https://sputnik.az/20230123/macar-nazir-rusiyaya-qarsi-onuncu-sanksiya-paketini-boyuk-sehv-adlandirib-450953150.html
Macar nazir Rusiyaya qarşı onuncu sanksiya paketini "böyük səhv" adlandırıb
Macar nazir Rusiyaya qarşı onuncu sanksiya paketini "böyük səhv" adlandırıb
Sputnik Azərbaycan
Macarıstanın xarici işlər naziri: Yeni sanksiya paketini təklif etmək çox böyük səhv olardı. 23.01.2023, Sputnik Azərbaycan
2023-01-23T23:58+0400
2023-01-23T23:58+0400
2023-01-23T23:58+0400
rusiya
dünya xəbərləri
macarıstan
sanksiya
sanksiyalar paketi
https://cdnn1.img.sputnik.az/img/07e6/09/1d/446836928_0:160:3072:1888_1920x0_80_0_0_5514c16cd06d0b9eb7cb7fe6553ac0ea.jpg
BAKI, 23 yanvar — Sputnik. Rusiyaya qarşı tədbirlərin onuncu paketi "böyük səhv" olardı, çünki sanksiyaların Avropanı çıxılmaz vəziyyətə saldığı sübuta yetirilib. Bunu Macarıstanın xarici işlər və ticarət naziri Piter Siyyarto bildirib. "Sanksiyalara gəlincə, iqtisadiyyat, siyasət və təhlükəsizlik nöqteyi-nəzərindən onların Avropanı çıxılmaz vəziyyətə saldığı sübut olunub. Yeni sanksiya paketini təklif etmək çox böyük səhv olardı... Ümid edirik ki, daha da çıxılmaz vəziyyətə düşməyəcəyik", - deyə Siyarto "Facebook"da (Rusiya Federasiyasında qadağan olunmuş ekstremist sosial şəbəkə) yazıb. Bu yaxınlarda media Polşa və Litva diplomatlarına istinadən xəbər verib ki, Aİ fevralın sonunadək Rusiyaya qarşı onuncu sanksiyalar paketi ilə bağlı razılığa gəlmək niyyətindədir. Varşava və Vilnüs Rusiyanın nüvə sektorunda məhdudiyyətlər və bir sıra Rusiya KİV-lərinə qadağa qoymaq, daha çox bankı SWIFT-dən ayırmaq, almaz ticarətini dayandırmaq, həmçinin Belarusu əlavə sanksiyalara məruz qoymaq istəyirlər. AK rəhbəri Ursula Fon der Lyayen onuncu paketin əsasən artıq görülən tədbirlərdəki boşluqların aradan qaldırılmasına yönəldiləcəyini söyləyib. Qərb Ukraynaya görə Rusiyaya qarşı sanksiya təzyiqlərini artırıb və bu, Avropa və ABŞ-da elektrik enerjisi, yanacaq və ərzaq qiymətlərinin bahalaşmasına səbəb olub. Rusiya Prezidenti Vladimir Putin bu yaxınlarda bəyan edib ki, Rusiyanın qarşısını almaq və onu zəiflətmək siyasəti Qərbin uzunmüddətli strategiyasıdır, sanksiyalar isə bütün dünya iqtisadiyyatına ciddi zərbə vurub. Onun sözlərinə görə, Qərbin əsas məqsədi milyonlarla insanın həyatını pisləşdirməkdir. RF dəfələrlə bildirib ki, Rusiya Qərbin yaratdığı bütün problemləri həll edəcək.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/09/1d/446836928_172:0:2901:2047_1920x0_80_0_0_d8132077c631914687aa4965857f7902.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
rusiya, macarıstan, sanksiya, sanksiyalar paketi
rusiya, macarıstan, sanksiya, sanksiyalar paketi
Macar nazir Rusiyaya qarşı onuncu sanksiya paketini "böyük səhv" adlandırıb
Macarıstanın xarici işlər naziri: Yeni sanksiya paketini təklif etmək çox böyük səhv olardı.
BAKI, 23 yanvar — Sputnik. Rusiyaya qarşı tədbirlərin onuncu paketi "böyük səhv" olardı, çünki sanksiyaların Avropanı çıxılmaz vəziyyətə saldığı sübuta yetirilib. Bunu Macarıstanın xarici işlər və ticarət naziri Piter Siyyarto bildirib.
"Sanksiyalara gəlincə, iqtisadiyyat, siyasət və təhlükəsizlik nöqteyi-nəzərindən onların Avropanı çıxılmaz vəziyyətə saldığı sübut olunub. Yeni sanksiya paketini təklif etmək çox böyük səhv olardı... Ümid edirik ki, daha da çıxılmaz vəziyyətə düşməyəcəyik", - deyə Siyarto "Facebook"da (Rusiya Federasiyasında qadağan olunmuş ekstremist sosial şəbəkə) yazıb.
Bu yaxınlarda media Polşa və Litva diplomatlarına istinadən xəbər verib ki, Aİ fevralın sonunadək Rusiyaya qarşı onuncu sanksiyalar paketi ilə bağlı razılığa gəlmək niyyətindədir. Varşava və Vilnüs Rusiyanın nüvə sektorunda məhdudiyyətlər və bir sıra Rusiya KİV-lərinə qadağa qoymaq, daha çox bankı SWIFT-dən ayırmaq, almaz ticarətini dayandırmaq, həmçinin Belarusu əlavə sanksiyalara məruz qoymaq istəyirlər. AK rəhbəri Ursula Fon der Lyayen onuncu paketin əsasən artıq görülən tədbirlərdəki boşluqların aradan qaldırılmasına yönəldiləcəyini söyləyib.
Qərb Ukraynaya görə Rusiyaya qarşı sanksiya təzyiqlərini artırıb və bu, Avropa və ABŞ-da elektrik enerjisi, yanacaq və ərzaq qiymətlərinin bahalaşmasına səbəb olub. Rusiya Prezidenti Vladimir Putin bu yaxınlarda bəyan edib ki, Rusiyanın qarşısını almaq və onu zəiflətmək siyasəti Qərbin uzunmüddətli strategiyasıdır, sanksiyalar isə bütün dünya iqtisadiyyatına ciddi zərbə vurub. Onun sözlərinə görə, Qərbin əsas məqsədi milyonlarla insanın həyatını pisləşdirməkdir. RF dəfələrlə bildirib ki, Rusiya Qərbin yaratdığı bütün problemləri həll edəcək.