpg
BAKI, 23 yanvar — Sputnik. Yaponiya hökuməti Ukrayna ətrafında yaranmış vəziyyətə görə Tokio ilə Moskva arasında münasibətlərin gərgin olmasına baxmayaraq, ərazi probleminin həllinə və sülh müqaviləsinin bağlanmasına yönəlmiş siyasətini davam etdirir. Bu barədə Yaponiya parlamentin aşağı palatasının plenar iclasında çıxış edən Baş nazir Fumio Kişida bildirib. "Ukrayna ətrafındakı vəziyyətə görə Yaponiya-Rusiya münasibətlərində çətin vəziyyət yaranıb, lakin Yaponiya ərazi məsələsinin həllinə və sülh müqaviləsinin bağlanmasına yönəlmiş siyasətinə sadiq qalmağa davam edəcək", - deyə o bildirib. Xatırladaq ki, bir müddət əvvəl Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko Moskvanın Tokiodan gələn hərbi təhdidlərin qarşısını alacağını bildirmişdi. Onun sözlərinə görə, Yaponiyanın ölkənin dinc inkişafından imtina etmək kursu Rusiya və Asiya-Sakit okean regionunun təhlükəsizliyi üçün ciddi problemdir. Xüsusilə, o, Yaponiyanın Rusiya sərhədləri yaxınlığında qeyri-regional tərəfdaşların iştirakı ilə irimiqyaslı hərbi təlimlər keçirməsinə, müdafiə və təhlükəsizlik sahəsində doktrinal sənədlərin yenilənmiş variantının qəbul edilməsinə diqqət çəkib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/08/1c/445446339_171:0:2902:2048_1920x0_80_0_0_f9b722837972db3b6b9d58c543d9fdb2.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
yaponiya, rusiya, sülh
Yaponiya Rusiya ilə sülh müqaviləsi bağlamaq istəyir - Baş nazir
12:03 23.01.2023 (Yenilənib: 12:04 23.01.2023) Yaponiya-Rusiya münasibətlərində çətin vəziyyət yaranıb, lakin Yaponiya ərazi məsələsinin həllinə və sülh müqaviləsinin bağlanmasına yönəlmiş siyasətinə sadiq qalmağa davam edəcək.
BAKI, 23 yanvar — Sputnik. Yaponiya hökuməti Ukrayna ətrafında yaranmış vəziyyətə görə Tokio ilə Moskva arasında münasibətlərin gərgin olmasına baxmayaraq, ərazi probleminin həllinə və sülh müqaviləsinin bağlanmasına yönəlmiş siyasətini davam etdirir. Bu barədə Yaponiya parlamentin aşağı palatasının plenar iclasında çıxış edən Baş nazir Fumio Kişida bildirib.
"Ukrayna ətrafındakı vəziyyətə görə Yaponiya-Rusiya münasibətlərində çətin vəziyyət yaranıb, lakin Yaponiya ərazi məsələsinin həllinə və sülh müqaviləsinin bağlanmasına yönəlmiş siyasətinə sadiq qalmağa davam edəcək", - deyə o bildirib.
Xatırladaq ki, bir müddət əvvəl Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko Moskvanın Tokiodan gələn hərbi təhdidlərin qarşısını alacağını bildirmişdi.
Onun sözlərinə görə, Yaponiyanın ölkənin dinc inkişafından imtina etmək kursu Rusiya və Asiya-Sakit okean regionunun təhlükəsizliyi üçün ciddi problemdir.
Xüsusilə, o, Yaponiyanın Rusiya sərhədləri yaxınlığında qeyri-regional tərəfdaşların iştirakı ilə irimiqyaslı hərbi təlimlər keçirməsinə, müdafiə və təhlükəsizlik sahəsində doktrinal sənədlərin yenilənmiş variantının qəbul edilməsinə diqqət çəkib.