https://sputnik.az/20230123/azerbaycan-filmi-8-beynelxalq-festivalin-qalibi-oldu-450947226.html
Azərbaycan filmi 8 beynəlxalq festivalın qalibi oldu
Azərbaycan filmi 8 beynəlxalq festivalın qalibi oldu
Sputnik Azərbaycan
Film İtaliya, Türkiyə, ABŞ, Sinqapur, Rumıniya, Litva, Norveç, Slovakiya kimi ölkələrin müxtəlif festivallarında qalib olub 23.01.2023, Sputnik Azərbaycan
2023-01-23T17:35+0400
2023-01-23T17:35+0400
2023-01-23T17:35+0400
film
mədəniyyət
beynəlxalq festival
festival
https://cdnn1.img.sputnik.az/img/07e7/01/17/450942963_0:0:702:395_1920x0_80_0_0_c1034a2cf312ff733080c5942950ba92.jpg
BAKI, 23 yanvar — Sputnik. "Qız qalası" müstəqil qısametrajlı melodramı beynəlxalq festivalların qalibi oldu. Müstəqil kinematoqrafçılar tərəfindən istehsal olunan qısametrajlı "Qız qalası" filmi bir neçə nüfuzlu beynəlxalq festivallarda ölkəmizi təmsil edərək kino sənayesinin inkişafına öz töhfəsini verib. Film İtaliya, Türkiyə, ABŞ, Sinqapur, Rumıniya, Litva, Norveç, Slovakiya kimi ölkələrin müxtəlif festivallarında qalib olub. Hər bir insan həyatında heç olmasa bir dəfə ruh əkizinə — "öz adamına" rast gəlir. Lakin qərarsızlıq və yaxud cəmiyyətin yaratdığı yeni münasibət normaları, heç kəsdən geri qalmamaq istəyi o adamı bizə görməyə imkan vermir. Bəzən özümüz də beynimizdə yaratdığımız səhv idealın dalınca qaçıb rast gəldiyimiz həmin adama önəm vermirik. "Qız Qalası" filminin süjeti ayrı şəxsi münasibətləri olan iki fərqli insanın təsadüfən tanış olmasından bəhs edir. Tanışlıq əsnasında hər biri anlayır ki, həmin o "öz adamına" rast gəlib. Film boyunca qəhrəmanlar seçim etməlidir: ya hər şeyi olduğu kimi saxlayıb geri dönmək, ya da "öz adamı" ilə hər birinin daxildə arzusunda olduğu yeni münasibətlərə başlamaq… Filmin rejissoru və ssenari müəllifi Mehdi Ağayev, quruluşçu operatoru Delee, quruluşçu rəssamı Şahin Həsənli, montajçısı Əsgər Rəhimov, musiqisi isə Sevda Ələkbərzadə, Emma Ələkbərzadə və Raufa məxsusdur. Baş rolları Könül Cəfərzadə, Türkay Cəfərli və Kamran Ağabalayev ifa ediblər. Prodüserlər Mehdi Ağayev, Fariz Əhmədov, Emil Nəcəfov və Orxan Dadaşovdur. Qeyd edək ki, müasir cəmiyyətdə mövcud olan problemləri kino dili ilə üzə çıxaran filmin Azərbaycanda premyerası 2023-cü ilin fevral ayında baş tutacaq.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/01/17/450942963_0:0:616:462_1920x0_80_0_0_82769a68383442d8fe8338c22440a984.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
film, beynəlxalq festival, festival
film, beynəlxalq festival, festival
Azərbaycan filmi 8 beynəlxalq festivalın qalibi oldu
Film İtaliya, Türkiyə, ABŞ, Sinqapur, Rumıniya, Litva, Norveç, Slovakiya kimi ölkələrin müxtəlif festivallarında qalib olub
BAKI, 23 yanvar — Sputnik. "Qız qalası" müstəqil qısametrajlı melodramı beynəlxalq festivalların qalibi oldu. Müstəqil kinematoqrafçılar tərəfindən istehsal olunan qısametrajlı "Qız qalası" filmi bir neçə nüfuzlu beynəlxalq festivallarda ölkəmizi təmsil edərək kino sənayesinin inkişafına öz töhfəsini verib. Film İtaliya, Türkiyə, ABŞ, Sinqapur, Rumıniya, Litva, Norveç, Slovakiya kimi ölkələrin müxtəlif festivallarında qalib olub.
Hər bir insan həyatında heç olmasa bir dəfə ruh əkizinə — "öz adamına" rast gəlir. Lakin qərarsızlıq və yaxud cəmiyyətin yaratdığı yeni münasibət normaları, heç kəsdən geri qalmamaq istəyi o adamı bizə görməyə imkan vermir. Bəzən özümüz də beynimizdə yaratdığımız səhv idealın dalınca qaçıb rast gəldiyimiz həmin adama önəm vermirik.
"Qız Qalası" filminin süjeti ayrı şəxsi münasibətləri olan iki fərqli insanın təsadüfən tanış olmasından bəhs edir. Tanışlıq əsnasında hər biri anlayır ki, həmin o "öz adamına" rast gəlib.
Film boyunca qəhrəmanlar seçim etməlidir: ya hər şeyi olduğu kimi saxlayıb geri dönmək, ya da "öz adamı" ilə hər birinin daxildə arzusunda olduğu yeni münasibətlərə başlamaq…
Filmin rejissoru və ssenari müəllifi Mehdi Ağayev, quruluşçu operatoru Delee, quruluşçu rəssamı Şahin Həsənli, montajçısı Əsgər Rəhimov, musiqisi isə Sevda Ələkbərzadə, Emma Ələkbərzadə və Raufa məxsusdur. Baş rolları Könül Cəfərzadə, Türkay Cəfərli və Kamran Ağabalayev ifa ediblər. Prodüserlər Mehdi Ağayev, Fariz Əhmədov, Emil Nəcəfov və Orxan Dadaşovdur.
Qeyd edək ki, müasir cəmiyyətdə mövcud olan problemləri kino dili ilə üzə çıxaran filmin Azərbaycanda premyerası 2023-cü ilin fevral ayında baş tutacaq.