CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"AzerGold": "Adımızdan istifadə etməklə fişinq hücumları həyata keçirilir"

© AzergoldKəlbəcərdə aktiv yerüstü geoloji axtarış-kəşfiyyat işləri
Kəlbəcərdə aktiv yerüstü geoloji axtarış-kəşfiyyat işləri - Sputnik Azərbaycan, 1920, 23.01.2023
Abunə olmaq
Qurumun əmtəə nişanından istifadə etməklə insanlar müxtəlif internet resursları, o cümlədən sosial şəbəkə platformaları vasitəsilə müxtəlif "investisiya" layihələrinə dəvət edilir
BAKI, 23 yanvar — Sputnik. Son günlər "AzerGold" QSC-nin adından istifadə etməklə yenidən saxta reklam kampaniyaları təşkil olunaraq fişinq hücumları həyata keçirilir.
Bu barədə səhmdar cəmiyyətdən bildirilib.
Məlumata görə, qurumun əmtəə nişanından istifadə etməklə insanlar müxtəlif internet resursları, o cümlədən sosial şəbəkə platformaları vasitəsilə müxtəlif "investisiya" layihələrinə dəvət edilir.
Məlumatda o da bildirilir ki, dövlət şirkətinə olan etibardan, həmçinin səhmdar cəmiyyətinin işgüzar nüfuzundan sui-istifadə etməklə həyata keçirilən kibercinayət aktları vətəndaşların maliyyə xarakterli fərdi məlumatlarını əldə etmək niyyəti ilə həyata keçirilir: ""AzerGold"un fəaliyyəti, həmçinin investisiya layihələri ilə bağlı məlumatları şirkətin informasiya resurslarından, həmçinin etibarlı mənbələrdən almağı, dələduzluq məqsədi daşıyan bu cür çağırışlardan yayınmaq üçün təqdim edilən keçidlərə daxil olmamağı tövsiyə edirik".
Xəbər lenti
0