CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda qadına qarşı soyğunçuluq edən şəxs tutulub - VİDEO

© AFP 2023 / GENT SHKULLAKUİnsan kölgəsi
İnsan kölgəsi - Sputnik Azərbaycan, 1920, 23.01.2023
Xəbərlərə abunə olun
НовостиTelegram
Əməliyyat nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Gəncə şəhər sakini Ülvi Avazlı saxlanılıb.
BAKI, 23 yanvar — Sputnik. Nizami rayonunda qadına qarşı soyğunçuluq edilib.
DİN-in mətbuat xədmətindən verilən xəbərə görə, zərərçəkən şəxs yaşadığı evə gedən zaman naməlum şəxs ona yaxınlaşaraq zor tətbiq etməklə içərisində 160 manat, mobil telefon və şəxsi sənədləri olan çantasını ələ keçirib. Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində həmin cinayəti törətməkdə şübhəli bilinən Gəncə şəhər sakini Ülvi Avazlı saxlanılıb. Həmin şəxsin zərərçəkəni izləməsi təhlükəsizlik kameraları vasitəsi ilə də lentə alınıb.
Faktla bağlı 25-ci Polis Şöbəsində toplanana materiallar Nizami Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib, araşdırmalar davam etdirilir. Bu şəxsin qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa "102" Xidməti-Zəng Mərkəzinə və Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə məlumat verə bilərlər.
Xəbər lenti
0