Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Neft Fondundan dövlət büdcəsinə transfert azalıb - DETALLAR

© Sputnik / Murad OrujovNeft Fondunun binası
Neft Fondunun binası - Sputnik Azərbaycan, 1920, 23.01.2023
Xəbərlərə abunə olun
НовостиTelegram
2022-ci ildə dövlət büdcəsinin xərcləri proqnoza nisbətən 99,3 faiz və ya 32063,3 mln. manat icra olunub ki, bu da 2021-ci illə müqayisədə 4640,9 mln. manat və ya 16,9 faiz çoxdur.
BAKI, 23 yanvar — Sputnik. 2022-ci il üçün dövlət büdcəsinin gəlirləri 29197,8 mln. manat proqnoza qarşı 5,0 faiz və ya 1462,7 mln. manat artıq icra olunaraq 30660,5 mln. manat təşkil edib. Bu 2021-ci illə müqayisədə 4264,2 mln. manat və ya 16,2 faiz çoxdur.
Bu barədə Maliyyə Nazirliyinin 2022-ci il üzrə Azərbaycanın dövlət və icmal büdcəsinin icrasına (operativ) dair məlumatında bildirilib.
Dövlət büdcəsinin qeyri-neft sektoru üzrə daxilolmaları 15278,8 mln. manat məbləğində icra edilib ki, bu da proqnozla nəzərdə tutulduğundan 1618,5 mln. manat və ya 11,8 faiz, 2021-ci illə müqayisədə isə 2418,8 mln. manat və ya 18,8 faiz çoxdur.
Neft-qaz sektoru üzrə daxilolmaları isə 15381,7 mln. manat və ya proqnozla nəzərdə tutulduğundan 155,8 mln. manat (1,0 faiz) az olub.
Vergi orqanlarının xətti ilə dövlət büdcəsinə 15541,5 mln. manat vəsait təmin edilib ki, bu da proqnoza nisbətən 3801,5 mln. manat və ya 32,4 faiz, 2021-ci illə müqayisədə isə 7012,3 mln. manat və ya 82,2 faiz çoxdur.
Həmin vəsaitin 52,0 faizi və ya 8082,8 mln. manatı qeyri-neft sektorundan daxilolmaların payına düşməklə proqnoza nisbətən 362,8 mln. manat və ya 4,7 faiz, 2021-ci illə müqayisədə isə 1739,9 mln. manat və ya 27,4 faiz çox olub.
Neft-qaz sektoru üzrə isə təmin edilmiş vergi daxilolmaları 7458,7 mln. manat təşkil edib ki, bu da proqnoza nisbətən 3438,7 mln. manat və ya 85,5 faiz, 2021-ci illə müqayisədə isə 5272,4 mln. manat və ya 3,4 dəfə çoxdur.
Vergi və gömrük orqanlarının xətti ilə dövlət büdcəsinə daxilolmalarda artım var
Dövlət Neft Fondundan dövlət büdcəsinə proqnozla nəzərdə tutulan 11517,5 mln. manat məbləğində transfertə qarşı 7923,0 mln. manat məbləğində vəsait daxil olub. Hesabat ilində vergi və gömrük orqanlarının xətti ilə dövlət büdcəsinə daxilolmalarda müşahidə olunan artım Dövlət Neft Fondundan dövlət büdcəsinə nəzərdə tutulan transfertdən 3594,5 mln. manat və ya 31,2 faiz az istifadə olunmasına imkan verib.
Gömrük orqanlarının xətti ilə dövlət büdcəsinə 5654,6 mln. manat vəsait təmin edilib ki, bu da proqnoza nisbətən 1049,6 mln. manat və ya 22,8 faiz, 2021-ci illə müqayisədə isə 1311,6 mln. manat və ya 30,2 faiz çoxdur.
Dövlət əmlakının icarəyə verilməsindən icarə haqqı şəklində dövlət büdcəsinə 24,9 mln. manat vəsait təmin edilib ki, bu da proqnoza nisbətən 8,9 mln. manat və 55,6 faiz, 2021-ci illə müqayisədə isə 8,7 mln. manat və ya 53,7 faiz çoxdur.
Dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların ödənişli xidmətlərindən daxilolmalar 804,1 mln. manat təşkil edib ki, bu da proqnoza nisbətən 29,9 mln. manat və ya 3,6 faiz az, 2021-ci illə müqayisədə isə 191,2 mln. manat və ya 31,2 faiz çoxdur.
Dövlət büdcəsinə sair daxilolmalar üzrə 529,1 mln. manat vəsait təmin olunub ki, bu da proqnoza nisbətən 227,1 mln. manat və ya 75,2 faiz çoxdur.
Məqsədli büdcə fondlarının ("Avtomobil yolları" Məqsədli Büdcə Fondu və Ətraf mühitin mühafizəsi üzrə dövlət fondu) vəsaitinin qalığının həmin fondların gəlirlərinə aid olan hissəsi 183,3 mln. manat təşkil edib.
2022-ci ilin oktyabr-dekabr ayları üzrə dövlət büdcəsinin gəlirləri 8259,1 mln. manat icra olunub.
Xərclər
Operativ məlumata əsasən 2022-ci ildə dövlət büdcəsinin xərcləri proqnoza nisbətən 99,3 faiz və ya 32063,3 mln. manat icra olunub ki, bu da 2021-ci illə müqayisədə 4640,9 mln. manat və ya 16,9 faiz çoxdur.
Strukturuna görə 2022-ci il dövlət büdcəsi xərclərinin 17739,9 mln. manatı cari xərclərə (2021-ci illə müqayisədə 1151,5 mln. manat və ya 6,9 faiz çox), 12533,0 mln. manatı əsaslı xərclərə (2021-ci illə müqayisədə 3897,8 mln. manat və ya 45,1 faiz çox), 1790,4 mln. manatı dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclərə (2021-ci illə müqayisədə 408,4 mln. manat və ya 18,6 faiz az) yönəldilib.
İqtisadi təsnifata uyğun olaraq dövlət büdcəsi xərclərinin 11577,1 mln. manatı sosialyönlü xərclərin (əməyin ödənişi fondu, təqaüd və sosial müavinətlər, dərman və ərzaq alınması xərcləri) maliyyələşdirilməsinə yönəldilib ki, bu da 2021-ci illə müqayisədə 1280,4 mln. manat və ya 12,4 faiz çoxdur.
2022-ci ilin oktyabr-dekabr ayları üzrə dövlət büdcəsinin xərcləri 11592,6 mln. manat icra olunub.
Dövlət büdcəsinin kəsiri
2022-ci ildə dövlət büdcəsinin kəsiri 3106,0 mln. manat proqnoza qarşı faktiki olaraq 1402,8 mln. manat təşkil etməklə proqnozdan 1703,2 mln. manat və ya 54,8 faiz az olub.
Büdcə kəsirinin ümumi daxili məhsula nisbəti 1,0 faiz (proqnoza nisbətən 1,7 faiz-bənd az) təşkil edib.
Kəsirin maliyyələşdirilməsi imzalanmış layihələr üzrə xaricdən cəlb edilən kreditlər (259,7 mln. manat), daxili və xarici borclanma (976,3 mln. manat), dövlət əmlakının özəlləşdirməsindən (115,4 mln. manat) daxil olan vəsait, dövlət büdcəsinin vahid xəzinə hesabının qalığından 51,4 mln. manat vəsait hesabına həyata keçirilib.
İcmal büdcə
Operativ məlumata əsasən 2022-ci il icmal büdcəsinin gəlirləri 42289,5 mln. manat təşkil edib ki, bu da proqnoza nisbətən 5528,6 mln. manat və ya 15,0 faiz, 2021-ci illə müqayisədə isə 8385,8 mln. manat və ya 24,7 faiz çoxdur.
İcmal büdcənin xərcləri 35061,0 mln. manat təşkil edib ki, bu da proqnoza nisbətən 579,9 mln. manat və ya 1,6 faiz az, 2021-ci illə müqayisədə isə 5070,5 mln. manat və ya 16,9 faiz çoxdur.
2022-ci ilin icmal büdcəsində 7228,5 mln. manat büdcə artıqlığı (profisit) yaranmışdır. Bu da proqnoza nisbətən 6108,5 mln. manat və ya 6,5 dəfə çoxdur.
Xəbər lenti
0