Математика - Sputnik Azərbaycan, 1920
İNFOQRAFİKA
Aktual məsələlərin gözəl dizaynda təqdimatı

Azərbaycanlılar 2022-ci ildə nəyə pul xərcləyiblər

Abunə olmaq
Ötən ildə Azərbaycanda pərakəndə ticarət dövriyyəsi 2021-ci illə müqayisədə real mənada 3,1% artıb. Azərbaycanlıların ən çox nəyə pul xərclədikləri barədə Sputnik Azərbaycan-ın infoqrafikasında.
Azərbaycanda istehlakçılar 2022-ci ildə pərakəndə ticarət şəbəkəsində 52,2 milyard manat dəyərində mal, o cümlədən 29,4 milyard manat dəyərində ərzaq məhsulları, içki və tütün məmulatları və 22,8 milyard manat dəyərində qeyri-ərzaq məhsulları əldə ediblər.
Hesabat dövründə Azərbaycanda pərakəndə ticarət dövriyyəsi 2021-ci illə müqayisədə real mənada 3,1%, o cümlədən ərzaq məhsulları, içki və tütün məmulatları 2,3%, qeyri-ərzaq məhsulları isə 4% artıb.
Ötən ildə Azərbaycanda bir istehlakçının xərcləri ayda orta hesabla 431,8 manat təşkil edib ki, bunun da 243,2 manatı ərzaq məhsulları, içki və tütün məmulatlarının, 188,6 manatı qeyri-ərzaq mallarının payına düşüb.
Xəbər lenti
0