Səudiyyə Ərəbistanının Sərhəd Mühafizəsinin rəhbəri ölkəmizdədir
© Photo : State Border ServiceMəhəmməd Abdullah Həmdan Əl Şehri və Elçin Quliyev
© Photo : State Border Service
Abunə olmaq
General-mayor Məhəmməd Abdullah Həmdan Əl Şehri fəxri qarovul dəstəsinin önündən keçib
BAKI, 23 yanvar — Sputnik. Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi general-polkovnik Elçin Quliyevin dəvəti ilə Səudiyyə Ərəbistanı Krallığının Sərhəd Mühafizəsi Baş Direktoratlığının rəhbəri general-mayor Məhəmməd Abdullah Həmdan Əl Şehrinin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana rəsmi səfərə gəlib.
Bu barədə DSX-nin Mətbuat Mərkəzindən məlumat verilib.
Dövlət Sərhəd Xidmətinin Aparatında yüksək səviyyəli qonağın rəsmi qarşılanma mərasimi keçirilib. General-mayor Məhəmməd Abdullah Həmdan Əl Şehri fəxri qarovul dəstəsinin önündən keçib, hər iki ölkənin dövlət himnləri səsləndirildikdən sonra "Fəxri qonaqlar kitabı"na ürək sözlərini yazıb.
© Photo : State Border ServiceMəhəmməd Abdullah Həmdan Əl Şehri və Elçin Quliyev
Məhəmməd Abdullah Həmdan Əl Şehri və Elçin Quliyev
© Photo : State Border Service
Geniş tərkibdə nümayəndə heyətləri arasında keçirilmiş görüşdə Azərbaycan Prezidenti İlham Əliyevin Müzəffər Ali Baş Komandanlığı altında Vətən müharibəsində qazanılmış tarixi Zəfər nəticəsində ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsi, azad edilmiş ərazilərdə dövlət sərhədlərinin müdafiəsi və mühafizəsi üzrə fəaliyyətlərin təşkili, zəruri infrastrukturun yaradılması istiqamətində görülən işlər barəsində ətraflı məlumat verilib.
© Photo : State Border ServiceMəhəmməd Abdullah Həmdan Əl Şehri və Elçin Quliyev
Məhəmməd Abdullah Həmdan Əl Şehri və Elçin Quliyev
© Photo : State Border Service
Müzakirələr zamanı hər iki ölkənin dövlət sərhədlərinin etibarlı mühafizəsinin əhəmiyyəti qeyd olunub, qaçaqmalçılıq və narkotik maddələrin qanunsuz dövriyəsi, qeyri-leqal miqrasiya, eləcə də transsərhəd cinayətkarlığın digər təzahürləri ilə mübarizə sahəsində görülmüş işlərə dair fikir mübadiləsi aparılıb. Eyni zamanda, quru və dəniz sərhədlərinin təhlükəsizliyi üzrə qarşılıqlı maraq kəsb edən məsələlərdə əməkdaşlığın inkişaf etdirilməsi və təcrübə mübadiləsinin həyata keçirilməsinə hazırlıq ifadə olunub.