https://sputnik.az/20230123/bu-pese-sahiblerinin-65-yasinda-pensiyaya-gonderilmemesi-ile-bagli-muzakire-aparilacaq-450953526.html
Bu peşə sahiblərinin 65 yaşında pensiyaya göndərilməməsi ilə bağlı müzakirə aparılacaq
Bu peşə sahiblərinin 65 yaşında pensiyaya göndərilməməsi ilə bağlı müzakirə aparılacaq
Sputnik Azərbaycan
Deputat qeyd edib ki, son vaxtlar pensiya yaşına çatanların işlə bağlı müddəti 3-6 ay uzadılır. 23.01.2023, Sputnik Azərbaycan
2023-01-23T21:37+0400
2023-01-23T21:37+0400
2023-01-23T21:37+0400
pensiya
cəmiyyət
musa quliyev
https://cdnn1.img.sputnik.az/img/07e6/06/0e/442933087_0:0:1920:1080_1920x0_80_0_0_13de92b0b9f1c2b5f51ff83f8cfd4705.jpg
BAKI, 23 yanvar — Sputnik. Qanunvericiliyə əsasən, dövlət büdcəsindən maliyyələşən işçilərin pensiya yaşı 65-dir. 65 yaşı tamam olan mütəxəssislər avtomatik işdən çıxarılır. Bunu bu gün Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında komitə sədrinin müavini Məlahət İbrahimqızı bildirib. Məlahət İbrahimqızı deyib ki, Avropa ölkələrində həkimlər 70 yaşa qədər işdə saxlanılır: "Səhiyyə sahəsində təkcə Bakı şəhərində kifayət qədər həkim və tibb işçilərinin vakansiyası var. 65 yaşlı həkim pensiyaya görə işdən çıxarılırsa, 320 manat təqaüdlə nə etsin? Elə təhsil işçiləri barədə də bunu demək istəyirəm". Deputat qeyd edib ki, son vaxtlar pensiya yaşına çatanların işlə bağlı müddəti 3-6 ay uzadılır: "Bu da rüşvətə yol açır. Heç olmasa pensiyaya çıxanları bölgələrdə işlə təmin etsinlər, bölgələrdə kifayət qədər vakansiyalar var. Heç olmasa 65 yaşdan yuxarı həkimləri rayonlara göndərərlər". Komitənin sədri Musa Quliyev də bildirib ki, yaş insanın əmək fəaliyyətinə əngəl ola bilməz: "İnsanın sağlamlığı, bilik və bacarığı imkan verirsə, insan əmək fəaliyyətini davam etdirə bilər. Necə ola bilər ki, özəl sektorda 65 yaşı olan həkim işləyə bilər, ancaq dövlət sektorunda işləyə bilməz. Heç olmasa sertifikasiya kimi imtahan da keçirilə bilər. Mən heç 70 yaş senzinin qoyulmasının da tərəfdarı deyiləm. Bu yaxınlarda bir simpoziumda müəllimlərlə bağlı da belə məsələ qaldırıldı. Müvafiq qurumlarla, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə bu məsələ müzakirə edilə bilər". Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında komitə sədrinin müavini bildirir ki, ixtisarlarla bağlı xeyli sayda müraciətlər olur: "Dövlət qurumlarından bir siyahı alaq, görək ki, son 3 ildə , yaxud 2022-ci ildə nə qədər dövlət qulluqçusu ixtisar olunub". Məlaht İbrahimqızı deyib ki, ixtisarların çoxunun süni olduğu görünür: "İşçiyə təşəkkür, fəxri fərman verilir, 1 ay sonra təzə müdir gəlir, deyir ki, səninlə işləmək istəmirəm. Biz ixtisar olunmuş dövlət qulluqçularının problemlərinin araşdırılması üçün müvafiq qurumlarla dinləmə keçirsək, yaxşı olar".
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/06/0e/442933087_240:0:1680:1080_1920x0_80_0_0_8309b2792a412795333cc1cfcc3a0478.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
pensiya, musa quliyev
Bu peşə sahiblərinin 65 yaşında pensiyaya göndərilməməsi ilə bağlı müzakirə aparılacaq
Deputat qeyd edib ki, son vaxtlar pensiya yaşına çatanların işlə bağlı müddəti 3-6 ay uzadılır.
BAKI, 23 yanvar — Sputnik. Qanunvericiliyə əsasən, dövlət büdcəsindən maliyyələşən işçilərin pensiya yaşı 65-dir. 65 yaşı tamam olan mütəxəssislər avtomatik işdən çıxarılır.
Bunu bu gün Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında komitə sədrinin müavini Məlahət İbrahimqızı bildirib.
Məlahət İbrahimqızı deyib ki, Avropa ölkələrində həkimlər 70 yaşa qədər işdə saxlanılır: "Səhiyyə sahəsində təkcə Bakı şəhərində kifayət qədər həkim və tibb işçilərinin vakansiyası var. 65 yaşlı həkim pensiyaya görə işdən çıxarılırsa, 320 manat təqaüdlə nə etsin? Elə təhsil işçiləri barədə də bunu demək istəyirəm".
Deputat qeyd edib ki, son vaxtlar pensiya yaşına çatanların işlə bağlı müddəti 3-6 ay uzadılır: "Bu da rüşvətə yol açır. Heç olmasa pensiyaya çıxanları bölgələrdə işlə təmin etsinlər, bölgələrdə kifayət qədər vakansiyalar var. Heç olmasa 65 yaşdan yuxarı həkimləri rayonlara göndərərlər".
Komitənin sədri Musa Quliyev də bildirib ki, yaş insanın əmək fəaliyyətinə əngəl ola bilməz: "İnsanın sağlamlığı, bilik və bacarığı imkan verirsə, insan əmək fəaliyyətini davam etdirə bilər. Necə ola bilər ki, özəl sektorda 65 yaşı olan həkim işləyə bilər, ancaq dövlət sektorunda işləyə bilməz. Heç olmasa sertifikasiya kimi imtahan da keçirilə bilər. Mən heç 70 yaş senzinin qoyulmasının da tərəfdarı deyiləm. Bu yaxınlarda bir simpoziumda müəllimlərlə bağlı da belə məsələ qaldırıldı. Müvafiq qurumlarla, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə bu məsələ müzakirə edilə bilər".
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında komitə sədrinin müavini bildirir ki, ixtisarlarla bağlı xeyli sayda müraciətlər olur: "Dövlət qurumlarından bir siyahı alaq, görək ki, son 3 ildə , yaxud 2022-ci ildə nə qədər dövlət qulluqçusu ixtisar olunub".
Məlaht İbrahimqızı deyib ki, ixtisarların çoxunun süni olduğu görünür: "İşçiyə təşəkkür, fəxri fərman verilir, 1 ay sonra təzə müdir gəlir, deyir ki, səninlə işləmək istəmirəm. Biz ixtisar olunmuş dövlət qulluqçularının problemlərinin araşdırılması üçün müvafiq qurumlarla dinləmə keçirsək, yaxşı olar".