https://sputnik.az/20230123/it-sahesinde-kadr-qitliginin-sebebi-nedir-450911666.html
IT sahəsində kadr qıtlığının səbəbi nədir?
IT sahəsində kadr qıtlığının səbəbi nədir?
Sputnik Azərbaycan
Ekspertlərin fikrincə, IT sahəsi üzrə gənc kadrların müəllim olaraq fəliyyətlərini davam etdirmələri üçün onlara motivasiya verəcək addımlar atılmalıdır, əmək... 23.01.2023, Sputnik Azərbaycan
2023-01-23T10:00+0400
2023-01-23T10:00+0400
2023-01-23T11:33+0400
adam
elm
elm və təhsil nazirliyi
it texnologiyalar
https://cdnn1.img.sputnik.az/img/07e6/02/08/438936756_0:0:3073:1728_1920x0_80_0_0_cc3839021fe5a395807e4e2f9f905f94.jpg
BAKI, 23 yanvar — Sputnik. Azərbaycanda IT üzrə təhsil alan gənclər 3-4-cü kurslardan xarici ölkələrin əmək bazarına üz tuturlar.Bunu təhsil üzrə ekspert Elçin Əfəndiyev Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin ölkədə İT mütəxəssislərinin qıtlığı barədə fikirlərini şərh edərkən deyib. Sahil Babayev bu yaxınlarda bildirib ki, bu gün Azərbaycanda texniki bilikləri olanların 70-90 faizi çox rahat, sadə formada iş tapa bilir. İT mütəxəssisini hər kəs əlbəəl axtarır. Tapan kimi də işə götürməyə can atır. Bəs Azərbaycanda bu sahədə kadr çatışmazlığının əsas səbəbi nədir? Təhsil üzrə ekspert Elçin Əfəndiyev Sputnik Azərbaycan-a bildirib ki, əmək bazarında bu sahədə peşəkar mütəxəssislərə ehtiyac var:"İşçi qıtlığının yaranmasının əsas səbəbi hazır kadrların xarici ölkələrə üz tutmasıdır. Onlar 3-4-cü kurslardan artıq xaricə axın edirlər. Beləcə faktiki olaraq bu sahədə təhsil alanların sayında bir azalma baş verir. Eyni zamanda da bəzi tələbələr artıq 2-ci kursdan fərqli sahələrdə işləməyə və özlərini həmin istiqamətlərdə inkişaf etdirməyə başlayırlar". Ekspert qeyd edir ki, ali məktəblərdə illik IT ixtisası üzrə təxminən 3 min civarında yer açılır: "4 il ərzində bu təxminən 12 min məzun deməkdir. Həmin şəxslərin də 50 faizə yaxını xarici ölkələr üz tutur, yaxud da başqa sahələrdə çalışırlar. Digər 50 faizin içində isə akademik göstəriciləri aşağı olan, özlərinə uyğun iş tapa bilməyənlər olur. Bu da ümumi olaraq kadr sayının azlığına təsir edir". Problemi necə aradan qaldırmalı? Ekspertin fikrincə, universitetlərdə laboratoriya şəraitinin yaxşılaşdırılmasına, bu ixtisas üzrə peşəkar müəllim heyətinə ehtiyac var. "Bu fakültələrdə dərs deyənlərin əksəriyyəti gənc kadrlardır və onlar da müəyyən müddətdən sonra təhsillərini davam etdirmək üçün başqa ölkələrə üz tuturlar. Həmçinin bu sahə üzrə təhsil verən müəllimlərin sayı da yetərli deyil. Gənc kadrların müəllimlik fəaliyyətini davam etdirmələri üçün onlara motivasiya verəcək addımlar atılmalı, əmək haqları məsələsinə yenidən baxılmalıdır", - deyə o, əlavə edib. Elçin Əfəndiyevin sözlərinə görə, problemlərin həlli üçün xaricdən mütəxəssislər cəlb edilməlidir, onların təlim və seminarları təşkil olunmalıdır. Təhsil üzrə digər ekspert Vüsal Kərimli isə hesab edir ki, Azərbaycan universitetlərinin bu ixtisas üzrə verdikləri bilik və bacarıqlar qənaətbəxş deyil. "Elm və Təhsil Nazirliyinin Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Texniki Universitetində "Code Academy" layihəsi var. STEAM adminstratorları "HelpDesk" adlanan şəxsləri yetişdirirlər. Bunun özü belə universitetlərin nə qədər aciz durumda olmasının bir göstəricisidir", - deyə ekspert fikrini yekunlaşdırıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/02/08/438936756_0:0:2731:2048_1920x0_80_0_0_3a50d38648cc62b6e6aeae480d4f68b6.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
adam, elm və təhsil nazirliyi, it texnologiyalar
adam, elm və təhsil nazirliyi, it texnologiyalar
IT sahəsində kadr qıtlığının səbəbi nədir?
10:00 23.01.2023 (Yenilənib: 11:33 23.01.2023) Ekspertlərin fikrincə, IT sahəsi üzrə gənc kadrların müəllim olaraq fəliyyətlərini davam etdirmələri üçün onlara motivasiya verəcək addımlar atılmalıdır, əmək haqları məsələsinə yenidən baxılmalıdır.
BAKI, 23 yanvar — Sputnik. Azərbaycanda IT üzrə təhsil alan gənclər 3-4-cü kurslardan xarici ölkələrin əmək bazarına üz tuturlar.
Bunu təhsil üzrə ekspert Elçin Əfəndiyev Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin ölkədə İT mütəxəssislərinin qıtlığı barədə fikirlərini şərh edərkən deyib.
Sahil Babayev bu yaxınlarda bildirib ki, bu gün Azərbaycanda texniki bilikləri olanların 70-90 faizi çox rahat, sadə formada iş tapa bilir. İT mütəxəssisini hər kəs əlbəəl axtarır. Tapan kimi də işə götürməyə can atır.
Bəs Azərbaycanda bu sahədə kadr çatışmazlığının əsas səbəbi nədir?
Təhsil üzrə ekspert Elçin Əfəndiyev Sputnik Azərbaycan-a bildirib ki, əmək bazarında bu sahədə peşəkar mütəxəssislərə ehtiyac var:
"İşçi qıtlığının yaranmasının əsas səbəbi hazır kadrların xarici ölkələrə üz tutmasıdır. Onlar 3-4-cü kurslardan artıq xaricə axın edirlər. Beləcə faktiki olaraq bu sahədə təhsil alanların sayında bir azalma baş verir. Eyni zamanda da bəzi tələbələr artıq 2-ci kursdan fərqli sahələrdə işləməyə və özlərini həmin istiqamətlərdə inkişaf etdirməyə başlayırlar".
Ekspert qeyd edir ki, ali məktəblərdə illik IT ixtisası üzrə təxminən 3 min civarında yer açılır: "4 il ərzində bu təxminən 12 min məzun deməkdir. Həmin şəxslərin də 50 faizə yaxını xarici ölkələr üz tutur, yaxud da başqa sahələrdə çalışırlar. Digər 50 faizin içində isə akademik göstəriciləri aşağı olan, özlərinə uyğun iş tapa bilməyənlər olur. Bu da ümumi olaraq kadr sayının azlığına təsir edir".
Problemi necə aradan qaldırmalı?
Ekspertin fikrincə, universitetlərdə laboratoriya şəraitinin yaxşılaşdırılmasına, bu ixtisas üzrə peşəkar müəllim heyətinə ehtiyac var.
"Bu fakültələrdə dərs deyənlərin əksəriyyəti gənc kadrlardır və onlar da müəyyən müddətdən sonra təhsillərini davam etdirmək üçün başqa ölkələrə üz tuturlar. Həmçinin bu sahə üzrə təhsil verən müəllimlərin sayı da yetərli deyil. Gənc kadrların müəllimlik fəaliyyətini davam etdirmələri üçün onlara motivasiya verəcək addımlar atılmalı, əmək haqları məsələsinə yenidən baxılmalıdır", - deyə o, əlavə edib.
Elçin Əfəndiyevin sözlərinə görə, problemlərin həlli üçün xaricdən mütəxəssislər cəlb edilməlidir, onların təlim və seminarları təşkil olunmalıdır.
Təhsil üzrə digər ekspert Vüsal Kərimli isə hesab edir ki, Azərbaycan universitetlərinin bu ixtisas üzrə verdikləri bilik və bacarıqlar qənaətbəxş deyil.
"Elm və Təhsil Nazirliyinin Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Texniki Universitetində "Code Academy" layihəsi var. STEAM adminstratorları "HelpDesk" adlanan şəxsləri yetişdirirlər. Bunun özü belə universitetlərin nə qədər aciz durumda olmasının bir göstəricisidir", - deyə ekspert fikrini yekunlaşdırıb.